12 Ocak 2016 Salı

Könlüm...

Elə hey danışır , susmayır könlüm
Onun məndən başqa dinləyəni yox.
Əvəzsiz, çıxarsız olub həmdəmim
Mənim də savayı dinləyənim yox.
Kaş insan olaydın , durub qarşımda,
Lal baxan gözümü ovunduraydın.
Səssiz baxışlarım görəydi səni,
Səndə kədərimi soyunduraydın.
Cismimdə olmağın yetməyir mənə,
Bir insan üzünə ehtiyacım var.
Başında insanlar dolanır- demə!
Mənim bir tək sənə, ehtiyacım var!
Həm bilirsən çoxdur dərdim ,əzabım,
İnsan olsan yüngülləşər qübarım
Sən incimə insanlığın nübarın,
Nəfsim çəkir ,könlüm məndən incimə!
Bir gün əcəl təri üzümə gəlsə,
Bu gənc yaşım mənasını itirsə.
Bax o zaman gücün yetsə, yetişsən
Vura bilərsənsə, vuruş , ürəyim!
Arzumu kamına yetir, ürəyim!

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin