20 Kasım 2015 Cuma

Şairlik arzusu. Şeir.

Bir  şair olsaydım əgər...
Sonu xoşbəxtliklə bitən
 bir həyat yaradardım.
Təsəvvürə sıqmayan ən kicik zərrələri
böyüdərdim ürəklərdə
aq  vərəqlər  üzərində.
Qara qəlbli insanlara duyuraydım
sözlərimlə 



həyatın haqq səsini.
Göstərəydim görülməyən,duyulmayan,
hələ ,hənuz doqulmamış
məhv olunan
bəbələrin hıcqırıq səslərini.
Bir şair olmaq istərdim...
Şeirlərim  qoşulaydı  fəsillərin  tərkinə.
Yazın təravətinda,yayın şəfəqlərində
yayılaydı  milyonlarla insanların üzünə
ruhumdakı  o  ən şirin nidalar.
Payız küləklərinin şıltaq zümzüməsiylə
qovuşaydı  sözlərim.
Sovurub aparaydı  Vətənimin üstündən
o qara buludları.
Sözlərimdə duyulaydı o ən gözəl duyqular.
İki gəncin ürəyindən kecən o saf  arzular
Dönüb gercək olaydı...
Oxunduqca eşidəydim ürəklərin səsini.
Arayaydım o səslərin icindən
 öz sızlayan yaramın nisgilli carəsini...
Bir şair olmaq istərdim...
Ehhh...nələr eləməzdim....
Bir baxaydım  şair olub,şeirlərə qonmuşam
Vərəqlərkən  səhifələrdən
axan sevgi olmuşam...



0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin