28 Aralık 2015 Pazartesi

Sirli Dünyam



Xoşbəxtlikdən yaz deyirlər, düşünürəm.
Bir nağıl uydurum xəyallarımdan.
Çıxsın daxilimdə gizlənən pəri,
Qovuşsun həyata varaqlarımdan.
Həyatın dadını, sirrini bilən,
Sehrini doyunca yaşaya bilsin.
Bir pəri böyütdüm, bir su pərisi ,
Həyatın zövqünü daşıya bilsin .
Mahnı da oxuyar, rəqs də edər,
Mən onu bilirəm, mən böyütmüşəm.
Artıq azadlığın dadını bilib,
“El- aləm nə deyər” öyrətməmişəm.
Sevsin dalğa-dalğa üzən saçını,
Baxsın surətinə suyun əksində.
Dəniz aşiq olsun, dalğalar coşsun,
Öpüşsün, sevişsin ləpələr ilə.
Qısqansın balıqlar, küssün dənizdən,
Gəlməsin sahilə lal qağayılar.
Dənizin xoşbəxtlik fəlsəfəsindən
Baxıb ilham alsın bütün canlılar.
Ləpələr sıçratsın şux damcıları,
Çilənsin üzlərə xoşbəxtlik mehi.
Dənizin verdiyi bu cəsarətdən,
Cavanlar boğmasın heç məhəbbəti.
Hər kəsin içində burulub qalan,
Gizli pərisi var bunu bilirəm.
Hərdən qıdıqlayar içəridən səni:
“Azadlıq, azadlıq... dözə bilmirəm”

4 Aralık 2015 Cuma

Labirint 3. Kübra İ-va





90-cı illərdə “uşaq” olmaq, həm də artıq uşaq olmamaqdı. Artıq qəbul eləməliydik bəzi şeyləri. Məcburən 10 yaşından 18-20 yaşlarına gəlməliydik. Həyatımıza yeni terminlər daxil olmuşdu və bunların çox pis şeylər olduğunu dərindən olmasa da yavaş-yavaş öyrənirdik. “Sovet” , “Müharibə” , “şəhidlər”, “qıtlıq” sözlərilə qulaqlarımız dolu idi artıq. Nə idi axı, bütün bunlar?

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin