31 Mart 2016 Perşembe

28 Mart 2016 Pazartesi

Rus yazıçısı L.N.Tolstoyun "Hz.Məhəmməd(Sav)" və ya "Gizlədilmiş" əsəri haqqında.

Rus xalqı, xüsusən alimləri Tolstoyu (1828 - 1910) böyük heyranlıqla sevir və əsərlərini oxuyurdular. Lakin onun İslamı qəbul etməsi xəbərinin yayılması , Rusiyada böyük kütlə arasında İslama qarşı güclü qarşıdurma yaradacağını bilirdilər. Buna görə də Tolstoyun Hz.Məhəmməd (Sav)-ın hədislərindən ibarət yazmış olduğu kitabçasını KGB kimi Rusiya kəşfiyyat qurumları gizlətməyə, unutdurmağa və çap olunmasına mane olmuşdular. Tolstoy bu risalə (kiçik ölçülü kitab,kitabça) ilə, Rus oxucularını Hz.  Məhəmməd(Sav)-ın hədisləri ilə tanış eləmişdir və bu risalənin Rus xalqına və onları aldadan komunist rejimə dərs vermək gücünə malik olmasına xüsusi diqqət yetirmişdir.


"  Məhəmmədilik xaça sitayiş etməklə, Xristianlıqla müqayisə edilməyəcək qədər yüksəkdə durur. Əgər insan seçmək hüququna sahib olsaydı, ağlı başında hər bir insan,  heç tərəddüd etmədən Məhəmmədiliyi; tək olan Allahı və Onun Peyğəmbərini qəbul edərdi."
Lev Nikolayeviç Tolstoy.

"Məhəmməd mənim üçün hər zaman Evangelizmdən(Xristianlığıqdan) üstündür. O , insanı Allah saymır və özünü də Allahla bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun Rəsuludur. Burada heç bir müəmma və sirr yoxdur"
Lev Nikolayeviç  Tolstoy.

Tolstoyun Peyğəmbərimiz Məhəmməd(Sav)-ın hədisləri ilə bağlı kitabçası uzun illərdir Türkiyədə nəşriyyatlar arasında bilinən amma oxucuya çatdırılmayan, gizlədilmiş bir kitabdır. Çünkü Tolstoy kimi dünyaca məşhur bir yazıçının Həzrəti Məhəmməd (Sav)-ın sözlərinə maraq göstərməsi və bunu toplayıb Rus xalqı ilə paylaşmaq istəməsi inanc və mədəniyyət dünyası üçün olduqca təhlükə idi.

Senzuraçı bir yanaşmaya görə , belə bir örnək var; 1978-ci ildə bu risalənin giriş bölməsini yayımlamaq istəyirlər. Fəqət mətbuata nəzarət edən dövlət idarəsi bu yayına icazə vermir. Səbəbsə, Tolstoy kimi dahi bir Rus yazıçısının İslam dini və Hz. Məhəmməd (Sav) haqqında müsbət və tutarlı fikirlərin irəli sürməsidir. Redaktor bu yazıya görə qəzetin yayımını uzun müddət gecikdirir. İcazə üçün bu dəfə Moskvaya müraciət edilir. Ordan "Bəli çap edə bilərsiniz" cavabının gəlməsi ilə risalə oxucularına qovuşur. Beləliklə bu kitabdakı məktublar ilk dəfə olaraq 1978-ci ildə Azərbaycan nəşriyyatında Azəri - Türkcəsi və Rus dilində çap olunur.



Kitabda yer alan yazılardan biri də budur;

Rusiyada, Rus milliyyətli, İslamı qəbul etmiş Valeriya Porohova adında bir qadın vardı. Bu qadın bir Ərəblə evlənmiş və 11 il həyat yoldaşı ilə Səüdiyyə Ərəbistanında yaşamışdı. Bu müddət ərzində İslam dinini yaxşıca öyrənmiş və müsəlman olmuşdu. Porohova  Qurani-Kərimi Ruscaya tərcümə etmiş; İlahiyyatçılar da bu tərcüməni bəyənmişdilər. Xanım Porohova  Tolstoy və İslam mövzusunu mediada cəsarətlə işıqlandırmışdı. Valeriya  Porohova , L.N. Tolstoyun ömrünün son illərində İslam dinini qəbul etdiyini və bir Müsəlman kimi torpağa tapşırılmasını vəsiyyət etdiyini  Sovet mediyasında dilə gətirmişdir. Sovet hökuməti uzun illər bu  həqiqəti gizlətməyə çalışmışdır. Valeriya Porohova bu vacib sənədi cəsarətlə açıqlayıb , yayınlanmasına nail olmuşdur. Porohovanın açıqlamalarına görə Tolstoy  müsəlman qayda-qanunları ilə dəfn olunmuşdu. Onun məzarının üstündə Xristian simvolu olan "Xaç"ın olmaması da bunun aydın dəlili olaraq göstərilmişdir.

7 Mart 2016 Pazartesi

Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)

Bir banka Bal...
Evd
ə ,  rahat kreslomda oturub kitab oxuyurdum ki,  birdən  kiminsə ötkəm səslə harayladığını eşitdim.  Səsin gücündən bizim həyətdən gəldiyini o saat anladım. Pəncərəyə yaxınlaşdım. Dolu, orta yaşlı bir qadının dayanmadan nəsə deməyə çalışdığını  gördüm . İlk baxışdan dilənçi olduğunu yəqin etsəm də,  nə istədiyini dəqiqləşdirmək üçün  soruşdum.
- Ay xala, kim lazımdı?
Qadın sözləri  ipə düzürmüşcəsinə , elə sürətlə danışırdı  ki, heç nə anlamadım. Onu bilirəm ki, əlindəki torbanı göstərib nəsə deyirdi. Onu anlamadığımı başa düşüb ki, nitqinə ara verib, aramla :
- Ay bala, hələ düş gəl həyətə, dedi.
  Uşaqlıqdan dilənçilərdən qorxduğum  üçün,hələ də canımda qorxu qalıb doğrusu.  Küçədə oynamağa meylli uşaq olduğum üçün,  kimin yekə, qara xalı varsa, dilənçilər onu oğurlayıb aparır , demişdilər evdəki böyüklər. Buna görə diz büküyümdəki xalımı görərlər deyə  dilənçi görən kimi qaçıb evdə gizlənirdim. Nə isə...
   Oğlumu  yanıma alıb  həyətə, qadının yanına gəldim.  Əlindəki torbadan  bir şüşə bal çıxarıb mənə göstərdi. Hər şey məlum oldu artıq. Qadın bal satandır. Yenə də dil-boğaza qoymadan, hey hüdüləyib tökürdürdü. 

 - Xala, ehtiyacım  yoxdur , istəmirəm.
 - Sən, Həzrət Abbas götür. Yolda qəza eləmişik, pul lazımdı.Birini də qonşun İlhamə aldı.
Ilham
ə məndən iki küçə aralı yaşayır, bu hardan bildi ki, mən onu tanıyıram. Yəqin elə İlhamə göndərib bura. Bilir ki, bir-iki ağız təkid eləsə, lazım olmasa da  balı götürəcəyəm. Ona görə də almamağı öz-özümə qət elədim.
-  Xala, Vallah da, Billah da evdə bal var, heç yemirlər də...
 - Yoxeey, balamsan tut bunu.
- Heç pulum da yoxdur. Əziyyət çəkmisiz...
- Pul istəmirəm, nə qədər versən  götürəcəm.
 
Əcəb işə düşdüm. Bu heç xeyirli işə oxşamır.Bu qadına nə düşüb ki , mənə pulsuz nəsə verə. Gözləyək, görək axırı nə olur.
 - Heç elə də iş olar? Pulum olsaydı alardım, dedim...
- Nöş olmur, bunu götür, bir mişıx (kisə) kartof, hələ pendir də verəcəm sənə.
 - Yaşxı. Neçəyədir?
 - heç neçiyə 25 manat ver bəsimdi.
gözüm böyüdü. Mən düşünmüşdüm ki , qadın belə çıxılmaz vəziyyətdə yəqin ki, çox aşağı qiymət deyəcək. Cavabımı gecikdirib, udqundum.
 - Ay xala, götür balını, Vallah evdə var heç yemirlər də.Nə də o qədər pulum yoxdur.
 _ Yox mənə qaytara bilməzsən. On beş ver çıxım gedim.
Qadının davranışı bütün əsəblərimi alt-üst eləmişdi. O an ,ən böyük arzum ondan qurtulmaq idi. Amma deyəsən bu asan olmayacaqdı. Fikirləşdim ki, kartof və pendir də versə, on beş manat yaxşıdır. Bu arada qadın çox fikirləşdiyimi görüb, gözümün içinə baxa-baxa :
 - on manat da versən olar, dedi.
 - Yaxşı, deyib razılaşdım. Evə gəlib on manatı götürərkən, ürəyimdə qadını yamanlayırdım. Mənə lazım idi bal? Heç xalis olub, olmadığını da bilmirəm. Allah bilir nədi...
 Qadına pulu uzadıb, sağollaşıb pilləkənlərlə evə qalxırdım ki, arxadan qadının səsini eşitdim:
 - Ay bala, balamsan acından da ölürəm,mənə bir az yemək də ver. Səhərdən heç nə yeməmişəm.
Bu da çox oldu haa... Allahından qadına qəzəbliyəm, boşyerə vaxtımı, pulumu itirdim. Ayda , ildə bir dəfə evdə tək qalıb , sakitliklə kitab oxuyacaqdım ki, gəlməyi bəs deyilmiş kimi, yemək də istəyir. Arxaya çevrilib qeyri-ixtiyari əsəbi halda, bacardıqca mülayim görünməyə çalışaraq, cavab verdim:
 - Nə yeyirsiz ki?
 - Heç eləcə evdə bişirdiyindən. Yanımda oğlumgil də var.Nə olsa yeyərik.
Evə gəlib, mətbəxə keçdim. Günorta üçün hazırladığım, amma hələ nahara evə gəlməmiş ailə üzvlərimə hazırladığım, səbzili balıq buğlamasından , qadının yanındakıları da nəzərə alaraq bir qaba yığıb qadına apardım.Xala sağ ol-sağ ol deyərək həyət qapısından çıxıb, uzaqlaşdı.
O gedəndən bir müddət sonra qadın haqda  fikirlərim taamam dəyişdi. Qəfil baş verən bu gəliş əslində bal satmaq məqsədi daşımırdı. Üz- gözündən dilənçilik yağan bu qadın elə sözün əsl mənasında dilənçi idi. “Balı” sadəcə məqsədindən suiistifadə etmək üçün , istifadə eləmişdi. Satdığı balların puluna hər hansı bir yeməkxanadan yemək alıb yeyə  bilərdi. Deyək ki, belə bir səriştəsi yoxdur, dediyi kimi pendiri varmış, çörək alıb öz xurcunundan yeyib, hörmətlə yola salına bilərdi...

Bu həyatımda rastlaşdığım ikinci qeyri-müəyyən hadisə oldu. Təəssüf ki, sonuncu olduğundan da əmin deyiləm.

                                              
 

  

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin