30 Nisan 2016 Cumartesi

Bir qadın olmalı həyatınızda
Görməkdən bezmədiyiniz.
Dağılmış saçlarını toplamağa çəkinmədiyiniz
Yanınızdan keçərkən bir damın altındaa
 Təsadüfi toxunuşundan diksinmədiyiniz.
Bir qadın olmalı həyatınızda
İllər keçsə də
Uşaqcıl ruhunuzu göstərməkdən qaçınmadığınız.
Səhərlər ümidi olmalısınız.
Gündüzlər dayağı,
Gecələr həyatının bir anı olmalısınız.

Başını çiyninizə qoyub ağlaya bilməli
Çox böyük səbəbdən deyil
Sadəcə yanınızda olmanın vermiş olduğu
Hüzur damcıları olmalı
O yaşlar qəlbinizin közünü ovutmalı.
Arındırmalı bütün kin- küdurətdən
Məhəbbətlə doldurmalı.


Göz-gözə gələrkən gözləriniz gülməli
Baxışlarınızla sevməli
Gülüşünüzlə təzim eyləməli.
Bir qadın olmalı.
Elə bir qadın ki...
Sevişmədən
Pillə-pillə
Addım-addım
Nəfəs-nəfəs kəşf elədiyiniz
Sevişməyə tələsmədiyiniz....

Bir qadın olmalı.
Qəlbinizə imza atmağa tələsməli, kağıza deyil
Qəlbinizə hökm eləməli, həyatınıza deyil
Sakit dalğa olmalı, fırtına deyil
Tərkedilməz gəminin kapitanı kimi
Təlatümlü dalğalarda tərk etməməli
Limanda belə sakininiz olmalı
İlk olması önəmli deyil
Son sahibiniz olmalı.

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin