12 Ocak 2016 Salı

Labirint 5. "Ömrümün duyqulu ,Qayqısız məktəb illəri..."





  • Məndən soruşsalar ki, uşaqlığının ən mənalı, yadda qalan günləri ... heç düşünmədən məktəb illəri deyə cavab verərdim. Çünkü ,o illərdən savayı evdən kənar günlərim o qədər də çox deyildi. Hər nə qədər aqrılı, acılı təəssüratlarım olsa da, bir o qədər də xoş xatirələrim var. Acısıyla, şiriniylə bu həyatı qəbul edib sevirik. Mənim olan hər şey mənə şox əzizdir. Cox çeynənmiş bir fikir olsa da ,d ünyaya ikinci dəfə gəlsəydim , əlimdə olsaydı yenə bu həyatı seçərdim. Eyni insanlarla tanış olmaq , eyni insanlarla qarşılaşmaq , eyni insanlar tərəfindən tərk edilmək,eyni valideynlərə sahib olmaq... Hətda onlar qısa ömürlü olsalar belə... Yay tətillərini heç sevməzdim.Sıxıcı rayon həyatından yalnız dərs, kitab-dəftərlər sayəsində qurtula bilirdim. Evdə məndən başqa dörd bacım olsa da, danışmaqı sevmir, tək qalıb öz-özümə qapılmaqdan xöşum gəlirdi. Düzdü arabir zarafatlarımız olurdu.Lakin,nənəmin zəhmindən uşaqlıqımızın da dadını çıxara bilmirdik. Məktəbdə də müəllimlər ona bələd idilər, lakin hörmətlə yanaşırdılar. Onun fikrincə hec kim onun nəvələrinə güldən aqır söz deyə bilməzdi ki, bu onsuz da olmurdu. Çünkü biz Dövlət müəllimin qızları idik,ən əsası da anamız rəhmətə getmişdi. Kimsə bizə “anasız”deyə fikirləşib,”təhqir” edə bilməzdi. Xasiyyətini artıq bilirdik . Ona görə də vacib olmadıqca yanında hər sözü danışmırdıq. Saclarımız uzandıqca,uzanmalı idi. Azacıq ucundan kəsməyə ixtiyarımız catmazdı. ”Anaları yoxdu deyə, saclarını hörən yoxdu” deyəcəkdi görənlər. Həftə sonları günortadan hamama girib , bir də axşam cıxırdı qadıncığaz. Beş qızın saclarını səbrlə ,yonmadan yuyub, daramaqa calışarkən , hava da qaralırdı. Doxsanıncı illərin cətinlikli , böhranlı illərində əlindən gəldiyi qədər bizi məktəbə geyimli , səliqəli, təmiz göndərməyə çalışırdı. Artıq o yaşında bunları nə dərəcədə bacarırdısa... Onun hərəkətləri , müəllimlərimizlə dilləşməkləri , məktəbdə bizi utandırırdı. Onun bizə qarşı hədsiz sevgisi artıq ziyan vurmaqa başlayırdı. Uşaq psixologiyamda bu sıxıntı da öz işini bir yandan görürdü.

    Nənəmdən fərqli olaraq atam cox sakit , mülayim insan idi. Nənəmin qarşısında o da heç bir söz deməzdi. Düzdü arabir onu səbrli olmaqa çaqırsa da, bilirdi ki, faydası yoxdur. Atam əvvəllər müəllim işləsə də, bizim oxuduqumuz dönəmdə rayonumuzun Təhsi Şöbəsində inspektor vəzifəsində çalışırdı. Tez-tez məktəbimizi yoxlamaqa gəlirdi. Müəllimlərimlə qarşılıqlı hörmət münasibətləri vardı. Nənəmin hərəkələrini bir “dərdli ana” nın simptomları kimi müəllimlərə başa salmaqa çalışırdı. Müəllimlər də vəziyyətdən xəbərdar olduqları üçün , anlayışla qarşılayırdılar. Atam məktəb qapısından içəri girəndə balaca bacım Aytən üstünə yüyürər, evdəki kimi onu qucaqına alıb əzizləməsin istəyirdi.. Sanki yanındakılara “baxın , mənim atam var “ demək istəyirdi. Atamsa,sadəcə başını sıqallar ictimaiyyət içində rəsmiyyəti bacardıqca qoruyub ,saxlamaqa çalışırdı... Bu zaman mən bacımdan fərqli olaraq , sadəcə kənardan izlərdim. Atamın məktəbə gəlişi məni qürurlandırırdı doqrusu . Amma ona yaxınlaşıb, atamı sinif qızlarına nümayiş elətdirməyi çox istəsəm də, bacarmırdım... Məktəbdə də az danışır,hamıdan uzaq gəzirdim. Bircə parta yoldaşım Elçin mənimlə ünsiyyət qurmağa çalışırdı. Onun da fəqli ünsiyyət şəkli var idi. Ya saçımı dartar, ya da nəyimisə götürüb məni cırnatmağa çalışardı. O zamanlar bu məni incitsə də, uşaq psixologiyasını anladıqca başa düşürəm ki, Elçin əslində məni dindirməyə çalışırdı. Bu isə onda alınmırdı. Çünkü mən xətkeşimi, qələmimi, ya pozanımı ondan istəmədən evə gedərdim . Çünkü Elçin hər dəfə, səhər məktəbə gələndə geri qaytarırıdı məndən icazəsiz aldıqlarını. Doğrusu sinif qızlarındansa, Elçinə daha çox bağlı idim. Ən azından sinifdə kiminsə marağında idim. O dərsə gəlməyəndə darıxardım da. .. Mənə elə gəlirdi ki, hamı məndən aralı gəzməyə can atır. Müəllimlərimdən xoş söz, tərif eşidəndə ürəyim silkələnir, qıp-qırmızı pörtürdüm. Heç cür danışdırılmaqdan xoşlanmırdım. Sinif qızları da məndən kənar gəzirdilər. Yaxınlaşsalar da bilirdim, Sanki qəsdən “ananın adı nədir” “niyə məktəbə gəlmir” kimi suallar verirdilər. Qısa konkret cavablayırdım :“Anam rəhmətə gedib” deyirdim. Sonra dalqa kimi yayılırdı bir səs qulaqdan –qulaqa ”onun anası rəhmətə gedib”... Sakit təbiətli olsam da,uşaqlıqdan güclü hissiyatım olub. Həyatımda baş verənlər uşaqlıqdan sentimentallıq yaratmışdı. İnsanların nə düşündüklərini gözlərindən anlaya biilirdim. Qızlara verdiyim cavabdan sonra üzlərindəki itələyici baxışları görə bilirdim. Hec sevmirdim o qızları. Sinif uşaqları demək olar ki,eyni küçədən gəlmə (o vaxtkı Kalinin küçəsi) idilər. Qonşu olduqları ücün məktəbdə də tənəffüsləri bir yerdə keçirər, oyun oynayıb,söhbət edərdilər.. Tək qalmaqdan sıxılmırdım. Əksinə ,onların yanına gedərsəm, yenə də sual atəşinə tutulmaqdan qorxurdum. Dərslərimi yaxşı oxuyurdum. Buna görə ibtidai sinif müəlliməm Minəxanım müəllimə məni cox istəyirdi. Riyaziyyatım güclü olmasa da,uşaqların içində məni heç vaxt sındırmazdı. Vurma cədvəlini biməyənləri sıraya düzüb ”siçovul damına “ aparanda,məni o sıraya qoşmazdı. O zaman məni xor görən sinif qızlarını o sırada görməyim belə, məni maraqlandırmırdı. Bu xasiyyətimi həmişə bəyənmişəm. Məni sarsan hadisələri elə gözəlcə özümdən kənarlaşdırırdım ki ... Cünkü dərk edirdim ki, mən kimlərinsə tərəfindən sevilmirəmsə də, məni sevən insanlar ,məni sevməyənlərin yanında hər zaman uca tutublar. Uşaq aqlımla bunu hiss etmək məni o qədər də üzülməyə qoymurdu. Bu mənə yetirdi.... Bir gün qəribə bir şey oldu. Minəxanım müəllimə dördüncü sinifdə olarkən valideyn iclası təşkil eləmişdi. Uşaqlar da valideynlərlə birlikdə gəlməli idi. Getdik nənəmlə. Sən demə bütün sinif bitlənib , yalnız bir neçə nəfərdən başqa. O bir neçə nəfərin içində mən də varam çox şükür. Müəllimə hamını tənbehlədikdən sonra dərslərimiz,davamiyyətimiz haqqında da valideynləri məlumatlandırdı.O iclas mənim sinif qızları arasında növbəti qalibiyyətimi özümə hiss elətdirdi. Artıq əvvəlki kimi sıxılmırdım onlardan. İclasdan bir gün sonra qızlardan birinin valideyni məktəbə gəldi və mənə yaxınlaşıb,mehribanlıqla danışdırmağa başladı. Qızıyla dost olmaqı, tənəffüsdə bir-birimizdən ayrılmamaqı hər ikimizə tapşırdı. Əllərimizi birləşdirib ”indi gedin həyətə hava alın” dedi və getdi. Çəkingən biri olduqum ücün əlimi ayirmadım qızdan , amma sanki əli əlimi yandırırdı. Mənfi elektrik alırdım ondan. Zəng dərsə caqırınca beləcə gəzdik . Kənardan bizi izləyən baxışları artıq demirəm. Səhər də qız özü mənə yaxınlaşdı. Əslində mənə tək olmaq daha xoş olsa da, onunla dostluq etmək mənimçün bir tapşırıq idi. Demək olar ki danışmırdım.Ümumiyyətlə o illər ərzində lövhədə dərsdən savayı bir kəlmə də olsun danışmamışdım. Dördüncü sinif şagirdi üçün bu cox ciddi problem kimi görünsə də, məni düşdüyüm mühit elə olmaqa məcbur eləmişdi. Zamanla o qıza alışmaqa başladım.Mən söz deyəndə diqqətlə qulaq asırdı. Bəzən mənə elə gəlirdi ki,üzümdə qeyri-adilik var. Yoxsa,bu qız niyə mən nəsə danışarkən belə heyrətlə mənə tamaşa edir. İndi anlayıram ki ,mən danışdıqca o mənim daxili dünyamı kəşf etməyə çalışırdı. Çünkü mən onunçun baqlı bir sandıq idim . Açıldıqca mənim o birilərdən fərqli olduqumu anlayırdı. Çünkü dörd il ərzində mən məktəbə tənəffüslərdə “rezinka” oynamaq üçün gəlməmişdim. Artıq məktəbə həvəslə getməyə başlamışdım . Bu qız mənim ilk məktəb rəfiqəm – Amirə idi.

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin