11 Ağustos 2016 Perşembe

Şarlotte Bronte "Jane Eyre" əsəri haqqında təəssüratım.

Ata – anasını hələ körpəlikdən itirmişdi o.Dayısı onu  çox sevdiyi üçün öz himayəsinə götürmüşdü.Lakin amansız ölüm bu yetim qızcıqaza dayısını da çox görmüşdü.Beləcə ,zalım dayısı arvadının insafsız “mərhəmətinə”sıqınmışdı.Onu ailədə nə dayısı uşaqları,nə də evin xanımı  istəmirdilər.Ən çox da  dayısıoqlu John onu hər zaman bir sıqıntı olaraq ,dilinə gətirib alçaldırdı.

Jane kitabları şox sevirdi.Onun 9 yaşı var,lakin oxuduqu kitablar sayəsində şox şey öyrənmiş,xəyali fantaziyaları,nitq qabiliyyəti ,gerçəyi görmə və aqlı ilə digər uşaqlardan fərqlənirdi.Macəra,fantastik kitabları çoz sevərdi.Bir gün  Reed  ailəsinin kitabxanasından icazəsiz bir kitab götürüb hər zamankı kimi ,öz küncünə(qırmızı pərdəli  pəncərə qarşısında) çəkilib novbəti sehrli aləmə dalarkən dayısı oqlu John ,onu tikanlı sözlərlə yenidən sancır.Hazırcavab və qorxmaz Jane onun qarşısında hər zamankı kimi boyun əymir.Aldıqı zərbəni qarşılıqında dayısıoqlunun üstünə şıqıyır.Səs-küyə xanım Reed və xidmətçilər gələrək,Jane cəzalandırmaq məqsədilə,Gateshild malikanəsinin heç  işlənməyən hətta Janeə görə xəyalətli  otaqa həbs edirlər.Zavallı qızcıqaz burda çox qorxur.Yalvarışlara baxmayaraq onu ordan azad etmirlər və orda  qorxunc bir gecə keçirərək  xəstələnir.Elə onun ertəsi günü xanım Reed  bir məktəb müdüri ilə görüşüb Jane-i  ucqar bir  Louvud  məktəbinə göndərir.Ondan sonrakı  monastır həyatında  bir çox çətinliklərlə qarşılaşsa da,Gateshild malikanəsindən rahat idi onun üçün.

18 yaşına  çatanda isə  özünə  yep-yeni bir səhifə açmaq  qərarına gələn  Jane  ,ingiltərənin başqa bir bölgəsində  Tornfield malikanəsində  varlı  bir  ailənin  qızına  müəlliməlik  edərək,burdaca  macəraların  ən ülvi  ,uca  zirvəinə çatır ki,bunu  kitabdan oxuyaraq  yaşamaqımız əsrarəngizdir.
Əsəri ç ox sevdim.Həm dili,süjet xətti, Janenin  şücaəti ,qorxmazlıqı  ,qoçaq olması,uşaq aqlına heyranlıqıma  səbəb oldu.Əsərdə dəfələrlə Janenin gözəl olmadıqı vurqulansa da,təsəvvürümdə yaratdıqım ən gözəl bir xanıməfəndi silueti yaranırdı gözüm önündə.

Onun gələcək həyatı necə  olacaqdı? İlk səhifələrdən beynimdə bu fikir bir dəqiqə də olsun  susmadı.
 Əsərdəki  xanımlarla  indiki dövrün xanımlarını  müqayisə etdim.Düzdür  müasirliyə  ,texnologiyaya qarşı olmasam da,yenə o dövrün  xüsusi  bacarıqlarını,tikiş-naxış,rəsm bacarıqı,musiqi duyumu,mütaliəsi  indikindən fərqli olaraq,o dövrdə vacib sayılırdı.Bunları bacarmayan  bir qız “Lady”sayıla  bilməz  və bunu çox bəyəndim.Övladlarımıza  bunları  aşılayaraq  əsil bir gələcək  bəxş etmiş  olarıq.səhnələri  yoxdu.

Son olaraq  qeyd edim ki, əsər boyunca   buqlana-buqlana süfrədə  yeməklər,varlı malikanələr olmasına baxmayaraq bər- bəzəkli  qablar,süfrələr ,insanların birlikdə süfrə arxasında oturma  Sanki,bunlar ac qalırlar,heç üzləri gülmürmüş kimi,solqun görünürdülər.Nə isə...
Hər kəsə oxumalarını məsləhət görəcəyim bir əsərdir.Öyrənəcəyimiz.görəcəyimiz  çooox  nüanslar var  burda,əzizlərim! Sizə bol mütaliələr arzu edirəm!

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin