20 Kasım 2015 Cuma

Həyatdan qopduğum o an (Şeir)


Dərin bir sükut var qəlb otağımda,
Yalqızlığımın ən həzin zümzüməsi,
Vücudumun tərk  marşı çalınır
Qulaqlarımda.
Rəqsə qaldırır xatirələr bir-birini,
Bədbəxtliyimə rəqs edir,xoşbəxtliklərim
Şərəfinə içirlər məğlubiyyətlərimin.
“Tost “deyilir hıçıqırılarımın şəninə
Baxıb kədərlənirəm hüznlərimin kef məclisinə.
Gizlədirəm kədərimi
Onu məndən almasınlar
Məni məndən ayırmağa





Ruhumu da satmasınlar.



Həyatın işinə bax!
Yazılacaq qədər də sürmür


Xoşbəxtliyin tərifi.
Axı ,necə olsun ki,
var olmayan bir şeyin
seviləcək tərəfi.
Gözüm gəzir otağımda
Axtarıram unutduğum sirdaşımı
Sevincimi,kederimi bölüşdüyüm yastığımı.
Bir tək o var ,o hər zaman
öz yumuşaq qucaqını mənə açan.
Aqladıqca göz yaşımı
könüllücə
ürəyinə axıdan.
Zaman-zaman mən nankorun
nəzərində unudulan,
dərd ortağım...

Dodağımın kənarlarında
Məcburiyyətdən doğan
acı bir təbəssümlə ,
Yarım qalmış bir yazıya
çalın-çarpaz xətt ataraq
Düşünürəm...
Belə olmaz
Yenidən yaz.
Xoşbəxtlikdən,gələcəkdən,
Bu günündə arxa olan
Həyatını bölüşdüyün insanların
Üzündəki
Gercək olan  məhəbbətdən,sevgidən yaz!

1 yorum :

Unknown dedi ki...

Son cumleni destekleyirem, yaz, Kubram, yaz!

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin