26 Şubat 2016 Cuma

Xocalıda əsir qadın fəryadı... Kübra İ- va



Bu nə dərddir, bu nə tale , a millət
İmdadıma yetiş Azərbaycan ,heey!
Qarabağda doğulmuşam qara bəxt,
Səsin gəlmir,unutmusan, vətən,heey!
Əsir düşən günüm bu gün zalıma,
Uşaq idim, bir gecədə çevrildim mən qadına
Düşmənlərin necə qıyar bu günahsız halıma?
Dilsiz idim, harayıma səsin gəlsin,vətən,heey!
Ləkələnmiş cəsədimi torpağımda yuyun heey!
Tanrı da unudub, haray vermədi
Zalım qolu zorlu aman vermədi...
Mən bilmirdim, düşmən nədi, dost nədi
Barı sən gəl , yetiş dada Vətən heey!
Yetər artıq, iyirmi dörd il tapladalandım, vətən heey!

0 yorum :

Yorum Gönder

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin