9 Mayıs 2016 Pazartesi

Yalnızlığın girdabında.

Bu səhər başqa səhər, bu gün bir başqa gündür...
Darıxmağın üstünə bir də sıxılmağı gəl
Bir zamansız xəstəlik, bir də tənhalığı gəl.
Bir quru baxışa həsrət, bir şirin sözə həsrət
İçib-içib ünvansız , "heç kimin" arxasınca
Divarlara söylənib, tavana küsməYi  gəl.
Susuz çaydanlıq kimi ocaqda nalə çəkib
Qap-qara kəsilməyi gəl ömrümün üstünə.
Sigar ardıyca sigar ...dolub daşır küldanlıq
Otağın dumanından itib batıb  nə varsa
Boğulmaq belə xoşdur düşünsənə, bir anlıq.
Bir qəzetin küncündə ,xəbər olursan səhər
Hansısa bir şəhərdə , heç kim tanımasa da
Bir "heç kim" tanıyacaq, heç vaxt olmayan kimi
Bəlkə də ağlayacaq heç vaxt olmayan kimi.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə bir də xəyalları gəl.
Gəl ki , batım xəyala "heç kimlə" vidalaşım
Bəlkə də adam olub tutum xəyallarımın ardıyca addımlayım.
Bu dəfə sərxoşluğum aparsın biixtiyar "heç kim" olan şəhərə
Unudum olmayan şərəfi
Unudum boş qüruru.
Onsuz da sürünürəm , yoxdur başqa tərəfi.
Onu unutmaq üçün içi dolu qədəhə
yalvardığım anları, qoy özünə yalvarım.
Bəlkə "heç kim" liyindən bir dəfəlik qurtulum
Həm özümə , həm də ona bir ad qoyub
Bu həyatın zindanından bir əbədi azad olum.
Bu səhər başqa səhər, bu gün bir başqa gündür
Darıxmağın üstünə ,gəl hər nəyi istəsən.
Bir şeir gəl darıxmaqdan yazılan...
Bir "heç kim"lə məhəbbətin bəxş etdiyi əzablardan doğulan...
Səhərin xeyirindən, axşamın da şərini xeyirliyə çevirən
Bir şeir gəl bədbəxtliyi xoşbəxtliyə çevirən...
Bir insan gəl, həyatını öz əliylə cəhənnəmə çevirən...




0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin