12 Kasım 2015 Perşembe

Mixayıl Zoşçenko "Xortlaq"

     Bizim məhəllədə bir həkim var.... Mənə başına gələn bir əhvalatı danışdı....
     Bizim məhlədə yaşayan həkimin saçları ağ-appaqdır. Bəlkə də mənə danışdığı əhvalatdan dolayı ağarmışdı saçları... Səsi də boğuq, quyudan gəlirmiş kimidir. Səs nə səs, insanın tükləri ürpəşirdi !
     Bəlkə səsi də o əhvalatdan sonra  bu hala gəlmişdi.Kim bilir!...
     Gələk  mənə  danışdığı əhvalata.
     Günlərin bir günü, bizim həkim , öz müayinəxanasında oturub fikrə dalıbmış. İqtisadi böhranın nəticələri, insanlar ölüm döşəyində yatmasa həkim çağırmırlar... İşlər kasad...Tibb sahəsində də alış-veriş durğunlaşıb...
     Birdən birə qapı döyülüb. İçəri orta yaşlıbir bəy girib, başlayıb ürəyindən, mədəsindən , ümumiyyətlə əhvalı-səhhətindən şikayətlənməyə: "Ürəyimə damıb ki, deyəsən bu yaxında öləcəyəm" deyir.
     Bizim həkim xəstəni müayinə edib. Qəribədir, heç bir problemi yoxdur.Ürəyi öküz ürəyi kimi sağlam, mədəsi Terkos suyunu( krantdan gələn su) həzm edər əvəlallah.
      Fəqət neyləsin? Vəzifə borcunu yerinə yetirərək iştahaçıcı. filan resept yazıb, müştəridən iki yarım papel alıb, salamatlıqla yola salıb...
      Ertəsi gün eyni saat, eyni dəqiqədə bizim həkim yenə fikirliykən, qapı təkrar döyülmüş. Gözləri ağlamaqdan qıp-qırmızı qızarmış, qoca qarı içəri  girib, hıçqıra-hıçqıra danışmağa başlayıb:
  -  Dünən oğlum sizin yanınıza gəlməmişdimi? Bəli... həmin oğlan gecə yarısı birdən-birə oldü. Heç olmasa gəlin ölüm haqda şəhadətməsini yazın oğlumun...
   -  Qəribədir ! İnsan iştahaçıcı  dərmanından ölməz, amma baxım görüm nə hal baş verir? deyə düşünüb qoca qarının yanına qoşulur...
       Şişlidə bir binanın üçüncü mərtəbəsinə çıxıblar.Yataq otağına giriblər və həqiqətən də,  bir gün əvvəl müayinəxanasına gələn xxəstə yataqda upuzun yatır. Ayaq tərəfində gənc xanımı olmalı ki,  iki gözü iki çeşmə ağlayır...
      Ay Allah bəlasını versin! İki yarım papel üçün bu zırıltı dəyərdi indi?
     Hər nə haldırsa, bizim həkim ölüyə göz ucu baxıb , ölüm kağızında "Ürək çatışmamazlığından vəfat" yazır.
      Sağollaşmadan , eləmədən pilləkənləri aşağı düşərkən , tam küçəyə çıxhaçıqda nə görsə yaxşıdır? Qaloşunun bir tayını yuxarıda unudub. Lənət sənə şeytan... təkrar pilləkənləri yuxarı qalxıb... Baxıb ki , qapı açıq ...Girib içəri... Aman Allah! Dəli olmaq işdən deyil... Bayaq yataqda uzanıb yatan "ölü" salonda bir kresloya oturub, siqaret çəkir... Qoca qarı ortalığı yığışdırır,... Arvadı çamadanları yığır...
     Bizimki əməlli başlı qorxub....Xortlaq! Səsini başına atıb məhəllə qaravuluna götürülüb. Qarovulda həkimə inanmayıb, ələ salmağa başlayıblar. Fəqət israr üzərinə təhqiqata başlamışlar. Məsələ meydana çıxır:
    Xortlaq "....."  bankında kassir imiş. Kassadan 30.000 papel  oğurlayıb və bu məbləği rahat yemək üçün  müvəqqətidən, saxta  ölərək, yeni adla, başqa şəhərdə filan "dirilməyə" qərar verib...
   Xortlaq hekayəsi bundan ibarətdir. Yalnız bunu da nəzərinizə çatdıraq ki, bizim həkimin binada unutduğu qaloşunun tək tayını dərhal geri veriblər.
 Tərcümə : Kübra İ- va

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin