22 Mayıs 2016 Pazar

Hirsi məğlub etmək ,bağışlamaq. (Tərcümə)

 Əsəbiləşmək - lüğətdə hirslənmək , hiddətlənmək, kiminləsə arası dəymək,düşmən olmaq, səbrsizlənmək, təhrikə qapılmaq, aşıb-daşmaq, təxribat etmək kimi mənalara gəlməkdədir. Belə görünür ki,hirs, insanı səbrli, şüurlu, yetkin bir insan olmaqdan çıxardır, onu əsəbi, hiddətli, qəlb qıran insan halına gətirməkdədir. Buna görə də, əsəbi olmaq həm insanın özü üçün,həm də  cəmiyyət üçün arzuolunmayan xasiyyətdir. Bu xüsusiyyətə sahib olan insan həm özünə həm də başqalarına böyük zərər verə bilər. Belə insanlardan ibarət cəmiyyətlər həm öz aralarında. həm də digər cəmiyyətlərə də ziyan vururlar. Bilindiyi kimi bu xüsusiyyət insanın nəfsi-tərbiyəsilə , əxlaqi vəziyyətilə yaxından əlaqəlidir. Yəni sağlam və mükəmməl imana və bu  imanın bəxş etdiyi əxlaqa , gğzəl bir nəfs tərbiyəsinə  sahib olan insanlar hirslərini məğlub etməyi onu düzgün idarə etməyi ,istədikləri kimi istifadə etməyi bilirlər. Necə Uca Allah Ali İmran surəsində möminlərin xüsusiyyətindən bəhs edərkən 134-cü ayədə belə buyurmuşdur: "Onlar bolluqda və darlıqda sərf edərlər, hirslərni məğlub edərlər, insanların qüsurlarını bağışlayarlar. Allah yaxşılıq edənləri sevər"

Göründüyü kimi mömünün xüsusiyyətlərindən biri, yetkin bir müsəlman olmağın şərtlərindən biri əsəbinə hakim olub, onu tutmaq, hirsini məğlub edərək, bağışlamağı bilməkdir. Hirsə qapılıb hiddət göstərmək isə, narahatlıqların başlanğıcıdır; çox böyük zərərlərin və pisliklərin baş verməsinə səbəb olur. Necə ki, atalarımız:" Hirsli başda ağıl olmaz"  deyiblər. Bir çox təcrübələrdən sonra deyilmiş bu sözdə mütləq bir həqiqət görünməkdədir. Belə ki, hirs insanı daxilən yeyib-bitirir. Qisas və intiqam almaq, kin  saxlamağın nəticəsində davam edən qan davaları, neçə-neçə ailələri dağıtmış, yurdlarını söndürüb, can və mal azadlığından məhrum etmişdir.

  İnsan oğluna  əsaən iki böyük qabiliyyət bəxş olunub. Bunlardan biri yaxşılıq etmək, digəri isə yamanlıq etmək xüsusiyyəti. (1) Əgər insan yaxşılıq  etmək qabiliyyətini inkişaf elətdirərsə və özünü pislik etməkdən uzaq tuta bilərsə. həm dünyada həm axirətdə qurtuluşa çatar. əgər, pislik etmək qabiliyyəti üstün gələrsə və özünü pisliklərə yönəldərsə, həm dünyası həm də axirəti pərişan olar, işlərində qaçınılmaz itkilərə səbəb olar.

Halbuki . hirslənib , əsəbiləşmələrə qapılmağın zərərlərini bilən imanlı insan, bu cür vərdişlərdən uzaq durmaq, səbr etməyi bacarır. . Necə ki, özünə hər cür nemətləri verən, insanlarda görülən hər şeyi nəzərə alan, hər kəsə bu dünyada gücü çatdığı qədər məsuliyyət yükləyən (2) və bu səbəbdən də axirətdə yaxşılıqlarla və ya əzablarla qarşı-qarşıya qoyacaq qədər olan Uca Allahımıza iman gətirmiş olan kimsə O-nun əmrlərini yerinə yetirib, qadağalarından uzaq durmağı özü üçün bir vəzifə olaraq bilir.

Sevgili Peyğəmbərimiz hər zaman buyururdu: "Yaxşılıq hər zaman cənnətə qovuşurur. Yerdəkilərə mərhəmət göstərin ki, göydəkilər də sizə mərhəmət etsinlər. İnsanlara rəhm etməyənlərə Allah mərhəmət göstərməz. Qəlbindəməehəmət olmayan insan , ancaq şeytana uyan, üsyankarlardır"

Nə xoşbəxt  bu yazdığımız xüsusiyyətləri hər an üzərlərində daşıyıb, sahib olan və onları itirməkdən qorxan insanlara. O insanlar həqiqi xoşbəxtliyə çatmış insanlardır...
Öfkeyi yenmek ve bağışlamak. Prof. Dr. Cihad Tunç







9 Mayıs 2016 Pazartesi

Yalnızlığın girdabında.

Bu səhər başqa səhər, bu gün bir başqa gündür...
Darıxmağın üstünə bir də sıxılmağı gəl
Bir zamansız xəstəlik, bir də tənhalığı gəl.
Bir quru baxışa həsrət, bir şirin sözə həsrət
İçib-içib ünvansız , "heç kimin" arxasınca
Divarlara söylənib, tavana küsməYi  gəl.
Susuz çaydanlıq kimi ocaqda nalə çəkib
Qap-qara kəsilməyi gəl ömrümün üstünə.
Sigar ardıyca sigar ...dolub daşır küldanlıq
Otağın dumanından itib batıb  nə varsa
Boğulmaq belə xoşdur düşünsənə, bir anlıq.
Bir qəzetin küncündə ,xəbər olursan səhər
Hansısa bir şəhərdə , heç kim tanımasa da
Bir "heç kim" tanıyacaq, heç vaxt olmayan kimi
Bəlkə də ağlayacaq heç vaxt olmayan kimi.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə bir də xəyalları gəl.
Gəl ki , batım xəyala "heç kimlə" vidalaşım
Bəlkə də adam olub tutum xəyallarımın ardıyca addımlayım.
Bu dəfə sərxoşluğum aparsın biixtiyar "heç kim" olan şəhərə
Unudum olmayan şərəfi
Unudum boş qüruru.
Onsuz da sürünürəm , yoxdur başqa tərəfi.
Onu unutmaq üçün içi dolu qədəhə
yalvardığım anları, qoy özünə yalvarım.
Bəlkə "heç kim" liyindən bir dəfəlik qurtulum
Həm özümə , həm də ona bir ad qoyub
Bu həyatın zindanından bir əbədi azad olum.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə ,gəl hər nəyi istəsən.
Bir şeir gəl darıxmaqdan yazılan...
Bir "heç kim"lə məhəbbətin bəxş etdiyi əzablardan doğulan...
Səhərin xeyirindən, axşamın da şərini xeyirliyə çevirən
Bir şeir gəl bədbəxtliyi xoşbəxtliyə çevirən...
Bir insan gəl, həyatını öz əliylə cəhənnəmə çevirən...




2 Mayıs 2016 Pazartesi

Məsmə və Məmməd...

   Qonşumuz Məsmə  40-45 yaşlı , normal görünüşlü bir qadındır. Yoldaşı Mamed ilə eyni yaşıddırlar. Məsmənin dediyinə görə 7 illik sürən  gizli sevgi macərasından sonra. birtəhər ailələrini razı salıb evlənə bilmişdilər. Evlilikləri asan başa gəlmədiyi kimi , evlilik sonrası da, illərlə kirayələrdə, ehtiyac içində keçirdikləri günləri az olmamışdı. Bütün bunlar azmış kimi, övlad intizarı da 10 il davam eləmişdi. Bu 10 il müddətində Mamed ailəsinin , qohumlarının israrına baxmayaraq, Məsmədən ayrılmamışdı.

   Nəhayət, isti iyul günlərinin birində  gözlənilən bir qız övladı dünyaya  gəldi. Sevinclərinin həddi -hüdudu yoxdur. Bunlarla yanaşı yeni aldıqları mənzillərindəki qonşuluların  da intizarına son qoyulmuşdu. Məsmə artıq məclislərə üzüağ , sevincək gedə bilirdi. Dəfələrlə qulağı eşidə-eşidə getdiyi məclislərdə barmaqla göstərilərək "filankəsin uşağı olmayan gəlini"  kimi tanıdılmışdı yadlaraa. Bunun nə qədər kədərli olduğunu bir tək özündən başqa heç kim başa düşməmişdi . İndi də, o günlərini xatırlayıb danışarkən gözlərindən yaşlar gilə-gilə tökülür....

  Aytənin dünyaya gəlişinin ardından, Ayxan da gəlmişdi dünyalarına. Bəs nə idi bu ailədəki problem? Bu soyuqluğa səbəb nə olmuşdu anlamıram? Məsmə artıq alışıb bu vəziyyətə . hətta burda qeyri-adilik görmür belə. Yəni Mamed evə gələrkən:
  "- Aytən, anan hanı?"
  "- Aytən, anana de yemək versin"
  "- Aytən anana de çay versin..."  Bütün bunlar Məsmə üçün çox adi bir haldır. Sanki ,Aytəni bir-birləri arasında  körpü olması üçün dünyaya gətirmişdilər.

  Yəni, öz həyat yoldaşına müraciət edib, nəsə istəmək bu  qədərmi çətindir?
  Hər şey bir yana , hər hansı bir məclisə bir yerdə , amma yad insanlar kimi getmək necə mümkün ola bilir? Üstəlik də bir yerdə oturmaz, bir-birinin üzünə belə baxmazdılar. Getmək məqamı gələndə , Mamed hər hansı bir qonşu uşağından xəbər göndərib , Məsmənin getmək istəyib-istəməməsinə ehtiyac duymurdu.

    Məsməyə görə bu artıq onların yaşına görə normaldır. O özünü yaşlı hiss edir və belə qələmə verir.Ona görə ailədə sevgi olmurmuş. Ailədə kişinin qadınla zarafatı, deyib-gülməsi onun üçün  kişinin "yüngüllük" əlamətidir.
  - Bilirsən, Mamed çox ciddi, ağırbaşlı insandır. O , neçə illərdir  uşaqların yanında mənim adımı dilinə gətirmir" deyir.

   Məsmə adi qadınlardan biridir.On bir illik məktəb həyatından sonra. çox da cəmiyyət içərisində olmamışdır. Ailə qurduqdan sonra da, uzaq başı Mamed evə gəlincə teleseriallara baxır, o gələndən sonra da, yeməyini verib, öz küncünə çəkilir. Sosial şəbəkədən xəbərsiz, hətta cib telefonu olmadan da "öz başını saxlayır"  Yəqin onun hekayəsini ictimailəşdirdiyimi bilsə, mənə çox acığı tutar. Hətta mətndəki adları şərtiləşdirsəm belə....

  Tez -tez mənimlə söhbət edərkən bundan söz salması ,əslində ürəyinin dərinliklərində çöküntü olduğunu göstərir. Axı, kim istəməz ki, ailəsində gülərüz abi-hava olsun. Mamedin bu "ağırbaşlılığı" Məsməyə çox ağır başa gəlirdi. Əlbəttə Məsmə mənə hər şeyi açıqlamasa da ,  ürəyinin dərinliklərində  həqiqətin fərqində idi...

Yəqin ki , bu yazıda əsas problemin Mamedin Məsməyə müraciət şəklindən çox , əslində bunun dərinliyində insanlarımızın ailə anlayışının öz üzərlərində məhdudiyyətlərə məruz qoyduğunun faciəsini görürük. Mamedin həyatında başqa qadının olduğunu bilə-bilə , onun ayaqqabısının üzünü bağlayacaq qədər sevən Məsmənin acı taleyinin şahidi oluruq.  Qadınlığını, hisslərini "ailəsinə""qurban" verən tipik bir Azərbaycanlı qadını. Bu həqiqətən ailədirmi? Ümumiyyətlə ailə necə olur? Məsmənin bu suala cavab verməsini çox istəyərdim. Məhs onun cavab verməsini....

(Mətndə adlar şərtidir)


 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin