3 Kasım 2015 Salı

Kiçik qızcığazın hekayəsi.

                                   
Mənim adım Lalədir. Yeddi yaşım var.  Qardaşım, atam  və nənəmlə yaşayıram.  Anam da var, amma indi bizimlə yaşamır.Atam deyir indi o çox uzaqdadır,lakin bizi görür , eşidir, hər  gün, xəbər alır və bir gün görüşəcəyik.  Hər  gün onu gözləyirəm.
Günlərimiz çox gözəl və maraqlı keçir.Məktəbə gedirəm, dərs oxuyuram, müəllimlərimi çox sevirəm.Amma bir problemim var  heç kim mənlə dostluq eləmir. Düzü alışmışam onların bu hərəkətinə. Heç kimlə söhbət etmək istəmirəm, çünkü bilirəm dinləməyəcəklər.Hər zamankı kimi, tənəffüsdə   qapının yanında durub zəngin çalınmasını gözləyirəm.  Müəllim məni lövhəyə çaqıranda  , tənəffüsdə məni dinləmək istəməyən sinif yoldaşlarım məni  dinləmək məcburiyyətində qalır. Hər dəfə  “5” qiymət alanda  üzlərinidəki ifadəni görmək istəmirəm.
Sinif yoldaşlaarımın əksəriyyəti bir məhəllədən gəlirlər.Yəni, əvvəldən tanışlıqları olduğu üçün  məni aralarına almaq istəmirdilər. Parta yoldaşım Elçindən başqa heç kimlə münasibətim yoxdur. O dərsini yaxşı oxumur, amma çox mehribandır.  Hətta dünən rəngli karandaşlarımı evdə unutmuşdum,  Elçin özününküləri  mənə sarı uzatdı  “ rəngləyə bilərsən
” dedi. Ürəyimdə ona qarşı dərin minnətdarlıq hiss etdim.
  Qış fəslidir və evlərdə  təbii qaz yanmadığı üçün  hər kəs  ya kömür, ya odun  sobası ilə bir təhər evlərini qızdırırlar.Bizim də evimizdə odun  sobası var. Hər gün soyuq  məktəbdən gəlib əllərimi  sobaya yaxınlaşdırıb qızdırmaq  necə gözəldir.  Çırta-çırt yanan odunun  səsini hər zaman eşidə bilmirsən.  Amma eşidə bildinmi  o zaman  ruhun da isinir.
Məktəbdə olanları evdə unuduram.  Nənəmin bişirdiyi  isti yeməklərdən yeyib  , bir qədər istirahət edirəm.Atam mənə bir hekayə kitabı  alıb,  onu vərəqləyərək çox sevinirəm. Amma bu hər zaman oxuduğum hekayələrə bənzəmir. Əcaib şəkilləri var.  Televizora bənzəyən  elektrikli  ekranlar,  əllə idarə edilən kiçik düyməcikli  bir şey .Oxuyaraq sanki macəralar aləminə səyahət edirəm.  Qəribədir mənim də bu alətdən olsa necə olardı?  Düymələrə basaraq istədiyim  kimi vaxtımı keçirərdim, heç məktəbdəki  qızların mənimlə dostluq etməməklərinə  bu qədər fikir verməzdim. Atam deyir ki, vaxt gələcək texnika o qədər inkişaf edəcək ki,  bu şəkildə gördüklərin   reallığa çevriləcək. Ehhh... o zaman da mən böyüyəcəm. Kim bilir ətrafımda nə qədər dostlarım olacaq. Bu fikirlərlə  sabahkı dərslərimi hazırlayıb yatmağa gedirəm. Kitabın  təəsirindən çıxa bilmirəm.  Otağın tavanında oxuduqlarımı indi canlandırıram. Kaş ki tez böyüyəydim,  dostlarım olaydı.O zaman heç istəməzdim  komputer zad. Axı,  canlı dostluqları əvəz edə bilməz heç nə.  Bir dostum olsa, imtina edərəm bütün o texnikalardan....
Zəng şalındı... Müəllimə yanında ağ xalatlı bir qadınla sinfə daxil oldu. Qış fəslinin tibbi yoxlamaları başlanmışdı. Saçlarımıza, dırnaqlarımıza geyimlərin təmiz olub, olmamasına diqqətlə baxırlar. Ağ xalatlı qadın  Minəxanım müəlliməylə bir qədər söhbətləşdikdən sonra, çıxıb getdi.  Onu yola saldıqdan sonra , müəllimə səhər saat 9-da valideynlərimizin məktəbə gəlməsini  xahiş etdi. Nə olduğunu anlamasaq da, səhər hər kəs valideynilə gəlmişdi. Bir az söhbətdən sonra anladım hər şeyi. Sən demə qızların əksəriyyətinin  saçları bitlənib və buna görə iclas etməli olublar. Sevinirəm ki, mən bu siyahıya daxil deyiləm.Eləcə də bir necə nəfər.
Səhər məktəbdə heç gözləmədiyim bir hadisə oldu. Sinfimizdə bir qızın valideyni gəldi, başımı sığalladı. Qızının əlini əlimlə birləşdirdi , tənəffüsdə, dərsdə bir yerdə olmağımızı, mehriban olmağı tapşırdı. Qızın əlləri  əllərimdəykən ovuclarımın yandığını hiss elədim. Axı öyrəşməmişdim belə yaxınlığa, həm mən təkbaşına, susqunluğumla  çoxdan barışmışdım. İndi  mən bu qızla  necə davranacağımı bnilmirdim.
Günlər keçdi... vəziyyətimiz getdikcə düzəlirdi.  Artıq danışmağa başlamışdım.  Mən  hər dəfə nəsə danışanda qız mənə  diqqətlə baxır, sanki  ilk dəfə görür.  O artıq dərk edir ki, mən məktəbə onlar kimi, yalnız  tənəffüsdə “rezinka “,  “hündürə çıxdı”,”qaçdı-tutdu”  oynamaq üçün gəlməmişdim.  Oxuduqlarıımızı, yazdıqlarımızı bölüşdükcə  günlərimiz daha maraqlı  keçirdi və mən əvvəlki kimi  qaradinməz deyildim. Artıq məktəbə də daha həvəslə gedirdim, çünkü artıq orda  dostum vardı və mənlə dost olmağa can atan digər qızlar....  

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin