Fəsillər yerini dəyişdirsə də,
İnsanlıq dəyişməz bathabatdadı.
Ərəbi bilmirəm , Tanrım...
Öz dilimdə yalvarıram...
Bütün yanğım, dualarım
Sevgisidir insanların...
Çox demirəm, ağır gələr
Qətrə- qətrə, zərrə-zərrə
İnsanlara hidayət ver.
Zalımların canın alma
Yavaş-yavaş mərhəmət ver.
Öz bətnindən doğurduğu
Balacanı doyurmadan
Küçələrə, zibilliyə atanlara
Mərhəmət ver!
Bədəninə can verməkdən aciz olan
Əllərini sənə açan ,
Ağlamaqdan yorulmayan
Gənc qadının pıçıltıyla söylədiyi
İmdadına səsini ver!
Yetiş acların hayına!
Bir bax , uzaq Afrikanın
Susuzluqdan dodaqları paralanan,
Qabırğası üzə çıxıb
Barmaq-barmaq sıralanan
Uşaqların duasına, fəryadına
Bir əlac ver!
Varlıların varın alma!
Onu da sən yetirmisən
Verdiyini geri alma!
Bölüşməyi, paylaşmağı öyrət ona
"Toxun acdan nə xəbəri"
misalını öyrət ona!
Varlığını xatırlat!
Yoxluğunu hiss elətdir!
Ədalət ver!
Zaman öz dövrünü başa vursa da,
Dünya məhvərindən uzaqlaşsa da,
Ərəbi bilmirəm , Tanrım...
Öz dilimdə yalvarıram...
Bütün yanğım, dualarım
Sevgisidir insanların...
Çox demirəm, ağır gələr
Qətrə- qətrə, zərrə-zərrə
İnsanlara hidayət ver.
Zalımların canın alma
Yavaş-yavaş mərhəmət ver.
Öz bətnindən doğurduğu
Balacanı doyurmadan
Küçələrə, zibilliyə atanlara
Mərhəmət ver!
Bədəninə can verməkdən aciz olan
Əllərini sənə açan ,
Ağlamaqdan yorulmayan
Gənc qadının pıçıltıyla söylədiyi
İmdadına səsini ver!
Yetiş acların hayına!
Bir bax , uzaq Afrikanın
Susuzluqdan dodaqları paralanan,
Qabırğası üzə çıxıb
Barmaq-barmaq sıralanan
Uşaqların duasına, fəryadına
Bir əlac ver!
Varlıların varın alma!
Onu da sən yetirmisən
Verdiyini geri alma!
Bölüşməyi, paylaşmağı öyrət ona
"Toxun acdan nə xəbəri"
misalını öyrət ona!
Varlığını xatırlat!
Yoxluğunu hiss elətdir!
Ədalət ver!