22 Aralık 2016 Perşembe

Kəramətli su...

İyul günəşinin yandırıcı  günlərindən idi.  Dünyaya yenicə göz açmış oğlumu yatırıb beşiyinə yerləşdirmişdim ki, qapımın möhkəm döyülməsinə diksindim. Uşağın ayılmaması üçün barmaqlarımın ucunda qapıya tərəf tələsdim. Gözlüyə baxmağa fürsət tapmadan, qapının çölündə qonşularımın səsini eşidib, tərəddüdsüz qapını açdım. Yəqin yenə xar tut satırlar, ya da nə bilim , kimin əlinə nə keçir  burda satmağa gətirirlər. Bina evi olduğu üçün gətirilən mer-meyvə, əl-üstü alınırdı.  Lakin, abu-havadan başqa hava sezdim və  görməyə adət etdiyim tanış üzlərin içərisində, hündürboy, dolu, qara və bir aaz seyrək tüklü baş bir kişi gördüm. Əlində bir torba və dəmirdən ya nədənirsə əl formasında bir şey gördüm. Göz-gözə gəliyimiz ani ,qısa zaman kəsiyində ağlımdan min-bir fikir keçdi. Qonşum Məsmə xala qələbəliyi yarıb, özünü irəli verdi :
" Kübi, biz baxdırdığey, sən də gəl. Dedüy bizdən geri qalmayasan!"
Hələ o vaxtlar çox gənc və təcrübəsiz olduğum üçün, tam anlaya bilmədim. Təxmin etsəm də, bir başa demədən:
 "Nəyə baxdırırsız,Məsmə xala?" dedim.
 "Az, nəyə olacağ. Gəl bura , biləssən"

Adamın təhər-töhüründən elə fırıldaq yağırdısa da, qonşuların küyünə düşüb maraqlandım. Yaxınlaşıb lazım olduğu kimi , uzadılan bir sapı  böyük məsuliyyətlə iki qatlayıb "baxıcı"ya uzatdım. Kişi sapı alıb ovcunda sıxdı və həmin əliylə kürəyimə 3 dəfə də vurub evdən  bir stəkanda su gətirməyimi istədi. Gətirdim... Suyu içəcəyini sanmışdım ki, kişi stəkanını ağzına yaxınlaşdırdı, sanki ağzında hazır saxlaığı köpüklü tüpürcəyini suya saldı. Ardıyca gözlərini üstümə bərəldərək:
 "Görrəm cavansan, evdə körpə balon da  var. Çox xəstədi. Onun fikrin edersən. Məə, beş kilo ətin pulun ver, balana heş bi şey olmacağ"
 Bir anlıq qanım dondu. Bu kişi hardan bilirdi mənim körpəmin xəstə olduğunu... İlahi, ya ona bir şey olsa nə edərəm? Bəs o pulu hardan tapacam? Evdə cəmi -cümlətani 20 şirvan var , onu da gətirim buna verimmi? Bəs , axı yoldaşım evə gələndə, deməzmi ki, pullar hanı?...
Mən bunları düşünərkən, qonşularım dizlərinə vura-vura ,məndən nəyim var gətirib baxıcıya verməyimi təkid edirdilər. O vaxtkı vəziyyətimdə o pula çox ehtiyacım olsa da, oğlum gözümün önünə gəlincə heç nəyi düşünməz hala gəlirdim. Bir tərəfdən də , ürəyimdə öz-özümü durmadan lənətləyirdim. Axı, qapını hər döyənə niyə açmalıydım ki...

Həyəcan və qorxudan titrəyə-titrəyə evə gəlib, pul qabında olan axırıncı pulları gözümü yumub "körpə oğlumun canına fəda olsun milyon şirvanlar " deyib ,pulu götürdüm və gətirib kişiyə verdim. Kağız pulları görcək, kişinin  qap-qara, iri  gözləri parıldadı. Pulu alcaq stəkandakı  "köpürcəkli" suyu mənə verib cəld uzaqlaşdı. Bundan sonra elə bil qurbağa gölünə daş atmısan. Sakitlik çökdü, hərə öz komasına dağılışdı. Mən də kor-peşman düşüncəli halda bir müddət evin içində dolaşdım. Dolaşdım da... illər keçib, oğlum sağ və salamatdır çox şükür. Pullar da cəhalətimin qurbanı oldu , eybi yox...Baxın, mən stəkandakı o "kəramətli" suyu neynədiyimi xatırlamıram.

18 Ekim 2016 Salı

Aziz Nesin hekayəsi (Tərcümə)





  Üç ay gecəli- gündüzlü işləyib bir roman yazmışdım. Dünyada hər kəs bir-birini aldadar, yazar qismi də öz-özünü aldadar.
   Başqalarına deməyə utansam da, öz - özümə romanın əla olduğunu deyə bilərdim. Redaksiyalardan birinə apardım.

  " Biz yerli, öz yazarlarımızı çap eləmirik" dedilər.
  " Bir dəfə oxuyun"
  "Ehtiyac yoxdur. Xalq yerli roman sevmir"

  Bir kitabçıya apardım.
  "Hələ bir romanım  var " deyər, deməz, arxasınca ,
  " Biz yalnız tərcümə romanlar çap edirik" dedi.

  Başqa birinə apardım , o da:
  " Tərcümə roman varsa gətirin. Şəxsi romanlar satılmır" dedi.

  Haraya getdimsə, hamısı bir- birinin ağzına tüpürmüş kimi...
  Üç ay dayanmadan, çalışıb yazdığım romanım, heç kim görmədən məscid qapısına qoyulan günah körpəsi kimi əlimdə qaldı. O zaman ağlıma bir fikir gəldi. Bizim bəzi yoldaşlar , kimi fransızcadan, kimi  almancadan , kimi ingiliscədən, kimi italyancadan hekayələr aparıb, Consonu Əhməd, Martanı Fatma edirlər, sonra özləri yazmış kimi altına imzalarını çəkib nəşriyyatlara verirlər. Bəs mən niyə əksini etməyim ki ?
  Oturdum , romanda nə qədər türk adı varsa ,dəyişib yerinə  Amerikan adlar , Nyu-Yorkun planını da  tapıb yer adlarını da dəyişdirib Amerikanca elədim. Növbə romanın yazarına gəldi; ortaya Mark Obrien adlı bir amerikalı yazar  çıxardım.

  "Ancaq tərcümə romanlar çap edirik" deyən nəşriyyata getdim.
  " Sizə Mark Obriendən tərcümə etdiyim bir romanı gətirdim " dedim.
  " Çox gözəl. Kimdir  bu Mark Obrien?"
  "Aaa! Bilmirsiniz?  Məşhur Mark Obrien . Romanları bütün dünya dillərinə tərcümə edilmiş bir yazardır o"
  Romanı oxumağa ehtiyac belə duymadılar. Pulları ovcuma sayıb, romanı aldılar. Ancaq məndən , yazar haqqında məlumat yazmağımı istədilər. Evə gəlib qələmimi qucaqladım:

  " Mark Obrienin son şah əsəri "Struggle fir life"
   Amerikanı yerindən oynadan bu roman bir ayda 4 milyon satılmışdır. Dünyanın bir çox dillərinə tərcümə olunmuş bu roman, nəhayət dilimizə  "Həyat mübarəsi"  adıyla tərcümə edilmişdir "
 
  Mark Obrien cənabımıza bir da bir tərcümeyi-hal yazdım ki, heç soruşmayın. 18 uşaqlı bir ailənin sonbeşiyi. Atası Filadelfiyada bir təsərrüfatçıdır. Oğlunu keşiş kimi görmək istəyir. Kiçik Mark 14 yaşında ilahiyyatçı professorun qaba ətinə iynə batırıb , Eynən bir çox məşhur amerikalı yazarlar kimi, məktəbdən qovulmaq zəkasını göstərir. Balıqçılıqla məşğul olur. Yəni, bildiyiniz hekayə...  40 yaşında ilk hekayəsini  "let us kiss" nəşriyyatına göndərir. Beləcə, uzun bir tərcümeyi- hal yazdım.

  Bizim roman özünü tutmaqda olsun, kitabçılar "Amandır, bizə də Mark Obriendən roman tərcümə et"deyərək arxamca düşdülər.
  Marc Obriendən 18 roman tərcümə etdim.Hələ ömrüm varkən, yenə də edəcəyəm.İş bununla bitmədi əlbəttə. O bildiyiniz  məşhur polis xəfiyyəsi Cek Lammer var haa, kitabı əldən -ələ gəzən. Ondan da 6 kitab tərcümə etdim.Son zamanlarda işi bir xeyli genişləndirmişəm. Hind dilindən, Çin dilindən tərcümələr edirəm.
 
Bu gedişlə, bir zaman gələcək, Amerika ədəbiyyat tarixini yazanlar, Türkcə romanlar oxumağa məcbur olacaqlar. Mənim də son ümidim Mark Obrien adıyla Amerika ədəbiyyatında yer almaqdır.
 Əziz Nəsin.
  

11 Ağustos 2016 Perşembe

Şarlotte Bronte "Jane Eyre" əsəri haqqında təəssüratım.

Ata – anasını hələ körpəlikdən itirmişdi o.Dayısı onu  çox sevdiyi üçün öz himayəsinə götürmüşdü.Lakin amansız ölüm bu yetim qızcıqaza dayısını da çox görmüşdü.Beləcə ,zalım dayısı arvadının insafsız “mərhəmətinə”sıqınmışdı.Onu ailədə nə dayısı uşaqları,nə də evin xanımı  istəmirdilər.Ən çox da  dayısıoqlu John onu hər zaman bir sıqıntı olaraq ,dilinə gətirib alçaldırdı.

Jane kitabları şox sevirdi.Onun 9 yaşı var,lakin oxuduqu kitablar sayəsində şox şey öyrənmiş,xəyali fantaziyaları,nitq qabiliyyəti ,gerçəyi görmə və aqlı ilə digər uşaqlardan fərqlənirdi.Macəra,fantastik kitabları çoz sevərdi.Bir gün  Reed  ailəsinin kitabxanasından icazəsiz bir kitab götürüb hər zamankı kimi ,öz küncünə(qırmızı pərdəli  pəncərə qarşısında) çəkilib novbəti sehrli aləmə dalarkən dayısı oqlu John ,onu tikanlı sözlərlə yenidən sancır.Hazırcavab və qorxmaz Jane onun qarşısında hər zamankı kimi boyun əymir.Aldıqı zərbəni qarşılıqında dayısıoqlunun üstünə şıqıyır.Səs-küyə xanım Reed və xidmətçilər gələrək,Jane cəzalandırmaq məqsədilə,Gateshild malikanəsinin heç  işlənməyən hətta Janeə görə xəyalətli  otaqa həbs edirlər.Zavallı qızcıqaz burda çox qorxur.Yalvarışlara baxmayaraq onu ordan azad etmirlər və orda  qorxunc bir gecə keçirərək  xəstələnir.Elə onun ertəsi günü xanım Reed  bir məktəb müdüri ilə görüşüb Jane-i  ucqar bir  Louvud  məktəbinə göndərir.Ondan sonrakı  monastır həyatında  bir çox çətinliklərlə qarşılaşsa da,Gateshild malikanəsindən rahat idi onun üçün.

18 yaşına  çatanda isə  özünə  yep-yeni bir səhifə açmaq  qərarına gələn  Jane  ,ingiltərənin başqa bir bölgəsində  Tornfield malikanəsində  varlı  bir  ailənin  qızına  müəlliməlik  edərək,burdaca  macəraların  ən ülvi  ,uca  zirvəinə çatır ki,bunu  kitabdan oxuyaraq  yaşamaqımız əsrarəngizdir.
Əsəri ç ox sevdim.Həm dili,süjet xətti, Janenin  şücaəti ,qorxmazlıqı  ,qoçaq olması,uşaq aqlına heyranlıqıma  səbəb oldu.Əsərdə dəfələrlə Janenin gözəl olmadıqı vurqulansa da,təsəvvürümdə yaratdıqım ən gözəl bir xanıməfəndi silueti yaranırdı gözüm önündə.

Onun gələcək həyatı necə  olacaqdı? İlk səhifələrdən beynimdə bu fikir bir dəqiqə də olsun  susmadı.
 Əsərdəki  xanımlarla  indiki dövrün xanımlarını  müqayisə etdim.Düzdür  müasirliyə  ,texnologiyaya qarşı olmasam da,yenə o dövrün  xüsusi  bacarıqlarını,tikiş-naxış,rəsm bacarıqı,musiqi duyumu,mütaliəsi  indikindən fərqli olaraq,o dövrdə vacib sayılırdı.Bunları bacarmayan  bir qız “Lady”sayıla  bilməz  və bunu çox bəyəndim.Övladlarımıza  bunları  aşılayaraq  əsil bir gələcək  bəxş etmiş  olarıq.səhnələri  yoxdu.

Son olaraq  qeyd edim ki, əsər boyunca   buqlana-buqlana süfrədə  yeməklər,varlı malikanələr olmasına baxmayaraq bər- bəzəkli  qablar,süfrələr ,insanların birlikdə süfrə arxasında oturma  Sanki,bunlar ac qalırlar,heç üzləri gülmürmüş kimi,solqun görünürdülər.Nə isə...
Hər kəsə oxumalarını məsləhət görəcəyim bir əsərdir.Öyrənəcəyimiz.görəcəyimiz  çooox  nüanslar var  burda,əzizlərim! Sizə bol mütaliələr arzu edirəm!

3 Temmuz 2016 Pazar

Yas mərasimlərimiz....
Bu haqda şox yazılıb, çox danışılıb bilirəm. Mən indi yaslarda verilən ehsanın məsrəf və israfından bəhs etmək fikrində deyiləm.. Hər zamankı kimi yaralı yerim insanların süniliyi  və səmimiyyətsizliyidir.
Bəzi bayağı halları "adət-ənənə" yə , bir qayda- qanun halına gətiriblər. İnsanlar kədərlərini belə başqalarına görə yaşayırlar...
Hamımız əzizlərimizi, yaxınlarımızı itirmişik, itirəcəyik, özümüz də bir gün olmayacağıq. İstərdim ki, heç olmazsa kədərimizi süniləşdirməyək. Kiməsə kədərli görünmək üçün , "mən atamı hamıdan çox istəyirəm" kimi görünmək üçün acılarımızı saxtalaşdırmayaq. Hər kəsin əzizi ,özünə hamıdan əzizdir. Ümid edirəm yazımla nə demək istədiyimi oxuculara çatdıra biləcəyəm....
                                  

Dəfn günü... Xüsusən qadın məclislərinə aiddir yazdıqlarım. İnancımız nə olur olsun, ölülərimiz müsəlman qayda -qanunlarına uyğun , lazımı şəkildə paklanıb torpağa tapşırılır. Bunu hamımız bilirik. Keçən günlərdə bir neçə yas mərasimlərində oldum, diqqətimi çəkən bir şeyi bölüşüb ,aydınlığa gətirmək istəyirəm.
Qadınlarda cənazəni qaldırmağa imkan verməmək kimi bir adət var. Yəni bunu eləməsn  ölmüş yaxınını çox istəmirsən mənasını verir. Demək, ataları gecədən rəhmətə gedib. 5 aylıq sürən bitkisəl həyatdan sonra, rəhmətliyin qolları iynə yerindən yara olub, çürümək dərəcəsinə çatmışdı. Hətta bir neçə dəfə yolda qızlarından soruşarkən, " Kişi bircə ölsəydi .öz canı da qurtulardı, biz də bu yollardan yığışardıq" demişdi...

Getdim... Dəfn olunmağa hazır cənazəni qızlar dəfn olunmağa qoymurlar. Qıy-qışqırıq səsləri qulaq cingildədir. Allah, Allah... bu nə mənzərədi, teatr səhnəsi kimi... Kişilər tabutu 3 dəfə qaldırıb yerə qoyandan sonra qadınları itələyib bir təhər darvazadan çıxdılar. ..
Bu hal kənardan hər iki mənada insanın ürəyini ağrıdır. Normal düşüncəli ,orta dərəcəli savadlı insan düşünər ki, belə edib də nə əldə edəcəyik? Cənazə torpağa verilməlidir. Bunun başqa yolu yoxdur...Kənardan kim nə deyəcək deyə, bu rola girmək nəyə lazımdır... Axı cənazə götürülməmişdən normal oturub söhbət edən adamlar idiniz?
Cənazə qapıdan çıxan, bu "bu özün öldürənlər" normal söhbətə, işə- gücə başladılar.
Bu hadisə tək bu  ailədə deyil, bir çox ailələrdə "qayda-qanun" halını alıb.
Heç bir sevgi valideyn sevgisinin qarşısına keçə bilməz. Yəni "sən" öz atanı, "mən" atamı sevdiyindən artıq və ya əskik sevmirsən. Bu daxildən gələn ,möcüzəvi bir İlahi gücdür.
Atam rəhmətə getdiyində artıq, ailəli. iki uşaqlı ana idim. Hələ hər şeydən xəbərsiz, uşaqlar evdən planlı şəkildə nənəsigilə göndərilmiş,mənsə ilk dəfə onlarsız atamgilə axşam çay içib , söhbətləşməyə gedirik. Yolboyu telefona gələn zənglərdən, üstüörtülü söhbətlərdən evimizdə "narahatçılıq" olduğunu anladım. Tez-tez təzyiqi qalxan nənəmlə bağlı hadisə olduğunu düşünüb büruzə vermədən ağladım da. Küçəyə yaxınlaşdıqca maşınlar, topa-topa insanlar, tanış üzlər... artıq məlum məsələ idi... Lakin evə girdiyimdə nənəmi üzü örtülmüş bir cənazənin yanında oturub aöladığnı görəndə daha çox sarsıldım. ..... artıq bu hisslərimi də yazmayacam. Bir onu deyə bilərəm ki, ölüm atama yaraşmırdı. Sağlam insan birdən-birə necə rəhmətə gedə bilərdi. Səhərə qədər yatmadıq. Artıq evdə adamlar çoxaldıqca, kədərimizi yaşaya bilmirdik. Durmadan müdaxilələr olunur. Bu elə olmalıdır...bu belə örtülməlidir... yox bu dəbdə deyil... kənddə belə eləmirlər... bir çox bu kimi göstərişlər.Atam kənddə dəfn olunacağı üçün. kəndin "dəb"i ilə getməliymişik.
Vəə o an gəlib çatdı. Gecədən sürən ölümün öz son sözünü demək vaxtı gəlib çatmışdı.. Atamızı könüllü yola salmalıydıq,  həm də bir daha görməməcəsinə.İnsan gücünün aciz olduğu anlardan …
  Gələnlərin üzünü görmürdüm. Düşüncəm fərqli, cavabsız suallar beynimi gəmirirdi. Bu zaman arxadan tanış bir səs :
  Kubra . indi gəlirlər atanızı aparmağa, səs-küy salın , buraxmayın atanızı dəfn olunmağa
....
  Necə yəni buraxmayın , dedim öz-özümə.Axı belə şey mümkün deyil. Buraxmayıb da nə edəsiydik ki….Sən demə bacılarıma da eyni sözlər deyilib, tapşırılıbmış….

   Bir müddət sonra ailəmlə yaşadığım öz evimə gəldim. Qonşularım məni ziyarətə gəldiklərində :” Kubra, siz bacılar çox soyuqsuz. Atanızı sakit yola saldız. Bizim kənddə qızı olmayan atalara qonşular səs-küy salırlar ki, qoy kənd camaatı görsünlər filankəsin cənazəsində qıy-qışqırıq ərşə çəkilmişdi”

  İnsanları kədərlərindən çox ətraflarındakıların düşüncələri maraqlıdır. Əksər hallarda mərasimə gələnlər də, ev yiələrinin özlərini necə aparmasına, oturmasına, durmasına , səsli və ya səssiz “soyuq” davranmasına , evlərindəki pəncərə şüşələrinin təmiz olub-olmamasına, mərhumun tikdiyi evinin adına nə dərəcədə uyğun olub –olmamasına maraqlarından gəlirlər . Üstəlik də bu hərəkətin , “qayda-qanun”un  , yüksək səviyyəli təbliğiylə məşğuldurlar.

 Heç olmazsa , biz gənc nəsil, gələcək nəsillərə kədərimizi göstərişsiz, mübaliğəsiz yaşamağı öyrədək. Öyrədək ki, sevinclərimiz kimi , kədərlərimiz də bizə aiddir.Öyrədək ki, hisslərimiz təbii olduğunda  daha ecazkardır.  Kədərimizi daxilimizdən gəldiyi kimi yaşamaqı, üsyanlarımızı, fəryadlarımızı təmkinlə idarə eləməyi, fikirlərimizi satmamağı, ona sahib çıxmağı öyrədək! Heç deyilsə , onlara hisslərimizə sahiblənməyi öyrədək…
 


16 Haziran 2016 Perşembe

Fəsillər yerini dəyişdirsə də,
Zaman öz dövrünü başa vursa da,
Dünya məhvərindən uzaqlaşsa da,
İnsanlıq dəyişməz bathabatdadı.
Ərəbi  bilmirəm , Tanrım...
Öz dilimdə yalvarıram...
Bütün yanğım, dualarım
Sevgisidir insanların...

Çox demirəm, ağır gələr
Qətrə- qətrə, zərrə-zərrə
İnsanlara hidayət  ver.
Zalımların canın alma
Yavaş-yavaş mərhəmət ver.
Öz bətnindən doğurduğu
Balacanı doyurmadan
Küçələrə, zibilliyə  atanlara
Mərhəmət ver!

Bədəninə can verməkdən  aciz olan
Əllərini sənə açan ,
Ağlamaqdan yorulmayan
Gənc qadının pıçıltıyla söylədiyi
İmdadına səsini ver!

Yetiş acların hayına!
Bir bax , uzaq Afrikanın
Susuzluqdan dodaqları paralanan,
Qabırğası üzə çıxıb
Barmaq-barmaq sıralanan
Uşaqların duasına, fəryadına
Bir əlac ver!

Varlıların varın alma!
Onu da sən yetirmisən
Verdiyini geri alma!
Bölüşməyi, paylaşmağı öyrət ona
"Toxun acdan nə xəbəri"
 misalını öyrət ona!
Varlığını xatırlat!
Yoxluğunu hiss elətdir!
Ədalət ver!



22 Mayıs 2016 Pazar

Hirsi məğlub etmək ,bağışlamaq. (Tərcümə)

 Əsəbiləşmək - lüğətdə hirslənmək , hiddətlənmək, kiminləsə arası dəymək,düşmən olmaq, səbrsizlənmək, təhrikə qapılmaq, aşıb-daşmaq, təxribat etmək kimi mənalara gəlməkdədir. Belə görünür ki,hirs, insanı səbrli, şüurlu, yetkin bir insan olmaqdan çıxardır, onu əsəbi, hiddətli, qəlb qıran insan halına gətirməkdədir. Buna görə də, əsəbi olmaq həm insanın özü üçün,həm də  cəmiyyət üçün arzuolunmayan xasiyyətdir. Bu xüsusiyyətə sahib olan insan həm özünə həm də başqalarına böyük zərər verə bilər. Belə insanlardan ibarət cəmiyyətlər həm öz aralarında. həm də digər cəmiyyətlərə də ziyan vururlar. Bilindiyi kimi bu xüsusiyyət insanın nəfsi-tərbiyəsilə , əxlaqi vəziyyətilə yaxından əlaqəlidir. Yəni sağlam və mükəmməl imana və bu  imanın bəxş etdiyi əxlaqa , gğzəl bir nəfs tərbiyəsinə  sahib olan insanlar hirslərini məğlub etməyi onu düzgün idarə etməyi ,istədikləri kimi istifadə etməyi bilirlər. Necə Uca Allah Ali İmran surəsində möminlərin xüsusiyyətindən bəhs edərkən 134-cü ayədə belə buyurmuşdur: "Onlar bolluqda və darlıqda sərf edərlər, hirslərni məğlub edərlər, insanların qüsurlarını bağışlayarlar. Allah yaxşılıq edənləri sevər"

Göründüyü kimi mömünün xüsusiyyətlərindən biri, yetkin bir müsəlman olmağın şərtlərindən biri əsəbinə hakim olub, onu tutmaq, hirsini məğlub edərək, bağışlamağı bilməkdir. Hirsə qapılıb hiddət göstərmək isə, narahatlıqların başlanğıcıdır; çox böyük zərərlərin və pisliklərin baş verməsinə səbəb olur. Necə ki, atalarımız:" Hirsli başda ağıl olmaz"  deyiblər. Bir çox təcrübələrdən sonra deyilmiş bu sözdə mütləq bir həqiqət görünməkdədir. Belə ki, hirs insanı daxilən yeyib-bitirir. Qisas və intiqam almaq, kin  saxlamağın nəticəsində davam edən qan davaları, neçə-neçə ailələri dağıtmış, yurdlarını söndürüb, can və mal azadlığından məhrum etmişdir.

  İnsan oğluna  əsaən iki böyük qabiliyyət bəxş olunub. Bunlardan biri yaxşılıq etmək, digəri isə yamanlıq etmək xüsusiyyəti. (1) Əgər insan yaxşılıq  etmək qabiliyyətini inkişaf elətdirərsə və özünü pislik etməkdən uzaq tuta bilərsə. həm dünyada həm axirətdə qurtuluşa çatar. əgər, pislik etmək qabiliyyəti üstün gələrsə və özünü pisliklərə yönəldərsə, həm dünyası həm də axirəti pərişan olar, işlərində qaçınılmaz itkilərə səbəb olar.

Halbuki . hirslənib , əsəbiləşmələrə qapılmağın zərərlərini bilən imanlı insan, bu cür vərdişlərdən uzaq durmaq, səbr etməyi bacarır. . Necə ki, özünə hər cür nemətləri verən, insanlarda görülən hər şeyi nəzərə alan, hər kəsə bu dünyada gücü çatdığı qədər məsuliyyət yükləyən (2) və bu səbəbdən də axirətdə yaxşılıqlarla və ya əzablarla qarşı-qarşıya qoyacaq qədər olan Uca Allahımıza iman gətirmiş olan kimsə O-nun əmrlərini yerinə yetirib, qadağalarından uzaq durmağı özü üçün bir vəzifə olaraq bilir.

Sevgili Peyğəmbərimiz hər zaman buyururdu: "Yaxşılıq hər zaman cənnətə qovuşurur. Yerdəkilərə mərhəmət göstərin ki, göydəkilər də sizə mərhəmət etsinlər. İnsanlara rəhm etməyənlərə Allah mərhəmət göstərməz. Qəlbindəməehəmət olmayan insan , ancaq şeytana uyan, üsyankarlardır"

Nə xoşbəxt  bu yazdığımız xüsusiyyətləri hər an üzərlərində daşıyıb, sahib olan və onları itirməkdən qorxan insanlara. O insanlar həqiqi xoşbəxtliyə çatmış insanlardır...
Öfkeyi yenmek ve bağışlamak. Prof. Dr. Cihad Tunç







9 Mayıs 2016 Pazartesi

Yalnızlığın girdabında.

Bu səhər başqa səhər, bu gün bir başqa gündür...
Darıxmağın üstünə bir də sıxılmağı gəl
Bir zamansız xəstəlik, bir də tənhalığı gəl.
Bir quru baxışa həsrət, bir şirin sözə həsrət
İçib-içib ünvansız , "heç kimin" arxasınca
Divarlara söylənib, tavana küsməYi  gəl.
Susuz çaydanlıq kimi ocaqda nalə çəkib
Qap-qara kəsilməyi gəl ömrümün üstünə.
Sigar ardıyca sigar ...dolub daşır küldanlıq
Otağın dumanından itib batıb  nə varsa
Boğulmaq belə xoşdur düşünsənə, bir anlıq.
Bir qəzetin küncündə ,xəbər olursan səhər
Hansısa bir şəhərdə , heç kim tanımasa da
Bir "heç kim" tanıyacaq, heç vaxt olmayan kimi
Bəlkə də ağlayacaq heç vaxt olmayan kimi.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə bir də xəyalları gəl.
Gəl ki , batım xəyala "heç kimlə" vidalaşım
Bəlkə də adam olub tutum xəyallarımın ardıyca addımlayım.
Bu dəfə sərxoşluğum aparsın biixtiyar "heç kim" olan şəhərə
Unudum olmayan şərəfi
Unudum boş qüruru.
Onsuz da sürünürəm , yoxdur başqa tərəfi.
Onu unutmaq üçün içi dolu qədəhə
yalvardığım anları, qoy özünə yalvarım.
Bəlkə "heç kim" liyindən bir dəfəlik qurtulum
Həm özümə , həm də ona bir ad qoyub
Bu həyatın zindanından bir əbədi azad olum.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə ,gəl hər nəyi istəsən.
Bir şeir gəl darıxmaqdan yazılan...
Bir "heç kim"lə məhəbbətin bəxş etdiyi əzablardan doğulan...
Səhərin xeyirindən, axşamın da şərini xeyirliyə çevirən
Bir şeir gəl bədbəxtliyi xoşbəxtliyə çevirən...
Bir insan gəl, həyatını öz əliylə cəhənnəmə çevirən...




2 Mayıs 2016 Pazartesi

Məsmə və Məmməd...

   Qonşumuz Məsmə  40-45 yaşlı , normal görünüşlü bir qadındır. Yoldaşı Mamed ilə eyni yaşıddırlar. Məsmənin dediyinə görə 7 illik sürən  gizli sevgi macərasından sonra. birtəhər ailələrini razı salıb evlənə bilmişdilər. Evlilikləri asan başa gəlmədiyi kimi , evlilik sonrası da, illərlə kirayələrdə, ehtiyac içində keçirdikləri günləri az olmamışdı. Bütün bunlar azmış kimi, övlad intizarı da 10 il davam eləmişdi. Bu 10 il müddətində Mamed ailəsinin , qohumlarının israrına baxmayaraq, Məsmədən ayrılmamışdı.

   Nəhayət, isti iyul günlərinin birində  gözlənilən bir qız övladı dünyaya  gəldi. Sevinclərinin həddi -hüdudu yoxdur. Bunlarla yanaşı yeni aldıqları mənzillərindəki qonşuluların  da intizarına son qoyulmuşdu. Məsmə artıq məclislərə üzüağ , sevincək gedə bilirdi. Dəfələrlə qulağı eşidə-eşidə getdiyi məclislərdə barmaqla göstərilərək "filankəsin uşağı olmayan gəlini"  kimi tanıdılmışdı yadlaraa. Bunun nə qədər kədərli olduğunu bir tək özündən başqa heç kim başa düşməmişdi . İndi də, o günlərini xatırlayıb danışarkən gözlərindən yaşlar gilə-gilə tökülür....

  Aytənin dünyaya gəlişinin ardından, Ayxan da gəlmişdi dünyalarına. Bəs nə idi bu ailədəki problem? Bu soyuqluğa səbəb nə olmuşdu anlamıram? Məsmə artıq alışıb bu vəziyyətə . hətta burda qeyri-adilik görmür belə. Yəni Mamed evə gələrkən:
  "- Aytən, anan hanı?"
  "- Aytən, anana de yemək versin"
  "- Aytən anana de çay versin..."  Bütün bunlar Məsmə üçün çox adi bir haldır. Sanki ,Aytəni bir-birləri arasında  körpü olması üçün dünyaya gətirmişdilər.

  Yəni, öz həyat yoldaşına müraciət edib, nəsə istəmək bu  qədərmi çətindir?
  Hər şey bir yana , hər hansı bir məclisə bir yerdə , amma yad insanlar kimi getmək necə mümkün ola bilir? Üstəlik də bir yerdə oturmaz, bir-birinin üzünə belə baxmazdılar. Getmək məqamı gələndə , Mamed hər hansı bir qonşu uşağından xəbər göndərib , Məsmənin getmək istəyib-istəməməsinə ehtiyac duymurdu.

    Məsməyə görə bu artıq onların yaşına görə normaldır. O özünü yaşlı hiss edir və belə qələmə verir.Ona görə ailədə sevgi olmurmuş. Ailədə kişinin qadınla zarafatı, deyib-gülməsi onun üçün  kişinin "yüngüllük" əlamətidir.
  - Bilirsən, Mamed çox ciddi, ağırbaşlı insandır. O , neçə illərdir  uşaqların yanında mənim adımı dilinə gətirmir" deyir.

   Məsmə adi qadınlardan biridir.On bir illik məktəb həyatından sonra. çox da cəmiyyət içərisində olmamışdır. Ailə qurduqdan sonra da, uzaq başı Mamed evə gəlincə teleseriallara baxır, o gələndən sonra da, yeməyini verib, öz küncünə çəkilir. Sosial şəbəkədən xəbərsiz, hətta cib telefonu olmadan da "öz başını saxlayır"  Yəqin onun hekayəsini ictimailəşdirdiyimi bilsə, mənə çox acığı tutar. Hətta mətndəki adları şərtiləşdirsəm belə....

  Tez -tez mənimlə söhbət edərkən bundan söz salması ,əslində ürəyinin dərinliklərində çöküntü olduğunu göstərir. Axı, kim istəməz ki, ailəsində gülərüz abi-hava olsun. Mamedin bu "ağırbaşlılığı" Məsməyə çox ağır başa gəlirdi. Əlbəttə Məsmə mənə hər şeyi açıqlamasa da ,  ürəyinin dərinliklərində  həqiqətin fərqində idi...

Yəqin ki , bu yazıda əsas problemin Mamedin Məsməyə müraciət şəklindən çox , əslində bunun dərinliyində insanlarımızın ailə anlayışının öz üzərlərində məhdudiyyətlərə məruz qoyduğunun faciəsini görürük. Mamedin həyatında başqa qadının olduğunu bilə-bilə , onun ayaqqabısının üzünü bağlayacaq qədər sevən Məsmənin acı taleyinin şahidi oluruq.  Qadınlığını, hisslərini "ailəsinə""qurban" verən tipik bir Azərbaycanlı qadını. Bu həqiqətən ailədirmi? Ümumiyyətlə ailə necə olur? Məsmənin bu suala cavab verməsini çox istəyərdim. Məhs onun cavab verməsini....

(Mətndə adlar şərtidir)


30 Nisan 2016 Cumartesi

Bir qadın olmalı həyatınızda
Görməkdən bezmədiyiniz.
Dağılmış saçlarını toplamağa çəkinmədiyiniz
Yanınızdan keçərkən bir damın altındaa
 Təsadüfi toxunuşundan diksinmədiyiniz.
Bir qadın olmalı həyatınızda
İllər keçsə də
Uşaqcıl ruhunuzu göstərməkdən qaçınmadığınız.
Səhərlər ümidi olmalısınız.
Gündüzlər dayağı,
Gecələr həyatının bir anı olmalısınız.

Başını çiyninizə qoyub ağlaya bilməli
Çox böyük səbəbdən deyil
Sadəcə yanınızda olmanın vermiş olduğu
Hüzur damcıları olmalı
O yaşlar qəlbinizin közünü ovutmalı.
Arındırmalı bütün kin- küdurətdən
Məhəbbətlə doldurmalı.


Göz-gözə gələrkən gözləriniz gülməli
Baxışlarınızla sevməli
Gülüşünüzlə təzim eyləməli.
Bir qadın olmalı.
Elə bir qadın ki...
Sevişmədən
Pillə-pillə
Addım-addım
Nəfəs-nəfəs kəşf elədiyiniz
Sevişməyə tələsmədiyiniz....

Bir qadın olmalı.
Qəlbinizə imza atmağa tələsməli, kağıza deyil
Qəlbinizə hökm eləməli, həyatınıza deyil
Sakit dalğa olmalı, fırtına deyil
Tərkedilməz gəminin kapitanı kimi
Təlatümlü dalğalarda tərk etməməli
Limanda belə sakininiz olmalı
İlk olması önəmli deyil
Son sahibiniz olmalı.

27 Nisan 2016 Çarşamba

Nitsşenin "Qadınların yanınamı gedirsən? Qamçını unutma!" deyimi üzərinə araşdırma.

   Bu yazıda Nitsşenin "Qadınların yanınamı gedirsən? Qamçını unutma!" fikri üzərində durularaq, fəlsəfə mətnlərini tərcüməsinin önəmini dilə gətirəcəyik. Bununla da Nitsşe haqqında   bəzi səhv başa düşülən fikirlər dəyərləndiriləcək və bu formada Nitsşenin sözünün dəyəri və önəmi ortaya qoyulacaqdır.

   Fəlsəfə tarixinin qabarıq adlarından olan Nitsşe, fərqli düşüncələri və fəlsəfəsilə iyirminci əsrin fikir dünyasına ən çox təsiri olmuş filosofdur. Şübhəsiz ki, iyirminci əsr düşüncəsinə təsir edən başqa düşüncə sahibləri, sənətçi və filosoflar da var idi, ancaq Nitsşenin yerinin başqalığı mövzusunda demək olar ki, bütün "avtoritetlər" həmfikirdir.

Nitsşe bir yandan , bir çox axın, fikir sahibləri, fəlsəfəçi üzərində təsirdə olarkən, digər tərəfdən də düşüncələri bəzi siyasi partiyalar, ideologiyalar, feminist qruplar və irqçi cəmiyyət tərəfindən məcrasından qopardılaraq fərqli məqsədlər üçün istifadə edilmişdir.  Nasistlər Nitsşeni öz ideoloji art sahələrində yerləşdirərkən, onun bambaşka bir mənada söylədiyi sözlərin bir qismini yontalayaraq, onu nasismin fikir ataları arasında görmüşdülər. Bəzi feminist dairələrsə, Nitsşeni qadın düşməni kimi elan eləmişdilər. Psixoloji dəyərləndirmədə isə , onu xəstə, zəif xarakterli biri olaraq tanıdanlar da olmuşdur. Halbuki, Nitsşenin ironiyasını anlamayan  "bu dayaz çevrələr" onun dühasının olduqca gerisində qalmışdılar. Öz məbədlərində rahat yaşaya bilmək üçün, sarıldıqları təlimlərinə/doğmalarına zərər gəlməməsi üçün Nitsşe quruluşunun təməli ilə oyanamağa cürət etmişdilər. İstədikləri kimi  bir Nitsşe görməyincə də quruluşu görməməzlikdən gəlmişdilər. Halbuku Nitsşe qocaman surətiylə , gözlərimizin önündə durmaqda və bizə səslənməkdədir: "Əgər , bir məbəd qurulacaqsa, bir məbəd dağılmalıdır. Bu qanundur - əksini göstərəcək bir varsa, gəlsin irəli!... Hər dəfəsində  nə qədər həqiqət, yalnış başa düşülməli, qaralanmalı, nə qədər yalan müqəddəsləşdirilib, nə qədər çox vicdan pozulmalı, nə qədər "Tanrı" qurban edilməliydi" (Nitsşe 2001:  93) Öz dəyərlərindən başqalarına qatlaşmayanlar öz məbədlərinə, məbədlərinin təlimlərinə istədikləri qədər sarılsınlar, Nitsşe fırtınası onları yerlərindən etməkdədir, edəcəkdir. Sadəcə öz həqiqətlərinin olduğunu göstərməyə çalışanlar bilməlidirlər ki, həyatta başqa baxış bucaqları, başqa həqiqətlər, başqa perspektivlər də vardır. Bunu görməməzlikdən gələnlər başqa dəyərləndirmələrin dilə gətirmələrinə qulaqlarını istədikləri qədər tıxasınlar, gözlərini istədikləri qədər yumsunlar , bu açıq-aydın  ortadadır. Bu kontekstdə , Nitsşe perspektivli həqiqət düşüncəsilə bir sıra fərqli baxışın altını cızır: " Onun göstərmək istədiyi, daha çox var olana, dünyaya, həyata dair fərqli baxış bucaqlarının ola biləcəyini və bu baxış bucağının da, reallığın, olanların özünü doğru şəkildə büruzə verməsinin lazımlığını ;yəni reallığa, olanlara dair səhv fikirlər ola bildiyi qədər  doğru, sağlam fikirlərin də ola biləcəyini göstərməkdir. Bu kontekstdə perspektivli məlumat və ya perspektivli həqiqət də, olanların özünün əlaqəli bir  fikrini yürütmək ; reallığı. olanları əlaqəli şəkildə qavramaq deməkdir. Ancaq bu qavramın özü də bəlli bir perspektivdən edilir" (Becermen 2010: 368)Nitsşenin dağlardan. sislər arasından gələn səsi qulaqlarımızı və gözlərimizi açacaqdır.  Təki bu səsi dinləyək, təki bu səsə qulaq verək, təki sözlərimizi bu səsə uyğun dilə gətirək.

Əlbəttə ki, mövzu Nitsşe olarsa, danışılası çox söz olacaqdır. Lakin bu yazıda Nitsşeyə  qarşı formalaşan bir səhv düşüncəyə aydınlıq gətirməyə çalışacağıq. Bunu edərkən bir mətnin , hətta bir cümlənin tərcüməsinin nə qədər vacibliyini göstərəcəyik.

Nitsşenin "Zərdüşt belə dedi" kitabının "Yaşlı və gənc qadınlar haqqında" hissəsinin son cümləsində "Qadınların yanınamı gedirsən? Qamçını yaddan çıxarma!" yazılıb. Bu cümləni almancadan tərcümə edərkən, "qamçı"sözündə artikla laqeyd yanaşınca , həm cümlənin həm də mətnin mənası dəyişir. Çox zaman da belə edilməkdədir. Bu da Nitsşeylə bağlı bəzi çevrələrdə  dolaşan səhv fikirləri  yetişdirməkdədir. Halbuki, Nitsşeni doğru oxuyarlarsa, onun qadın haqqındakı iynəli , onları alçaldıcı bir ifadə işlətmədiyini görərlər. Ancaq bununla əlaqəli mətni başdan oxuduqda yaşlı qadının niyə belə bir cümlə işlətdiyini anlamaq olur. İndi mətni əvvəldən təqib edib, cümlənin niyə bu şəkildə vurğulandığına baxaq.

   Mətn bir adamın Zərdüştə bürüncəyinin  altında bərk-bərk saxladığı şeyin nə olmasını soruşması ilə başladı.Bu ona bəxş olunmuş xəzinədirmi? Yəni doğulmuş körpəmi, yoxsa oğurluq bir şey?
Zərdüşt bunun ona ərməğan edilmiş bir bir xəzinə, kiçik bir həqiqət olduğunu söyləyir. "Özü də o körpə uşaq kimi narahatdır; ağzını yummasan səsi aləmi bürüyər" , deyir. Burda "səsi aləmi bürüyər" deyilən o şey ,mətnin sonunda qarşımıza çıxacaq və bizə vurucu ifadə ilə çox şey söyləyəcəkdir.

Zərdüşt sonra, bir gün yol ilə gedərkən, axşamçağı qarşısına yaşlı bir qadın çıxdığını və ona , qadınlarla çox söhbət elədiyini, lakin   qadınlar haqda heç nə demədiyini, deyir. Zərdüşt isə qoca qarıya :" Qadınlar barədə  kişiylə danışarlar"demişdir. Bundan sonra qarı, Zərdüştün qadınlar haqqında danışmasını israr etmiş və  o da əlacı kəsilib danışmağa başlamışdır.

  Zərdüşt əvvəlcə , qadının bir müəmma olduğunu və ondakı müəmmanın tək qurtuluş yolunun hamiləlik olduğunu dilə gətirir. Qadın üçün kişi uşaq doğmaq üçün bir vasitədir. Qadın isə kişi üçün təhlükə və oyun istəyən bir oyuncaqdır. Gərək kişini hərb üçün, qadını isə hərbçi kişinin nazını cəkmək və onun yorğunluğunu çıxarmaq üçün tərbiyə edəsən. Geri qalan hər şey mənasızdır. Həddən artıq şirin meyvəni hərbçi ürəyi götürməz, amma qadını ona görə sevərlər ki, dünyanın ən şirin qadının xəmrəsi də acıdan tutulub. Sonra kişi nə qədər uşaqcanlı olursa, olsun, qadın uşağa ondan daha yaxşı bələddir, amma kişi arvaddan daha çox uşaqdır. Kişinin daxilində bir uşaq gizlənmiş olduğundan oynamaq istəyir. Qadınlar da kişidəki uşağı axtarıb tapmalıdır. Bu nöqtədə Zərdüşt qadınların almaz kimi təmiz və işıqlı olmasını , hələ çağı gəlməmiş dünyanın fəzilətlərilə işıqlanmasını söyləyir. Qadınların sevgisində bir ulduz parıldasın, ümidləri "Fövqəlinsan doğmaq" olsun və sevgilərində igidlik, şərəf olsun. Yoxsa, qadın nə anlayar . şərəfdən, deyir.
  Zərdüşt deyirdi, Qoy kişi, sevən qadından qorxsun, çünki qadın heç bir qurbandan çəkinmir, özgə nə varsa onunçün dəyərini itirir.
  Qoy kişi, nifrət edən qadından qorxsun. Çünki ruhunun dərinliklərində kişi olsa-olsa yaramaz, qadın isə murdardır.
    Qadın ən çox kimə nifrət edir, bilirsən? – Dəmir maqnitə deyir: “Bilsən sənə necə nifrət edirəm. Məni cəzb edirsən, özünə çəkirsən, amma yapışdırmağa gücün çatmır”.
    “Mən belə istəyirəm” – kişinin səadəti budur. “O belə istəyir” – qadının səadəti isə budur.
     Sevən ,ürəkdən tabe olan qadın – “Bax, dünya ancaq indi mükəmməl oldu” – düşünür.!
     Qadın həm tabe olmalıdır, həm də öz səthinə münasib dərinlik tapmalıdır. Səth qadının qəlbidir, dayaz suların üstündə olan ləpəli bir qaysaqdır"
     Kişinin qəlbi isə dərindir, onun coşqun suları yeraltı mağaralarda cövlan edir; qadın onun gücünü duyur, amma dərk etmir"
   
   Bu nöqtədə qarı söhbətə müdaxilə edib Zərdüştə :"  Qəribədir, Zərdüşt qadınları az tanıyır, ancaq onlar barəsində haqlıdır. Bəlkədə bu heç qəribə də deyil, qadın  yanında mümkün olmayan şey varmı  ki?- deyə düşünür. Qarı  Zərdüştə təşəkkür əvəzinə özünün öyüd-nəsihət boxçasından kiçik bir həqiqət bəxş edir.  Səs küy salmaması üçün də. ağzını möhkəm bağlamasını dönə-dönə tapşırır. Zərdüştün də bu həqiqəti verməsinin israrla  istəməsinin ardından, qoca qarı belə deyir, " Qadınların yanınamı gedirsən? Qamçını unutma!"...

 Mətnin axıcılığı içərisində Zərdüştün qadınlar barədə dediklərini təqib etdiyimizdə bu son iki cümlə daha çox məna daşıyır. Çünkü qamçını əlindıə tutan, qamçıya sahib olan , düşünüldüyünün və dəyərləndirildiyinin - Türkcə tərcümələrin təsiri oxucuların  düşündüklərinin əksinə , kişi deyi, qadındır. Yəni qoca qarı Zərdüştün qadınlar barədə dediklərinin bu həqiqətin üzərini örtdüyünü , gözlə görülməsinin əngəllədiyini bildirir. Bəs qamçı nə ifadə edir?

   Hər şeydən əvvəl qadının kişini yönətmək arzusunu! Yəni gücün arxasındakı həqiqi güc olmağı... "İstəyirəm"ə qarşı  "o istəyir" mənasını verir. Kişinin  "istəyirəm"ni istəyən , ona yön verən, idarə etməyi istəyər qadın. Bunu da  "o istəyir"  deyərək kişini hərəkətə keçirir, istəkli edər.  Qadın kişini həm hərəkətə gətirmək, həm də tabe etmək ü
çün qamçıdan istifadə edir.

   Lou Salome ilə Nitsşe və yaxşı dostu Paul Ree*nin şəkli b u yazdıqlarımızı açıqlamağımıza kğmək edəcəkdir. Şəkildə Nitsşe və dostu əl arabasına qoşulmuş vəziyyətdədirlər. Lou Salome isə əlində qamçı arabanın üstündə durub. Arabanı  "sürdürən". hədəfə yönəldən, bir məqsədə doğru hərəkət etdirən qadın, qadının əmriilə hərəkət edən. özünü qadına - bu vəziyyətdə "təslim edən", bir məqsədə doğru yön alan isə kişidir.

   Qoca qarının sözləri burda fərqli bir kontekstdə oturmaqda və Zərdüştün qadınlar barədə söylədiklərilə bir uyğunluq yaratmaqdadır. Qamçı- qadınlara boşyanaşmamaq lazım olduğunu, onları tam başa düşdüm deyərkən , onların təəcüb doğurucu , asanlıqla ələ keçirələbilməyəcəklərini, bir müəmma olduqlarını və yalnız özləri istərlərsə bağlana bilənəcəklərini ifadə edən metaforadır eyni zamanda. Qadınları anlamağa çalışarkən. daxillərindəki idarə edicilik, güc, gücü özünə çəkmə istəyini də unutmamaq lazımdır.

   Qadınlara dair bu deyilənlərə bir də Lou Salome ilə olan  "çox işlənmiş" münasibəti də əlavə edilərsə, bu vəziyyətdəki psixoloji dəyərləndirmələrin həddi-hesabı olmadıqda Nitsşenin zəif xarakterli və qadın düşməni kimi təsvir edilməsi mümkün olmaqdadır. Ancaq Nitsşe , burada, qadınlar mövzusunda daha həssas və dərin araşdırmanın , daha çox düşünərək bir dəyərləndirmənin doğru olacağını işarə etməkdədir. Nitsşenin ironiyası burda özünü göstərməkdədir.  O . nə qadınları alçaltmaqda və buna bağlı ayrı-seçkilik göstərməkdə, nə də kişini - bir kişi olaraq özünü də - bəsit görməkdə və ya yüksəltməkdə, nə də qadınları kişidən daha ağıllı olaraq təsvir etməkdədir. Nitsşe sadəcə olan-bitənə baxaraq qadınlara aid bir qiymətləndirmə aparmaqdadır. Yəni reallığa baxaraq danışmaqdadır. Buradan qadınlara və ümumi olaraq həyata dair tutarsız deyil, tutarlı bir baxış bucağı əldə edə bilər. Nəticədə qadınların özlərinə dair bir baxışa sahib ola bilmələri üçün özlərinin reallıqdakı yerlərinə baxmaları lazımdır. Bu səbəblə, Nitsşenin qadınlara. daha önəmlisi insana dair söylədiklərindən çıxaracağımız çox nəticə vardır...




31 Mart 2016 Perşembe

28 Mart 2016 Pazartesi

Rus yazıçısı L.N.Tolstoyun "Hz.Məhəmməd(Sav)" və ya "Gizlədilmiş" əsəri haqqında.

Rus xalqı, xüsusən alimləri Tolstoyu (1828 - 1910) böyük heyranlıqla sevir və əsərlərini oxuyurdular. Lakin onun İslamı qəbul etməsi xəbərinin yayılması , Rusiyada böyük kütlə arasında İslama qarşı güclü qarşıdurma yaradacağını bilirdilər. Buna görə də Tolstoyun Hz.Məhəmməd (Sav)-ın hədislərindən ibarət yazmış olduğu kitabçasını KGB kimi Rusiya kəşfiyyat qurumları gizlətməyə, unutdurmağa və çap olunmasına mane olmuşdular. Tolstoy bu risalə (kiçik ölçülü kitab,kitabça) ilə, Rus oxucularını Hz.  Məhəmməd(Sav)-ın hədisləri ilə tanış eləmişdir və bu risalənin Rus xalqına və onları aldadan komunist rejimə dərs vermək gücünə malik olmasına xüsusi diqqət yetirmişdir.


"  Məhəmmədilik xaça sitayiş etməklə, Xristianlıqla müqayisə edilməyəcək qədər yüksəkdə durur. Əgər insan seçmək hüququna sahib olsaydı, ağlı başında hər bir insan,  heç tərəddüd etmədən Məhəmmədiliyi; tək olan Allahı və Onun Peyğəmbərini qəbul edərdi."
Lev Nikolayeviç Tolstoy.

"Məhəmməd mənim üçün hər zaman Evangelizmdən(Xristianlığıqdan) üstündür. O , insanı Allah saymır və özünü də Allahla bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun Rəsuludur. Burada heç bir müəmma və sirr yoxdur"
Lev Nikolayeviç  Tolstoy.

Tolstoyun Peyğəmbərimiz Məhəmməd(Sav)-ın hədisləri ilə bağlı kitabçası uzun illərdir Türkiyədə nəşriyyatlar arasında bilinən amma oxucuya çatdırılmayan, gizlədilmiş bir kitabdır. Çünkü Tolstoy kimi dünyaca məşhur bir yazıçının Həzrəti Məhəmməd (Sav)-ın sözlərinə maraq göstərməsi və bunu toplayıb Rus xalqı ilə paylaşmaq istəməsi inanc və mədəniyyət dünyası üçün olduqca təhlükə idi.

Senzuraçı bir yanaşmaya görə , belə bir örnək var; 1978-ci ildə bu risalənin giriş bölməsini yayımlamaq istəyirlər. Fəqət mətbuata nəzarət edən dövlət idarəsi bu yayına icazə vermir. Səbəbsə, Tolstoy kimi dahi bir Rus yazıçısının İslam dini və Hz. Məhəmməd (Sav) haqqında müsbət və tutarlı fikirlərin irəli sürməsidir. Redaktor bu yazıya görə qəzetin yayımını uzun müddət gecikdirir. İcazə üçün bu dəfə Moskvaya müraciət edilir. Ordan "Bəli çap edə bilərsiniz" cavabının gəlməsi ilə risalə oxucularına qovuşur. Beləliklə bu kitabdakı məktublar ilk dəfə olaraq 1978-ci ildə Azərbaycan nəşriyyatında Azəri - Türkcəsi və Rus dilində çap olunur.



Kitabda yer alan yazılardan biri də budur;

Rusiyada, Rus milliyyətli, İslamı qəbul etmiş Valeriya Porohova adında bir qadın vardı. Bu qadın bir Ərəblə evlənmiş və 11 il həyat yoldaşı ilə Səüdiyyə Ərəbistanında yaşamışdı. Bu müddət ərzində İslam dinini yaxşıca öyrənmiş və müsəlman olmuşdu. Porohova  Qurani-Kərimi Ruscaya tərcümə etmiş; İlahiyyatçılar da bu tərcüməni bəyənmişdilər. Xanım Porohova  Tolstoy və İslam mövzusunu mediada cəsarətlə işıqlandırmışdı. Valeriya  Porohova , L.N. Tolstoyun ömrünün son illərində İslam dinini qəbul etdiyini və bir Müsəlman kimi torpağa tapşırılmasını vəsiyyət etdiyini  Sovet mediyasında dilə gətirmişdir. Sovet hökuməti uzun illər bu  həqiqəti gizlətməyə çalışmışdır. Valeriya Porohova bu vacib sənədi cəsarətlə açıqlayıb , yayınlanmasına nail olmuşdur. Porohovanın açıqlamalarına görə Tolstoy  müsəlman qayda-qanunları ilə dəfn olunmuşdu. Onun məzarının üstündə Xristian simvolu olan "Xaç"ın olmaması da bunun aydın dəlili olaraq göstərilmişdir.

7 Mart 2016 Pazartesi

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)

Bir banka Bal...
Evd
ə ,  rahat kreslomda oturub kitab oxuyurdum ki,  birdən  kiminsə ötkəm səslə harayladığını eşitdim.  Səsin gücündən bizim həyətdən gəldiyini o saat anladım. Pəncərəyə yaxınlaşdım. Dolu, orta yaşlı bir qadının dayanmadan nəsə deməyə çalışdığını  gördüm . İlk baxışdan dilənçi olduğunu yəqin etsəm də,  nə istədiyini dəqiqləşdirmək üçün  soruşdum.
- Ay xala, kim lazımdı?
Qadın sözləri  ipə düzürmüşcəsinə , elə sürətlə danışırdı  ki, heç nə anlamadım. Onu bilirəm ki, əlindəki torbanı göstərib nəsə deyirdi. Onu anlamadığımı başa düşüb ki, nitqinə ara verib, aramla :
- Ay bala, hələ düş gəl həyətə, dedi.
  Uşaqlıqdan dilənçilərdən qorxduğum  üçün,hələ də canımda qorxu qalıb doğrusu.  Küçədə oynamağa meylli uşaq olduğum üçün,  kimin yekə, qara xalı varsa, dilənçilər onu oğurlayıb aparır , demişdilər evdəki böyüklər. Buna görə diz büküyümdəki xalımı görərlər deyə  dilənçi görən kimi qaçıb evdə gizlənirdim. Nə isə...
   Oğlumu  yanıma alıb  həyətə, qadının yanına gəldim.  Əlindəki torbadan  bir şüşə bal çıxarıb mənə göstərdi. Hər şey məlum oldu artıq. Qadın bal satandır. Yenə də dil-boğaza qoymadan, hey hüdüləyib tökürdürdü. 

 - Xala, ehtiyacım  yoxdur , istəmirəm.
 - Sən, Həzrət Abbas götür. Yolda qəza eləmişik, pul lazımdı.Birini də qonşun İlhamə aldı.
Ilham
ə məndən iki küçə aralı yaşayır, bu hardan bildi ki, mən onu tanıyıram. Yəqin elə İlhamə göndərib bura. Bilir ki, bir-iki ağız təkid eləsə, lazım olmasa da  balı götürəcəyəm. Ona görə də almamağı öz-özümə qət elədim.
-  Xala, Vallah da, Billah da evdə bal var, heç yemirlər də...
 - Yoxeey, balamsan tut bunu.
- Heç pulum da yoxdur. Əziyyət çəkmisiz...
- Pul istəmirəm, nə qədər versən  götürəcəm.
 
Əcəb işə düşdüm. Bu heç xeyirli işə oxşamır.Bu qadına nə düşüb ki , mənə pulsuz nəsə verə. Gözləyək, görək axırı nə olur.
 - Heç elə də iş olar? Pulum olsaydı alardım, dedim...
- Nöş olmur, bunu götür, bir mişıx (kisə) kartof, hələ pendir də verəcəm sənə.
 - Yaşxı. Neçəyədir?
 - heç neçiyə 25 manat ver bəsimdi.
gözüm böyüdü. Mən düşünmüşdüm ki , qadın belə çıxılmaz vəziyyətdə yəqin ki, çox aşağı qiymət deyəcək. Cavabımı gecikdirib, udqundum.
 - Ay xala, götür balını, Vallah evdə var heç yemirlər də.Nə də o qədər pulum yoxdur.
 _ Yox mənə qaytara bilməzsən. On beş ver çıxım gedim.
Qadının davranışı bütün əsəblərimi alt-üst eləmişdi. O an ,ən böyük arzum ondan qurtulmaq idi. Amma deyəsən bu asan olmayacaqdı. Fikirləşdim ki, kartof və pendir də versə, on beş manat yaxşıdır. Bu arada qadın çox fikirləşdiyimi görüb, gözümün içinə baxa-baxa :
 - on manat da versən olar, dedi.
 - Yaxşı, deyib razılaşdım. Evə gəlib on manatı götürərkən, ürəyimdə qadını yamanlayırdım. Mənə lazım idi bal? Heç xalis olub, olmadığını da bilmirəm. Allah bilir nədi...
 Qadına pulu uzadıb, sağollaşıb pilləkənlərlə evə qalxırdım ki, arxadan qadının səsini eşitdim:
 - Ay bala, balamsan acından da ölürəm,mənə bir az yemək də ver. Səhərdən heç nə yeməmişəm.
Bu da çox oldu haa... Allahından qadına qəzəbliyəm, boşyerə vaxtımı, pulumu itirdim. Ayda , ildə bir dəfə evdə tək qalıb , sakitliklə kitab oxuyacaqdım ki, gəlməyi bəs deyilmiş kimi, yemək də istəyir. Arxaya çevrilib qeyri-ixtiyari əsəbi halda, bacardıqca mülayim görünməyə çalışaraq, cavab verdim:
 - Nə yeyirsiz ki?
 - Heç eləcə evdə bişirdiyindən. Yanımda oğlumgil də var.Nə olsa yeyərik.
Evə gəlib, mətbəxə keçdim. Günorta üçün hazırladığım, amma hələ nahara evə gəlməmiş ailə üzvlərimə hazırladığım, səbzili balıq buğlamasından , qadının yanındakıları da nəzərə alaraq bir qaba yığıb qadına apardım.Xala sağ ol-sağ ol deyərək həyət qapısından çıxıb, uzaqlaşdı.
O gedəndən bir müddət sonra qadın haqda  fikirlərim taamam dəyişdi. Qəfil baş verən bu gəliş əslində bal satmaq məqsədi daşımırdı. Üz- gözündən dilənçilik yağan bu qadın elə sözün əsl mənasında dilənçi idi. “Balı” sadəcə məqsədindən suiistifadə etmək üçün , istifadə eləmişdi. Satdığı balların puluna hər hansı bir yeməkxanadan yemək alıb yeyə  bilərdi. Deyək ki, belə bir səriştəsi yoxdur, dediyi kimi pendiri varmış, çörək alıb öz xurcunundan yeyib, hörmətlə yola salına bilərdi...

Bu həyatımda rastlaşdığım ikinci qeyri-müəyyən hadisə oldu. Təəssüf ki, sonuncu olduğundan da əmin deyiləm.

                                              
 

  

26 Şubat 2016 Cuma

Xocalıda əsir qadın fəryadı... Kübra İ- va



Bu nə dərddir, bu nə tale , a millət
İmdadıma yetiş Azərbaycan ,heey!
Qarabağda doğulmuşam qara bəxt,
Səsin gəlmir,unutmusan, vətən,heey!
Əsir düşən günüm bu gün zalıma,
Uşaq idim, bir gecədə çevrildim mən qadına
Düşmənlərin necə qıyar bu günahsız halıma?
Dilsiz idim, harayıma səsin gəlsin,vətən,heey!
Ləkələnmiş cəsədimi torpağımda yuyun heey!
Tanrı da unudub, haray vermədi
Zalım qolu zorlu aman vermədi...
Mən bilmirdim, düşmən nədi, dost nədi
Barı sən gəl , yetiş dada Vətən heey!
Yetər artıq, iyirmi dörd il tapladalandım, vətən heey!

3 Şubat 2016 Çarşamba

Əsəd Qaraqaplan Trilogiya– “HalRoman” “XilasRoman” “SavaşRoman” haqqında

          Əsəd Qaraqaplan  Trilogiya– “HalRoman”  “XilasRoman”  “SavaşRoman” haqqında
2016-cı ilə qədəm qoyarkən,  dünya ədəbiyyatı ilə yanaşı Az. Müasir yazarlarına da müraciət edəcəyimi söz vermişdim.  Açıqcası bir-iki nəfərdən başqa gənc yazarlar haqqında çox da məlumatlı deyiləm. Yalnız az da olsa oxuduqlarım içərisində yazısını, dilini , axıcılığı ,anlaşıqlığı , ən əsası səmimiliyi  baxımdan Əsəd Qaraqaplan hazırda mənimçün daha yaxşı təsir bağışladı. Yazarlıq – içindən gəldiyini olduğu kimi, heç nəyi gizlətmədən , utanmadan hisslərini  sətirə köçürməkdir. Ona düzəliş etdinsə, ətrafını düşündünsə, səmimilik azalır və hətta itir... Yazarımız Əsəd bəy   bir müsahibəsində ona ünvanlanan suala belə cavab vermişdi: “- Hər yazıçı dəlidi. Özü də zır dəli. Yazıçı fikirlərini və hisslərini bir ovuca yığıb istədiyini insanlara deməyə başladığı andan dəli olur. Ruhi xəstə yox - dəli. Fikirlərin, ağılın, məntiqin, hisslərin və görmələrin dəlisi. Bu baxımlan bəli, mən də dəliyəm - hər özünü yazıçı hesab edən adam təki”
    Mütaliəmə Əsəd Qaraqaplanın Trilogiyasının ilk romanı(2009) “Halroman”la başladım. Roman adından da göründüyü kimi , əsər qəhrəmanının  halını, iztirablarını, keçirdiyi hissləri , düşdüyü vəziyyətin ağırlığını bütün çılpaqlığı ilə ,çox ustalıqla oxucuya göstərir. Oxuduqca  hər kəsdən, hər şeydən uzaqlaşmış, sərgərdan həyat sürən bir yazarın depressiv halından hali olursunuz. Səksən altı səhifəlik bu kiçik romanda olduqca dərin fikirlərə rast gəldim.Hər bir cümlədə bir qədər düşünməli oldum ki, son zamanlarda heç bir kitabda bu Halla qarşılaşmamışdım. Ümumilikdə trilogiyanın əsas mövzusu sevgi, daha doğrusu sevgisizlikdir. Daim əsl sevgi axtarışında olan qəhrəmanımız Men , sevgisini tapa bildimi? Bunu ardıcıl olaraq “XilasRoman”da  və “SavaşRoman” da öyrənməyə çalışacağıq.
XİLASROMAN.(2010)
Bu romanda qəhrəmanımız düşdüyü hali- vəziyyətdən qurtulub xilas olmağa çalışır.  Xilasroman 3 nəfərin, Men, Kölgəsi və yazar Aslan Halromanın  dilindən , hər birinin öz düşüncələri ilə bir-birini izahetməyə çalışaraq, sanki xilası asanlaşdırmağa çalışdıqlarını göstərir. Qəhrəmanımız xilası evdən, iş yerindən çıxıb haraya gəldi baş alıb getməsində görür. “İlk dəfə onda anladım ki, insan evdən çıxıb hara, niyə getdiyini bilmədiyi yoldan daha çox şey gözləyir, daha çox ümidli olurmuş”, deyir. Əsər, yazar Aslan Halromanın  Men haqqında yazı yazmağa başlaması ilə davam edir. “İndi sizə Menin taleyini öz taleyim kimi anlatmaq zorunda qaldığım bu hal içində nə söyləyəcəyimi bilməsəm də , bircə şeyi bilirəm ki, yazmalıyam – sətirlərin, sözlərin, hərflərin burulğanında itmək, ərimək belə olsa , oturub dəli kimi yazmalıyam... Menin ailəsi,yaşadığı  cəmiyyət, işlədiyi iş, dostluq etdiyi, sevdiyi insanlar, əslində mənim də görüb yaşamaq zorunda qaldığım hallardı.Bizim fərqimizsə hardasa hərəkət və durğunluqda üzə çıxır, yəni o, bütün bunları öz hərəkətlərində edirdisə, mən də bunu oturub yazmaqla bulunmağa çalışıram”
Menin daimi “kölgə”si isə onun haqqında deyirdi: “ Onun kölgəsi olmaq mənə ağır gəlsə də , belə bir maraqlı hərəkətlərə , həyat təcrübəsinə sahib olan birini izləmək , etdiyi qəribə hərəkətlərin səbəbini özümçün dəqiqləşdirmək , o qədər maraqlı idi ki, mən daha öz varlığıma şübhə edir, çox zaman onda əriyib, yoxa çıxırdım...”
Roman hər cümləsində bir məna yatan , düşüncə yaradan 158 səhifədən ibarətdir.
SAVAŞROMAN.
Trilogiyanın sonuncu romanı 2011-ci ildə yazılıb, sırf savaş və sevgi üzərində qurulmuşdur.  Yazar bu roman haqqında deyirdi: “ Bəlkə də bu romanın yazılma halını bir insan ömrü qədər  uzada bilər, hər dəfə ona nə isə əlavə edə bilərdim. Amma kitabı bu qədər sürətlə yazıb bitirərkən, mən bir şeyi dəqiq anladım - əsl sevgi insana bəzən yüzlərlə insanın bir ömür boyu yaşayıb , duya bilməyəcəklərini , bir günün, bir saatın , hətta bir anın içində  anladır, duyurur”
Roman sevgi romanı olmaqdan ziyadə, daha çox şeyi aşılayır. Xəzər sahilində yazar Haqan Savaşla qarşılaıb bütün həyat hekayəsini, sevdiyi qadınları, ailəsini ona anladıb, həyatı mübarizəsinə, savaşına güc qatır sanki . Men  roman boyunca həqiqət axtarışında oldu, lakin hər kəsin görüb bildiyi yox. O , hər kəsdən fərqli idi. Hər kəsin bildiyi həqiqət ona görə deyildi. Onun öz gerçəkləri, öz fikirləri vardı. O hər kəs kimi olmaq istəmirdi. Bəlkə də buna görə sevdiyi qadınlarla , kənddə qoyub gəldiyi ailəsi- ana və qardaş-bacılarıyla fikir ayrılığı yaşayırdı. Onu anlayan və dinləyən yalnız  , yazar Haqan Savaş idi. Artıq , yazar Haqan Savaş xəyalətmiydi ya gerçək , bu oxucunun təxəyyülündən asılıdır.
Romanları oxuya-oxuya özünüzü həm də Bakının küçələrində, Xəzərin neft qoxulu sahilində, İçərişəhərin qala divarları arasındakı xarabalıqlardan tutmuş, füsunkarlığıyla  baş- başa hiss edəcəksiniz. 392 səhifəlik SavaşRoman Menin sevgisizliyini, yalqızlığını, depressiv halını ən əsası savaşını qalibiyyətə çatdıra bildimi? Bunu bilmək üçün oxuculara bu trilogiyanı oxumağı  şiddətlə tövsiyə edirəm.


  




12 Ocak 2016 Salı

Könlüm...

Elə hey danışır , susmayır könlüm
Onun məndən başqa dinləyəni yox.
Əvəzsiz, çıxarsız olub həmdəmim
Mənim də savayı dinləyənim yox.
Kaş insan olaydın , durub qarşımda,
Lal baxan gözümü ovunduraydın.
Səssiz baxışlarım görəydi səni,
Səndə kədərimi soyunduraydın.
Cismimdə olmağın yetməyir mənə,
Bir insan üzünə ehtiyacım var.
Başında insanlar dolanır- demə!
Mənim bir tək sənə, ehtiyacım var!
Həm bilirsən çoxdur dərdim ,əzabım,
İnsan olsan yüngülləşər qübarım
Sən incimə insanlığın nübarın,
Nəfsim çəkir ,könlüm məndən incimə!
Bir gün əcəl təri üzümə gəlsə,
Bu gənc yaşım mənasını itirsə.
Bax o zaman gücün yetsə, yetişsən
Vura bilərsənsə, vuruş , ürəyim!
Arzumu kamına yetir, ürəyim!

Labirint 5. "Ömrümün duyqulu ,Qayqısız məktəb illəri..."





  • Məndən soruşsalar ki, uşaqlığının ən mənalı, yadda qalan günləri ... heç düşünmədən məktəb illəri deyə cavab verərdim. Çünkü ,o illərdən savayı evdən kənar günlərim o qədər də çox deyildi. Hər nə qədər aqrılı, acılı təəssüratlarım olsa da, bir o qədər də xoş xatirələrim var. Acısıyla, şiriniylə bu həyatı qəbul edib sevirik. Mənim olan hər şey mənə şox əzizdir. Cox çeynənmiş bir fikir olsa da ,d ünyaya ikinci dəfə gəlsəydim , əlimdə olsaydı yenə bu həyatı seçərdim. Eyni insanlarla tanış olmaq , eyni insanlarla qarşılaşmaq , eyni insanlar tərəfindən tərk edilmək,eyni valideynlərə sahib olmaq... Hətda onlar qısa ömürlü olsalar belə... Yay tətillərini heç sevməzdim.Sıxıcı rayon həyatından yalnız dərs, kitab-dəftərlər sayəsində qurtula bilirdim. Evdə məndən başqa dörd bacım olsa da, danışmaqı sevmir, tək qalıb öz-özümə qapılmaqdan xöşum gəlirdi. Düzdü arabir zarafatlarımız olurdu.Lakin,nənəmin zəhmindən uşaqlıqımızın da dadını çıxara bilmirdik. Məktəbdə də müəllimlər ona bələd idilər, lakin hörmətlə yanaşırdılar. Onun fikrincə hec kim onun nəvələrinə güldən aqır söz deyə bilməzdi ki, bu onsuz da olmurdu. Çünkü biz Dövlət müəllimin qızları idik,ən əsası da anamız rəhmətə getmişdi. Kimsə bizə “anasız”deyə fikirləşib,”təhqir” edə bilməzdi. Xasiyyətini artıq bilirdik . Ona görə də vacib olmadıqca yanında hər sözü danışmırdıq. Saclarımız uzandıqca,uzanmalı idi. Azacıq ucundan kəsməyə ixtiyarımız catmazdı. ”Anaları yoxdu deyə, saclarını hörən yoxdu” deyəcəkdi görənlər. Həftə sonları günortadan hamama girib , bir də axşam cıxırdı qadıncığaz. Beş qızın saclarını səbrlə ,yonmadan yuyub, daramaqa calışarkən , hava da qaralırdı. Doxsanıncı illərin cətinlikli , böhranlı illərində əlindən gəldiyi qədər bizi məktəbə geyimli , səliqəli, təmiz göndərməyə çalışırdı. Artıq o yaşında bunları nə dərəcədə bacarırdısa... Onun hərəkətləri , müəllimlərimizlə dilləşməkləri , məktəbdə bizi utandırırdı. Onun bizə qarşı hədsiz sevgisi artıq ziyan vurmaqa başlayırdı. Uşaq psixologiyamda bu sıxıntı da öz işini bir yandan görürdü.

    Nənəmdən fərqli olaraq atam cox sakit , mülayim insan idi. Nənəmin qarşısında o da heç bir söz deməzdi. Düzdü arabir onu səbrli olmaqa çaqırsa da, bilirdi ki, faydası yoxdur. Atam əvvəllər müəllim işləsə də, bizim oxuduqumuz dönəmdə rayonumuzun Təhsi Şöbəsində inspektor vəzifəsində çalışırdı. Tez-tez məktəbimizi yoxlamaqa gəlirdi. Müəllimlərimlə qarşılıqlı hörmət münasibətləri vardı. Nənəmin hərəkələrini bir “dərdli ana” nın simptomları kimi müəllimlərə başa salmaqa çalışırdı. Müəllimlər də vəziyyətdən xəbərdar olduqları üçün , anlayışla qarşılayırdılar. Atam məktəb qapısından içəri girəndə balaca bacım Aytən üstünə yüyürər, evdəki kimi onu qucaqına alıb əzizləməsin istəyirdi.. Sanki yanındakılara “baxın , mənim atam var “ demək istəyirdi. Atamsa,sadəcə başını sıqallar ictimaiyyət içində rəsmiyyəti bacardıqca qoruyub ,saxlamaqa çalışırdı... Bu zaman mən bacımdan fərqli olaraq , sadəcə kənardan izlərdim. Atamın məktəbə gəlişi məni qürurlandırırdı doqrusu . Amma ona yaxınlaşıb, atamı sinif qızlarına nümayiş elətdirməyi çox istəsəm də, bacarmırdım... Məktəbdə də az danışır,hamıdan uzaq gəzirdim. Bircə parta yoldaşım Elçin mənimlə ünsiyyət qurmağa çalışırdı. Onun da fəqli ünsiyyət şəkli var idi. Ya saçımı dartar, ya da nəyimisə götürüb məni cırnatmağa çalışardı. O zamanlar bu məni incitsə də, uşaq psixologiyasını anladıqca başa düşürəm ki, Elçin əslində məni dindirməyə çalışırdı. Bu isə onda alınmırdı. Çünkü mən xətkeşimi, qələmimi, ya pozanımı ondan istəmədən evə gedərdim . Çünkü Elçin hər dəfə, səhər məktəbə gələndə geri qaytarırıdı məndən icazəsiz aldıqlarını. Doğrusu sinif qızlarındansa, Elçinə daha çox bağlı idim. Ən azından sinifdə kiminsə marağında idim. O dərsə gəlməyəndə darıxardım da. .. Mənə elə gəlirdi ki, hamı məndən aralı gəzməyə can atır. Müəllimlərimdən xoş söz, tərif eşidəndə ürəyim silkələnir, qıp-qırmızı pörtürdüm. Heç cür danışdırılmaqdan xoşlanmırdım. Sinif qızları da məndən kənar gəzirdilər. Yaxınlaşsalar da bilirdim, Sanki qəsdən “ananın adı nədir” “niyə məktəbə gəlmir” kimi suallar verirdilər. Qısa konkret cavablayırdım :“Anam rəhmətə gedib” deyirdim. Sonra dalqa kimi yayılırdı bir səs qulaqdan –qulaqa ”onun anası rəhmətə gedib”... Sakit təbiətli olsam da,uşaqlıqdan güclü hissiyatım olub. Həyatımda baş verənlər uşaqlıqdan sentimentallıq yaratmışdı. İnsanların nə düşündüklərini gözlərindən anlaya biilirdim. Qızlara verdiyim cavabdan sonra üzlərindəki itələyici baxışları görə bilirdim. Hec sevmirdim o qızları. Sinif uşaqları demək olar ki,eyni küçədən gəlmə (o vaxtkı Kalinin küçəsi) idilər. Qonşu olduqları ücün məktəbdə də tənəffüsləri bir yerdə keçirər, oyun oynayıb,söhbət edərdilər.. Tək qalmaqdan sıxılmırdım. Əksinə ,onların yanına gedərsəm, yenə də sual atəşinə tutulmaqdan qorxurdum. Dərslərimi yaxşı oxuyurdum. Buna görə ibtidai sinif müəlliməm Minəxanım müəllimə məni cox istəyirdi. Riyaziyyatım güclü olmasa da,uşaqların içində məni heç vaxt sındırmazdı. Vurma cədvəlini biməyənləri sıraya düzüb ”siçovul damına “ aparanda,məni o sıraya qoşmazdı. O zaman məni xor görən sinif qızlarını o sırada görməyim belə, məni maraqlandırmırdı. Bu xasiyyətimi həmişə bəyənmişəm. Məni sarsan hadisələri elə gözəlcə özümdən kənarlaşdırırdım ki ... Cünkü dərk edirdim ki, mən kimlərinsə tərəfindən sevilmirəmsə də, məni sevən insanlar ,məni sevməyənlərin yanında hər zaman uca tutublar. Uşaq aqlımla bunu hiss etmək məni o qədər də üzülməyə qoymurdu. Bu mənə yetirdi.... Bir gün qəribə bir şey oldu. Minəxanım müəllimə dördüncü sinifdə olarkən valideyn iclası təşkil eləmişdi. Uşaqlar da valideynlərlə birlikdə gəlməli idi. Getdik nənəmlə. Sən demə bütün sinif bitlənib , yalnız bir neçə nəfərdən başqa. O bir neçə nəfərin içində mən də varam çox şükür. Müəllimə hamını tənbehlədikdən sonra dərslərimiz,davamiyyətimiz haqqında da valideynləri məlumatlandırdı.O iclas mənim sinif qızları arasında növbəti qalibiyyətimi özümə hiss elətdirdi. Artıq əvvəlki kimi sıxılmırdım onlardan. İclasdan bir gün sonra qızlardan birinin valideyni məktəbə gəldi və mənə yaxınlaşıb,mehribanlıqla danışdırmağa başladı. Qızıyla dost olmaqı, tənəffüsdə bir-birimizdən ayrılmamaqı hər ikimizə tapşırdı. Əllərimizi birləşdirib ”indi gedin həyətə hava alın” dedi və getdi. Çəkingən biri olduqum ücün əlimi ayirmadım qızdan , amma sanki əli əlimi yandırırdı. Mənfi elektrik alırdım ondan. Zəng dərsə caqırınca beləcə gəzdik . Kənardan bizi izləyən baxışları artıq demirəm. Səhər də qız özü mənə yaxınlaşdı. Əslində mənə tək olmaq daha xoş olsa da, onunla dostluq etmək mənimçün bir tapşırıq idi. Demək olar ki danışmırdım.Ümumiyyətlə o illər ərzində lövhədə dərsdən savayı bir kəlmə də olsun danışmamışdım. Dördüncü sinif şagirdi üçün bu cox ciddi problem kimi görünsə də, məni düşdüyüm mühit elə olmaqa məcbur eləmişdi. Zamanla o qıza alışmaqa başladım.Mən söz deyəndə diqqətlə qulaq asırdı. Bəzən mənə elə gəlirdi ki,üzümdə qeyri-adilik var. Yoxsa,bu qız niyə mən nəsə danışarkən belə heyrətlə mənə tamaşa edir. İndi anlayıram ki ,mən danışdıqca o mənim daxili dünyamı kəşf etməyə çalışırdı. Çünkü mən onunçun baqlı bir sandıq idim . Açıldıqca mənim o birilərdən fərqli olduqumu anlayırdı. Çünkü dörd il ərzində mən məktəbə tənəffüslərdə “rezinka” oynamaq üçün gəlməmişdim. Artıq məktəbə həvəslə getməyə başlamışdım . Bu qız mənim ilk məktəb rəfiqəm – Amirə idi.

2 Ocak 2016 Cumartesi

Labirint 1... Kübra.İ- va

Bu gun yene günlerden o gün. Eynile uşaqlıqımda olduqu kimi hisslerimi gizletmeye calışıram.Üzgünlüyümü,küskünlüyümü kiminse görməyini istəmirəm. O vaxtdan illər kecsə də , mən  hec dəyişmemişəm.
Nə qəribə...hələ də başıma bir iş gəldiyində,dara düşəndə səni günahlandırıram. Beynimdə eyni düşüncə “Sən olsan belə olmazdı”.Amma  hec vaxt küsmedim sənə. Bilirəm sən də istəməzdin.
Yazmaqa cətinlik cəkirəm , göz yaşlarım fikrimi ifadə etməyə imkan vermir.Halbuki başlamazdan əvvəl səninlə söhbətləşməyə qəti qərarlıydım. Dediyim kimi hec dəyişməmişəm. Sən gedəli beləyəm...

O vaxt 6 yaşım vardı. Hele herfleri tam bilmirdim. Amma adını yazmaqi öyrənmişdim. Harda bir təbaşir, kömür parçası  görsəm,onu alıb, yarımcıq tikilmiş evimizin divarlarına dilimle sene deye bilmədiyim, çağıra bilmədiyim o kelimeni defelerle yazırdım. Aqlamaq istəyəndə hec kim gorməsin deyə həyətin ən görünməz yerində sakitcə aqlayardım. Sonra da hec bir şey olmamış kimi evə gəlib başımı qarışdırarardım. Bunu nece dəfə belə etmişəm sayını xatırlamıram...Deyəsən indi də elə edirəm axı. Evdə hec kimin olmamasından istifadə edib, kədərimi dilsiz , ruhsuz bir klaviaturaya düzürəm. Evliyəm,məni baŞa düşən  bir ailəm var, amma mən hələ də göz yaşımı  gizlədirəm. Bu dəfə isə, sirdaşım hörülmüş ev, her hansı bir səssiz həyət guşəsi deyil, monitordur...

Bunları yazmaq cox cətindi mənə. Bəzi  insanlar öz hisslərini danışaraq yox, yazmaqla daha gözəl ifadə edirlər .Men də belələrindənəm.Bəlkə də bu hevəskar yazarlıqa, adını divarlara yazaraq başlamışam, hec ferqinde de deyiləm...

1988 ci il ... o il mektebe gedəcəkdim. Evin 4-cu uşaqi olmağıma baxmayaraq cox  heyəcanlıydı. Məktəbə dair hər şey almışdı mənə. O ilə qədər xoşbəxt, diqqət  yetirilən uşaq  olduğumu əminliklə deyə bilərəm.
Sentyabrın 1-i gelib çatmaq bilmirdi ki, bilmirdi. Nəyisə bu qədər sevinclə gözlədiyimi xatırlamıram. Sevincli gözləyişlərimin sonunun , hər dəfəsində həyatın acı sürprizilə bitməsini artıq o ildən bəri müşahidə etməkdəyəm. “Həyatdan  xoş bir şey gözləmə. Qramla verdiyini ,  kiloqramla geri istəyən dünyadır” Budur həyatdan aldığım dərs...

İyun ayinin 3-den 4-ne kecen gecə evimizdə dehşetli nalələrin səsinə oyandım...Başa düşmədim bir şey, amma o gözəl insanın üzünü niyə örtdüklərini dəqiqələr,saatlar kecdikcə anlamaqa başladım.Anladıqca da ürəyimdəki simlər bir- bir  qırılırdı sanki.Yaxinlaşıb o örtüyü qaldırmaqa cürətim də catmadı.Cox illər o fiikir mənə əziyyət verdi.”bəlkə mən caqırsam oyanardı”...                                                                                         
 Bir neçə gün ağlamadım, yəni gözümdən yaş axmadı desəm daha doğru olar. Daxilimdə bir ömrə bəs edən matəmin addım səsləri eşidilirdi...

O il mektebe getmək istəmədim.Niyəsini o vaxt anlamırdım.Öz özümü anlamadiqim  kövrəkliyimə görə qınayırdım . Hər kəsin mənə xoş davranmaqı, anlamadığım hisslər yaradırdı. Anlamadığım nə çox şey varmış...
Bir yandan da, dabanımdakı yaranın tənzif dəyişdirmə vaxtı gəlib çatmışdı. O ağrıdıqca, mən ağlayırdım. Doğrusu yaram çox ağrımırdı, sadəcə mən ağlamağa bəhanə axtarırdım. Ağrı azaldıqca, mən daha çox ağlayırdım. Sağalmağını istəmirdim . O tənzif orda ömrüm boyu qalsın istəyirdim. Ondan qalan ən son toxunuş, ən son nəfəs idi mənimçün. ...
                                                                                       


 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin