20 Kasım 2015 Cuma

Anama. Şeir.






****
İllər necə keçdi sənsiz, anacan?!
 Özüm də bilmədim necə böyüdüm.
  
Uşaqlıq illərim, de, haçanacan
Davam eləyibdir? Bilmirəm özüm.
Biləsən, keçibdir həyatım ağır,
 Nə həyat? Bəlkə də bir röyadayam.
Yuxudan qəlbimə sənsizlik yağır,
 Anasız üşüyən bu dünyadayam.

Bir qucaq istədim uşaqlığımdan,
 Gözümdə qocaldı bu arzu-istək.
İsti nəvazişə qarışdı duman,
O körpə ürəyi hiss edənədək...
Harda gözü yaşlı, küsüb, ağlayan
Bir uşaq görürəm, dolur gözlərim.
Bəlkə də özümü görürəm o an
Titrəyir nəfəsim, solur sözlərim.
Yox...mən kövrəlmirəm, sən mənə inan! Burda yağış yağır, payızdır, ana.
  
Ruhunu ömrünün çətiri sanan
 Payızda yaşayan o qı
zdir,ana…

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin