12 Ocak 2016 Salı

Könlüm...

Elə hey danışır , susmayır könlüm
Onun məndən başqa dinləyəni yox.
Əvəzsiz, çıxarsız olub həmdəmim
Mənim də savayı dinləyənim yox.
Kaş insan olaydın , durub qarşımda,
Lal baxan gözümü ovunduraydın.
Səssiz baxışlarım görəydi səni,
Səndə kədərimi soyunduraydın.
Cismimdə olmağın yetməyir mənə,
Bir insan üzünə ehtiyacım var.
Başında insanlar dolanır- demə!
Mənim bir tək sənə, ehtiyacım var!
Həm bilirsən çoxdur dərdim ,əzabım,
İnsan olsan yüngülləşər qübarım
Sən incimə insanlığın nübarın,
Nəfsim çəkir ,könlüm məndən incimə!
Bir gün əcəl təri üzümə gəlsə,
Bu gənc yaşım mənasını itirsə.
Bax o zaman gücün yetsə, yetişsən
Vura bilərsənsə, vuruş , ürəyim!
Arzumu kamına yetir, ürəyim!

Labirint 5. "Ömrümün duyqulu ,Qayqısız məktəb illəri..."





  • Məndən soruşsalar ki, uşaqlığının ən mənalı, yadda qalan günləri ... heç düşünmədən məktəb illəri deyə cavab verərdim. Çünkü ,o illərdən savayı evdən kənar günlərim o qədər də çox deyildi. Hər nə qədər aqrılı, acılı təəssüratlarım olsa da, bir o qədər də xoş xatirələrim var. Acısıyla, şiriniylə bu həyatı qəbul edib sevirik. Mənim olan hər şey mənə şox əzizdir. Cox çeynənmiş bir fikir olsa da ,d ünyaya ikinci dəfə gəlsəydim , əlimdə olsaydı yenə bu həyatı seçərdim. Eyni insanlarla tanış olmaq , eyni insanlarla qarşılaşmaq , eyni insanlar tərəfindən tərk edilmək,eyni valideynlərə sahib olmaq... Hətda onlar qısa ömürlü olsalar belə... Yay tətillərini heç sevməzdim.Sıxıcı rayon həyatından yalnız dərs, kitab-dəftərlər sayəsində qurtula bilirdim. Evdə məndən başqa dörd bacım olsa da, danışmaqı sevmir, tək qalıb öz-özümə qapılmaqdan xöşum gəlirdi. Düzdü arabir zarafatlarımız olurdu.Lakin,nənəmin zəhmindən uşaqlıqımızın da dadını çıxara bilmirdik. Məktəbdə də müəllimlər ona bələd idilər, lakin hörmətlə yanaşırdılar. Onun fikrincə hec kim onun nəvələrinə güldən aqır söz deyə bilməzdi ki, bu onsuz da olmurdu. Çünkü biz Dövlət müəllimin qızları idik,ən əsası da anamız rəhmətə getmişdi. Kimsə bizə “anasız”deyə fikirləşib,”təhqir” edə bilməzdi. Xasiyyətini artıq bilirdik . Ona görə də vacib olmadıqca yanında hər sözü danışmırdıq. Saclarımız uzandıqca,uzanmalı idi. Azacıq ucundan kəsməyə ixtiyarımız catmazdı. ”Anaları yoxdu deyə, saclarını hörən yoxdu” deyəcəkdi görənlər. Həftə sonları günortadan hamama girib , bir də axşam cıxırdı qadıncığaz. Beş qızın saclarını səbrlə ,yonmadan yuyub, daramaqa calışarkən , hava da qaralırdı. Doxsanıncı illərin cətinlikli , böhranlı illərində əlindən gəldiyi qədər bizi məktəbə geyimli , səliqəli, təmiz göndərməyə çalışırdı. Artıq o yaşında bunları nə dərəcədə bacarırdısa... Onun hərəkətləri , müəllimlərimizlə dilləşməkləri , məktəbdə bizi utandırırdı. Onun bizə qarşı hədsiz sevgisi artıq ziyan vurmaqa başlayırdı. Uşaq psixologiyamda bu sıxıntı da öz işini bir yandan görürdü.

    Nənəmdən fərqli olaraq atam cox sakit , mülayim insan idi. Nənəmin qarşısında o da heç bir söz deməzdi. Düzdü arabir onu səbrli olmaqa çaqırsa da, bilirdi ki, faydası yoxdur. Atam əvvəllər müəllim işləsə də, bizim oxuduqumuz dönəmdə rayonumuzun Təhsi Şöbəsində inspektor vəzifəsində çalışırdı. Tez-tez məktəbimizi yoxlamaqa gəlirdi. Müəllimlərimlə qarşılıqlı hörmət münasibətləri vardı. Nənəmin hərəkələrini bir “dərdli ana” nın simptomları kimi müəllimlərə başa salmaqa çalışırdı. Müəllimlər də vəziyyətdən xəbərdar olduqları üçün , anlayışla qarşılayırdılar. Atam məktəb qapısından içəri girəndə balaca bacım Aytən üstünə yüyürər, evdəki kimi onu qucaqına alıb əzizləməsin istəyirdi.. Sanki yanındakılara “baxın , mənim atam var “ demək istəyirdi. Atamsa,sadəcə başını sıqallar ictimaiyyət içində rəsmiyyəti bacardıqca qoruyub ,saxlamaqa çalışırdı... Bu zaman mən bacımdan fərqli olaraq , sadəcə kənardan izlərdim. Atamın məktəbə gəlişi məni qürurlandırırdı doqrusu . Amma ona yaxınlaşıb, atamı sinif qızlarına nümayiş elətdirməyi çox istəsəm də, bacarmırdım... Məktəbdə də az danışır,hamıdan uzaq gəzirdim. Bircə parta yoldaşım Elçin mənimlə ünsiyyət qurmağa çalışırdı. Onun da fəqli ünsiyyət şəkli var idi. Ya saçımı dartar, ya da nəyimisə götürüb məni cırnatmağa çalışardı. O zamanlar bu məni incitsə də, uşaq psixologiyasını anladıqca başa düşürəm ki, Elçin əslində məni dindirməyə çalışırdı. Bu isə onda alınmırdı. Çünkü mən xətkeşimi, qələmimi, ya pozanımı ondan istəmədən evə gedərdim . Çünkü Elçin hər dəfə, səhər məktəbə gələndə geri qaytarırıdı məndən icazəsiz aldıqlarını. Doğrusu sinif qızlarındansa, Elçinə daha çox bağlı idim. Ən azından sinifdə kiminsə marağında idim. O dərsə gəlməyəndə darıxardım da. .. Mənə elə gəlirdi ki, hamı məndən aralı gəzməyə can atır. Müəllimlərimdən xoş söz, tərif eşidəndə ürəyim silkələnir, qıp-qırmızı pörtürdüm. Heç cür danışdırılmaqdan xoşlanmırdım. Sinif qızları da məndən kənar gəzirdilər. Yaxınlaşsalar da bilirdim, Sanki qəsdən “ananın adı nədir” “niyə məktəbə gəlmir” kimi suallar verirdilər. Qısa konkret cavablayırdım :“Anam rəhmətə gedib” deyirdim. Sonra dalqa kimi yayılırdı bir səs qulaqdan –qulaqa ”onun anası rəhmətə gedib”... Sakit təbiətli olsam da,uşaqlıqdan güclü hissiyatım olub. Həyatımda baş verənlər uşaqlıqdan sentimentallıq yaratmışdı. İnsanların nə düşündüklərini gözlərindən anlaya biilirdim. Qızlara verdiyim cavabdan sonra üzlərindəki itələyici baxışları görə bilirdim. Hec sevmirdim o qızları. Sinif uşaqları demək olar ki,eyni küçədən gəlmə (o vaxtkı Kalinin küçəsi) idilər. Qonşu olduqları ücün məktəbdə də tənəffüsləri bir yerdə keçirər, oyun oynayıb,söhbət edərdilər.. Tək qalmaqdan sıxılmırdım. Əksinə ,onların yanına gedərsəm, yenə də sual atəşinə tutulmaqdan qorxurdum. Dərslərimi yaxşı oxuyurdum. Buna görə ibtidai sinif müəlliməm Minəxanım müəllimə məni cox istəyirdi. Riyaziyyatım güclü olmasa da,uşaqların içində məni heç vaxt sındırmazdı. Vurma cədvəlini biməyənləri sıraya düzüb ”siçovul damına “ aparanda,məni o sıraya qoşmazdı. O zaman məni xor görən sinif qızlarını o sırada görməyim belə, məni maraqlandırmırdı. Bu xasiyyətimi həmişə bəyənmişəm. Məni sarsan hadisələri elə gözəlcə özümdən kənarlaşdırırdım ki ... Cünkü dərk edirdim ki, mən kimlərinsə tərəfindən sevilmirəmsə də, məni sevən insanlar ,məni sevməyənlərin yanında hər zaman uca tutublar. Uşaq aqlımla bunu hiss etmək məni o qədər də üzülməyə qoymurdu. Bu mənə yetirdi.... Bir gün qəribə bir şey oldu. Minəxanım müəllimə dördüncü sinifdə olarkən valideyn iclası təşkil eləmişdi. Uşaqlar da valideynlərlə birlikdə gəlməli idi. Getdik nənəmlə. Sən demə bütün sinif bitlənib , yalnız bir neçə nəfərdən başqa. O bir neçə nəfərin içində mən də varam çox şükür. Müəllimə hamını tənbehlədikdən sonra dərslərimiz,davamiyyətimiz haqqında da valideynləri məlumatlandırdı.O iclas mənim sinif qızları arasında növbəti qalibiyyətimi özümə hiss elətdirdi. Artıq əvvəlki kimi sıxılmırdım onlardan. İclasdan bir gün sonra qızlardan birinin valideyni məktəbə gəldi və mənə yaxınlaşıb,mehribanlıqla danışdırmağa başladı. Qızıyla dost olmaqı, tənəffüsdə bir-birimizdən ayrılmamaqı hər ikimizə tapşırdı. Əllərimizi birləşdirib ”indi gedin həyətə hava alın” dedi və getdi. Çəkingən biri olduqum ücün əlimi ayirmadım qızdan , amma sanki əli əlimi yandırırdı. Mənfi elektrik alırdım ondan. Zəng dərsə caqırınca beləcə gəzdik . Kənardan bizi izləyən baxışları artıq demirəm. Səhər də qız özü mənə yaxınlaşdı. Əslində mənə tək olmaq daha xoş olsa da, onunla dostluq etmək mənimçün bir tapşırıq idi. Demək olar ki danışmırdım.Ümumiyyətlə o illər ərzində lövhədə dərsdən savayı bir kəlmə də olsun danışmamışdım. Dördüncü sinif şagirdi üçün bu cox ciddi problem kimi görünsə də, məni düşdüyüm mühit elə olmaqa məcbur eləmişdi. Zamanla o qıza alışmaqa başladım.Mən söz deyəndə diqqətlə qulaq asırdı. Bəzən mənə elə gəlirdi ki,üzümdə qeyri-adilik var. Yoxsa,bu qız niyə mən nəsə danışarkən belə heyrətlə mənə tamaşa edir. İndi anlayıram ki ,mən danışdıqca o mənim daxili dünyamı kəşf etməyə çalışırdı. Çünkü mən onunçun baqlı bir sandıq idim . Açıldıqca mənim o birilərdən fərqli olduqumu anlayırdı. Çünkü dörd il ərzində mən məktəbə tənəffüslərdə “rezinka” oynamaq üçün gəlməmişdim. Artıq məktəbə həvəslə getməyə başlamışdım . Bu qız mənim ilk məktəb rəfiqəm – Amirə idi.

2 Ocak 2016 Cumartesi

Labirint 1... Kübra.İ- va

Bu gun yene günlerden o gün. Eynile uşaqlıqımda olduqu kimi hisslerimi gizletmeye calışıram.Üzgünlüyümü,küskünlüyümü kiminse görməyini istəmirəm. O vaxtdan illər kecsə də , mən  hec dəyişmemişəm.
Nə qəribə...hələ də başıma bir iş gəldiyində,dara düşəndə səni günahlandırıram. Beynimdə eyni düşüncə “Sən olsan belə olmazdı”.Amma  hec vaxt küsmedim sənə. Bilirəm sən də istəməzdin.
Yazmaqa cətinlik cəkirəm , göz yaşlarım fikrimi ifadə etməyə imkan vermir.Halbuki başlamazdan əvvəl səninlə söhbətləşməyə qəti qərarlıydım. Dediyim kimi hec dəyişməmişəm. Sən gedəli beləyəm...

O vaxt 6 yaşım vardı. Hele herfleri tam bilmirdim. Amma adını yazmaqi öyrənmişdim. Harda bir təbaşir, kömür parçası  görsəm,onu alıb, yarımcıq tikilmiş evimizin divarlarına dilimle sene deye bilmədiyim, çağıra bilmədiyim o kelimeni defelerle yazırdım. Aqlamaq istəyəndə hec kim gorməsin deyə həyətin ən görünməz yerində sakitcə aqlayardım. Sonra da hec bir şey olmamış kimi evə gəlib başımı qarışdırarardım. Bunu nece dəfə belə etmişəm sayını xatırlamıram...Deyəsən indi də elə edirəm axı. Evdə hec kimin olmamasından istifadə edib, kədərimi dilsiz , ruhsuz bir klaviaturaya düzürəm. Evliyəm,məni baŞa düşən  bir ailəm var, amma mən hələ də göz yaşımı  gizlədirəm. Bu dəfə isə, sirdaşım hörülmüş ev, her hansı bir səssiz həyət guşəsi deyil, monitordur...

Bunları yazmaq cox cətindi mənə. Bəzi  insanlar öz hisslərini danışaraq yox, yazmaqla daha gözəl ifadə edirlər .Men də belələrindənəm.Bəlkə də bu hevəskar yazarlıqa, adını divarlara yazaraq başlamışam, hec ferqinde de deyiləm...

1988 ci il ... o il mektebe gedəcəkdim. Evin 4-cu uşaqi olmağıma baxmayaraq cox  heyəcanlıydı. Məktəbə dair hər şey almışdı mənə. O ilə qədər xoşbəxt, diqqət  yetirilən uşaq  olduğumu əminliklə deyə bilərəm.
Sentyabrın 1-i gelib çatmaq bilmirdi ki, bilmirdi. Nəyisə bu qədər sevinclə gözlədiyimi xatırlamıram. Sevincli gözləyişlərimin sonunun , hər dəfəsində həyatın acı sürprizilə bitməsini artıq o ildən bəri müşahidə etməkdəyəm. “Həyatdan  xoş bir şey gözləmə. Qramla verdiyini ,  kiloqramla geri istəyən dünyadır” Budur həyatdan aldığım dərs...

İyun ayinin 3-den 4-ne kecen gecə evimizdə dehşetli nalələrin səsinə oyandım...Başa düşmədim bir şey, amma o gözəl insanın üzünü niyə örtdüklərini dəqiqələr,saatlar kecdikcə anlamaqa başladım.Anladıqca da ürəyimdəki simlər bir- bir  qırılırdı sanki.Yaxinlaşıb o örtüyü qaldırmaqa cürətim də catmadı.Cox illər o fiikir mənə əziyyət verdi.”bəlkə mən caqırsam oyanardı”...                                                                                         
 Bir neçə gün ağlamadım, yəni gözümdən yaş axmadı desəm daha doğru olar. Daxilimdə bir ömrə bəs edən matəmin addım səsləri eşidilirdi...

O il mektebe getmək istəmədim.Niyəsini o vaxt anlamırdım.Öz özümü anlamadiqim  kövrəkliyimə görə qınayırdım . Hər kəsin mənə xoş davranmaqı, anlamadığım hisslər yaradırdı. Anlamadığım nə çox şey varmış...
Bir yandan da, dabanımdakı yaranın tənzif dəyişdirmə vaxtı gəlib çatmışdı. O ağrıdıqca, mən ağlayırdım. Doğrusu yaram çox ağrımırdı, sadəcə mən ağlamağa bəhanə axtarırdım. Ağrı azaldıqca, mən daha çox ağlayırdım. Sağalmağını istəmirdim . O tənzif orda ömrüm boyu qalsın istəyirdim. Ondan qalan ən son toxunuş, ən son nəfəs idi mənimçün. ...
                                                                                       


 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin