19 Kasım 2015 Perşembe

Hərrac (Fransa hekayəsi- tərcümə)






On üç yaşındayam. Yay tətilimi böyük əmimin yanında keçirmişdim. Ömrümün sonuna qədər bu üç ayın sıxıntılı , bərbad bazar günlərini  unutmayacağam.
   Revmatizm xəstəliyi olan böyük əmim ,məni hər bazar günləri demokratların mitinglərinə aparırdı.



   Bu Allahın bəlası mitinqlər, Sənaye məktəbinin salonunda keçirilirdi. Makroz adlı bir adam , hər bazar burda demokratiyanın gələcəyi haqqında nitqlər söyləyirdi.
   Makroz, məsləyində heç bir müvəffəqiyyət əldə etməmiş bir siyasətçi tipi idi. Seçkilərdə daim məğlub olmuşdu. İti saqqallı, polad üzlü, köhnəlmiş pul çantasına bənzəyən yumşaq qığırdaqlı qulaqlarıyla , o, hələ də gözümün önündədir.
   Bu adama qulaq asmaq üçün hər bazar məni Sənaye məktəbinin salonuna zorla sürüyən əmimə dəhşətli dərəcədə hirslənərdim.
   Fəqət, bu işin qəribə tərəfi , Makroz çıxışına başlar-başlamaz əmimin rahat skamyasında oturub mürgüləyib yatması idi. Əmim  bir də Makroz  nitqini bitirərkən alqış səslərinə oyanardı. Bir az əvvəl yediyi günorta yemeyini həzm etmək üçün, əmimin niyə bu bərbad nitqi dinləməyə  ehtiyac duyduğunu anlamırdım doğrusu.
Bir gün mitinqin sonunda, Makrozun mənimlə danışmaq istədiyini dedilər. Təəccüblənmişdim. Çəkinərək Makrozun yanına getdim. Natiq məni bir  kənara çəkdi:
   -Balaca dostum, dedi. Siz təşkilatımıza böyük dəstəyi olan Müsyö Narsis Kalimanın qardaşıoğlusunuz, elədir?
   - Bəli, dedim.
    Makroz səsini alçaltdı:
   - Fikir verdim, dedi. Möhtərəm əminiz, mən sözə başlayarkən, dəhşətli xoruldayır. Bu salona çox təsir edir. Özü çox əla insandır. Lakin, xoruldamaq ...  Mən bunu hörmətli əminizə xəbərdarlıq edə bilmərəm. Xüsusən sizin yardımınıza ehtiyacım var.
    Heyrətlə Markozun üzünə baxdım. O davam elədi:
   - Bundan sonra konfranslarımda əminizin yatmamasına çalışacaqsınız. Anlayırsız, əziz balam?
   - Bəli, cənab, anlayıram, amma bunu necə ...
   - O asandır. Əminizin yatmağa başladığını görən kimi , qoluna vurar , ətəyini dartar , ayağını tapdalayarsınız filan. Əgər mənim çıxışım boyu onu oyaq saxlaya bilsəz, sizə hər bazar, bir frank verərəm.
   - Lap yaxşı, cənab.
   Əmimi incidərək hər bazar bir frank qazanmaq xoşuma gəlirdi, doğrusu.Bazar günü əmimi oyaq saxlamaq üçün əlimdən gələni etdim.İclas  bitən kimi Makroz ovcuma bir frank tutuzdurdu.

    Gələn bazar yenə eyni vəziyyət.
    Yerimdə durub, oturmadığımı görən əmim:
   - Yeməkdən sonra kofe filan içirdilər? deyə soruşdu.
   İclas dağılan kimi, Makroz yenə bir frankımı verməyi unutmadı.
   Üçüncü həftə , işlər birdən-birə pozuldu. Makroz, təsbit edilməyən konstitusiya ilə idarə olunan demokratların, nisbi təmsil haqqında nitqinə başladıqdan on beş dəqiqə sonra , əmim yenə də skamyada xoruldamağa başladı.
   İclasın axırında Makroz məni çağırdı:
   - Bu nə işdir? deyib bağırdı. Məni ələ salırsınız? Konfranslarımda əminizin yatmaması üçün , sizə həftədə bir frank verirəm. Halbuki, bu gün hər vaxtdakından daha çox xoruldadı. Bu necə işdir?
   Yarı utancaq, yarı lağlağı , papağımı barmaqlarımın arasında fırladarq cavab verdim:
   - Cənab... Həqiqəti demək lazım gəlirsə, əmim onu rahat buraxmağım üçün , həftədə mənə iki frank verir...

3 yorum :

Menim dunyam dedi ki...

Xeyirli olsun blogunuz :)

Menim dunyam dedi ki...

Gözəl hekayə idi.

Kubra dedi ki...

Təşəkkür.Çox var olun!

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin