30 Kasım 2015 Pazartesi

Xoş gəldimmi mən dünyaya?

Resim yazısı ekle
   Ailədə  beş uşağıq. Qardaşımız  yoxdu. Bəli düz anladınız beş  bacı ard-arda dünyaya gəlmişik. Mən dördüncüsüyəm.  Həmişə filmlərdə görmüşəm, uşaq dünyaya gələrkən ana, ata sevincindən kövrəlir, ağlayırlar. Bu kadrlara baxarkən "Görəsən mən dünyaya gələndə bu cür sevinc göz yaşları olubmu?" deyə düşünürəm. Bunu tez-tez fikirləşməyimin bir səbəbi var...

24 Kasım 2015 Salı

Sevgisiz. Şeir



Nədir qəlbimizdə bu kin küdurət
Dağılıb un kimi urvalanmışıq.
Bir qəlbi vurmağa yetər məhəbbət,
Bizsə , nifrət ilə alovlanmışıq.



Bir gün döyünməyi dayanacaqdır,
Nə kini duyacaq, sevgi, nifrəti.
Ürək üzülməyi saxlayacaqdır,
Göstərə bilmədi bizə sərvəti.


O sərvət ki, sandıq qapısı kimi,
Açılır səhərlər nur dolur otaq.
Qədrini bilmirik, axı hər səhər
kimin əli ilə nurlanır yataq?


Saatlara dair. Mihael Zoşçenko (tərcümə)

   Avropada saatlar çox ucuzdur deyirlər. Yəni, hətta oralarda insan saatı hardasa
havayı ala bilirmiş.
   Əgər bizim pulla hesablasaq , Avropada bir saat  48 qəpik edirmiş. Görürsən nə əladır....
   Bizdə 48 qəpiyə yelqovan belə ala bilməzsən. Alsan da işləməz, qalar orda.

20 Kasım 2015 Cuma

Hər şeyə inad. Şeir.

Dünyanın çarxını saxlamaq olmur,
Elə hey, dirəşib tərsinə gedir.
Bir insan ömrünü heçə sayaraq,
Bu nə ədabazlıq , özündən gedir.

Anama. Şeir.






****
İllər necə keçdi sənsiz, anacan?!
 Özüm də bilmədim necə böyüdüm.
  
Uşaqlıq illərim, de, haçanacan
Davam eləyibdir? Bilmirəm özüm.
Biləsən, keçibdir həyatım ağır,
 Nə həyat? Bəlkə də bir röyadayam.
Yuxudan qəlbimə sənsizlik yağır,
 Anasız üşüyən bu dünyadayam.

Bir qucaq istədim uşaqlığımdan,
 Gözümdə qocaldı bu arzu-istək.
İsti nəvazişə qarışdı duman,
O körpə ürəyi hiss edənədək...
Harda gözü yaşlı, küsüb, ağlayan
Bir uşaq görürəm, dolur gözlərim.
Bəlkə də özümü görürəm o an
Titrəyir nəfəsim, solur sözlərim.
Yox...mən kövrəlmirəm, sən mənə inan! Burda yağış yağır, payızdır, ana.
  
Ruhunu ömrünün çətiri sanan
 Payızda yaşayan o qı
zdir,ana…

Şairlik arzusu. Şeir.

Bir  şair olsaydım əgər...
Sonu xoşbəxtliklə bitən
 bir həyat yaradardım.
Təsəvvürə sıqmayan ən kicik zərrələri
böyüdərdim ürəklərdə
aq  vərəqlər  üzərində.
Qara qəlbli insanlara duyuraydım
sözlərimlə 


Həyatdan qopduğum o an (Şeir)


Dərin bir sükut var qəlb otağımda,
Yalqızlığımın ən həzin zümzüməsi,
Vücudumun tərk  marşı çalınır
Qulaqlarımda.
Rəqsə qaldırır xatirələr bir-birini,
Bədbəxtliyimə rəqs edir,xoşbəxtliklərim
Şərəfinə içirlər məğlubiyyətlərimin.
“Tost “deyilir hıçıqırılarımın şəninə
Baxıb kədərlənirəm hüznlərimin kef məclisinə.
Gizlədirəm kədərimi
Onu məndən almasınlar
Məni məndən ayırmağa



19 Kasım 2015 Perşembe

Hərrac (Fransa hekayəsi- tərcümə)






On üç yaşındayam. Yay tətilimi böyük əmimin yanında keçirmişdim. Ömrümün sonuna qədər bu üç ayın sıxıntılı , bərbad bazar günlərini  unutmayacağam.
   Revmatizm xəstəliyi olan böyük əmim ,məni hər bazar günləri demokratların mitinglərinə aparırdı.

17 Kasım 2015 Salı

Elif Şafak "Baba ve piç" haqda...

Bir varmış bir yokmuş. Tanrı’nın mahlukları tahıl kadar çokmuş; fazla konuşmak günahmış.
Günahmış çünkü haddinden fazla konuşursan hatırlamaman gerekenleri hatırlayabilir, anlatmaman gerekenleri
anlatmaya başlayabilirsin. Her ailede sırlar vardır saklı kalması gereken. Her ailenin günahları vardır kabir defterlerine
kaydedilen.                                                             
Olur da eline geçirirsen o defterlerden birini, orada rastgelebilirsin söze dökülmeyecek olana.
Yazılarının heyranı olduqum,yazarım Elif Şafak…Bu
əsərin adına öncə hec rastlamamışdım ,bəlkə də mənim gözümdən qacmış da ola bilərdi.Hər zaman diqqətdən kənarda qalmış ,lakin parladınca inciyə dönüşə biləcək fikriylə notebook-umun yaddaşına yüklədim romanı.2005-ci ildə qələmə alınmış,mükkəmməl bir əsər.Dərin sevgi,ehtiras,qarşılıqlı hörmət,ailə dəyərləri,vətən sevgisi,milliyyətcilik bir sözlə bir həyat yerləşdirilib bir kitaba.Bir də hər  zaman və hər yerdə mövcud olan qadına şiddət-TƏCAVÜZ.
...,
Əsər yazara bir sıra cətinliklər törətmiş ,məhkəməlik etmiş olsa da,Oxuyucu kütlə tərəfindən tez bir zamanda sevilmiş.müsbət rəylər qazandırmışdır.Cünkü ilk baxışdan sezilməsə də məntiqli bir şəkildə hər iki dövlıətin adət-ənənələrini.onların oxşar və fərqli cəhətlərini qarşı-qarşıya qoyur sanki.Oxuyarkən qat-qarışıq hisslərə qapıldım.Daha doqru nəticəyə varmaq ücün ,daxilimdəki milliyətcilik duyqusundan azad olmaqa calışdım .Əsəri bir Azəri-Türkü olaraq deyil də,qeyri bir millət.vətəndaş olaraq,  qəbul edib.incə-incə cözməyə başladım bu işi.Siyasi düşüncələri bir kənara qoyub,iki qonşu,düşmən dövlətin tarixcəsini vərəqlədim sanki.Dönə-dönə oxudum və tarixi niyə sevmədiyimi də anladım nəhayət.Ucu-bucaqı görünməyən.dibsiz bir yoldur tarix.Hər kəs öz millətinə xas düşüncəylə,her bir xalq özünü görmək istədiyi bir kecmiş yazmış…Yazar bir yandan Türklerin adətlərini,dürüstlüklerini,dini inanclarını,ailə baqlarını möhkəmliyinin  vurqulamışsa,digər yandan,ermenilerin mətbəxini,adətlərini ələ salırmışcasına acıq-aşkar qeyd edib.Digər bir məsələ isə 1915ci ildə ermenilerin Türklər tərəfindən soyqırımını oxucuya qəbul elətdirməyə calışmış sanki…Lakin əsər haqda müsahibəsində oxuduquma görə ,yazar qeyd edib ki:”Bu roman başdan sona bir hayal eseridir” İnşallah ki belədir…..
Gələk romanımıza…
Öncə qeyd edim ki.əsərin sonuna yaxın bu ailələrin bir-birilə bir baqı olduqunu öyrəndim və doqrusu təəccüblənməmiş deyildim.Hər ailə haqda qısa məlumat verəcəm.Roman əsasən iki ailə(bir Ermeni ailəsi  və birTürk ailəsi) və bir gənc,gözəl ,erməni ailəsində xoş qarşılanmadıqı,”odar” adlandırılaraq xor görüldüyü (odar-ermenicə,gəlmə deməkmiş)ailənin Amerikalı gəlini Rose-dan bəhs edir.Rose və Barsam bir-birlərini cox sevərək evlənmişdilər.Ər-arvad olaraq cox hörmətlə baqlanmışdılar bir-birinə.Barsam ailəsini həyat yoldaşına qarşı bir az anlayışlı olmalarına dəfələrlə,israrla dəvət etsə də,Rose elə onların gözündə “odar”olaraq da qalmışdı.Bu vəziyyət onsuzda bu ailənin”qayda-qanunlarına” Barsama görə qatlaşan Rose ücün cox aqır və dözülməz idi və təəssüf ki,ip incəldiyi yerdən qırıldı bir gün.Onlar bir qızları olmasına baxmayaraq,boşandılar.Kicik qız,məsum Armanuş anasıyla Arizonaya üz tutdular.Qızını sevə bilmək ücün arizonaya catar catmaz vaxtilə erməni nənəsini adını qoyduqları Armanuşa  Amy deye müraciət etdi Rose. Beləcə iki iqlim,iki ailə,iki ad arasında böyüdü Armanuş.
Erməni ailəsi – Cakmakcıyanlar… vaxtilə İstanbulda yaşamış,ziyalı.sadə və öz aralarında səmimi ,mehriban ailədirlər.1915 ci ildə istanbuldan türklər tərəfindən sürgün edilmiş bir cox erməni ailələrindən biri. Sürgün olunarkən ailə aqsaqqalları yolda ölən ölmüş.aclıqdan intihar edenler olmuş.Uşaqlarsa bir-birini itirərək ayrı düşmüşlər.Şuşan qardaşlarını itirərək ac-susuz yollarda bayqın qalır və bir türk ailəsi tərəfindən tapılır və saqlamlıqına qovuşur.İllər sonra bir təsadüf nəticəsində qardaşı tərəfindən tapılır Şuşan nənə.Milliyyətini .dinini.adını dəyişmiş Şəbnəm olaraq…
Türk ailəsi---Kazancı ailəsi…Ata levent kazancı.Olduqca sert .Özünün böyümüş olduqu ailəsi onun yaddaşında cox pis izlər buraxmışdır.Anası “bilinməyən”səbəbdən evi tərk etmiş.kicik oqlu leventi atasına emanət edərək.,bir zərf.və böyüyüncə oqluna verməsi diləkcəsiylə yaqut qaşlı,nar dənəcikli,qiymətli mücevhər bir broş…
Üc qız və bir oqulları var.Mən birbaşa əsərin baş qəhrəmanı,əsərin adıyla xüsusi baqı olan Zelihadan və onun qızı Asyadan  bəhs edəcəm xüsusən.
Zeliha---19 yaşında,tutucu,dindar.aqır başlı bir ailənin  qızı olsa da sərbəst həyat tərzi kecirən bir qızdır.Bir gün faciəli şəkildə hamilə olduqnu anlayır və arzuolunmayan hamiləlikdən qurtulmaq ücün kimsəyə bəlli etmədən xəstəxanaya üz tutur.Lakin son anda daxili bir hiss, bir qüvvə tərəfindənmi,nədənsə bu əməliyyat baş tutmur.Zavallı Zeliha yaşadıqı tragediyanın qurbanı və bundan xəbərsiz,günahsız  olan yavrucaqı “bic”damqasıyla dünyaya gətirir.Asya bu damqayla artıq 19 yaşındadır.Anasının onu dünyaya gətirdiyi yaşda.Anasıyla arasında nə qədər sevgi varsa da bir o qədər məsafə dərin bir ucurum var.Dörd xalanın qızı olaraq böyümenin cətinliyini yaşamışdı uşaqlıqdan.O ,anasına da xala “Zeliha teyze”deyirdi.Vəəə….bir də üzünü hec görmədiyi dayısı vardı—Mustafa.Mustafa Amerikada yaşayırdı-Arizonada…
Bu yaşa qədər Asya artıq hamıdan “fərqli” olduqunu anlamışdı.Dəfələrlə,məktəbdə və hətda öz böyüdüyü ailədə belə nənəsi əsəbiləşən kimi,ona dilinin altında bu sözü ona deməkdən cəkinməmişdi.Hec bir acıqlama istəmədən,övladının başına gələn fəlakəti öyrenmeden ittiham etmişdi anası Zelihanı.Axı,Zeliha bunu necə acıqlaya bilərdi?Bu anasının sonu olardı deyə,bütün “yükün aqırlıqını”üzərində daşımışdı 0n doqquz il.Ta ki o günə qədər……Asya  atasını itirdiyi gün tapmışdı….
“Telaffuz edilmemiş bir kelimeydi baba. Yoktu.

Yokluğu geliyordu her tür varoluştan ve varlıktan once”


***                                               

        

12 Kasım 2015 Perşembe

Labirint. Bir başqa idi 90 - lar. Kübra İ - va

80-lərdə doğulub ,90-larda uşaq olmanın bir başqa aləmi vardı. 


Xatirələr bitib tükənməzdir.Hələ-hələ 90-cı illərdirsə... Uşaqlıq illərimin yadda qalan xoş ,maraqlı günləri deyərdim buna.Bütün bunlara o qədər alışmışdıq ki, daha yaxşı günlər arzulamırdıq indiki kimi. Hər şey olduğu kimi gözəl idi. Xüsusən yay tətillərini xatırlayıram, bu sadəcə kücədə oyun oynamaqdan ibarət idi. Bəzən kəndə gedərdik, bu bizim yay tətilimizi şənləndirərdi. Məktəb başlayanda “Mən yay tətilimi necə keçirdim “mövzusunda inşanın mövzusunu əks etdirərdi. Kimin babasının bağında daha çox çeşidli meyvələr olardısa, demək onların tətili daha yaxşı keçmiş olurdu. Hər kiçik şeylərlə xoşbəxt olmağı bacaran pozitiv uşaqlar idik.
Məsələn televizorumuz var idi, ancaq AZTV 1-i göstərirdi. Bəzən rus kanalı ostankinodan Mariannaya baxmaq üçün nə əziyyətlər çəkirdik. Antennanı mütləq çoldən biri burub fırlatmalı idiki , içəridəkilər rahat kinoya baxa bilsinlər.Millimetr söhbəti idi ki.ekran pozulurdu .Xışıltılı səslə də olsa filmə baxa bildiysək,bu sevindirici olurdu. Nəhayət bir gün atam təzə Sovet istehsalı televizor aldı ORİZON. O gün elə çox sevinmişdik ki,artıq normal şəkildə rus kanallarına baxa biləcəkdik. Üstündə balaca düzbucaqlı bir yararsız alət də qoymuşdular.Guya icine batareya qoysan kanalı çevirəcəkmiş. Üstündə neçə dənə düyməsi varsa,baş şişər. Kimdi bunun üstündə baş sındıran. O lazımsız şeyi atmaqa əlimiz gəlməsə də televizorumuz əldən düşənəcən onun üstündə qaldı.
Çox uşaqlı ailə olmanın avantajları var idi. Kanalları çevirməyə evin ən kiçiyi baxardı.Bizim evin kiçiyi dəymədüşər olduğu üçün bu iş çox vaxt kiçikden böyüyə, yəni mənə düşərdi.
Axşamüstülər küçədə elə oyunlar oynayırdıq ki,həm də heç savaşmadan..Oğlanlı,qızlı hamı bir –birinə qarışardı.Bəzən ekslüziv qərarlar verirdik.Məlum o zamanlar addımbaşı qazlı,sərin içkilər.morojnalar satılmazdı.Hamı evə qaçıb pul gətirər,qazlı “dvoynoy”su içmək üçün bir kilometr qaçib rayon mərkəzindəki su satan butkaya gedərdik,və yenə qaçaraq evə tələsirdik.Təbii ki,gəlincə boğazımız yenə quruyardı.Yaxud da dondurma almaq üçün rayonda yegane dondurma satılan yer “şəhər” adlanan bir yerdə idi və uzaqdı.Biz evdən götürdüyümüz plastmaz oyuncaq vedrələrimizlə dondurma almağa gedərdik ,amma yolda yememeliydik.Dondurmalarımız ərisə belə, tələsik evimizə catıb bir yerdə yeməliydik.Mən oyuncaqlar plastmas vedrələr dedim... İndi yol kənarlarını “bəzəyən”,küçələri zibilliyə çevirdiyimiz o “pinqvin” ya cürbəcür torbalar o vaxt yox idi.Bazara gedən nənələr özlərilə zənbil aparmalı idilər.Hər şeyimizi qoruyurduq, sındırmırdıq, itirməməyə çalışırdıq, çünkü tez-tez alınmırdı bizə əşyalar.
Gizlənqaç oynamaq üçün havanın bir az qaralmasını gözləyirdik.Qonşu Jenya xalanın həyəti ni boyumuzca ot basmışdı.Ən gözəl gizlənmə yeri ora idi,5-6 uşaq yerləşirdi,amma axtaran kim idise qorxusundan ora yaxınlaşa bilmirdi tek.Hə bir də tapıldıqdan sonra , yumanı “yandırmaq” üçün köynəyini dəyişənlər də olurdu.
Bir də küçəmizdə Adil adlı bir orta yaşlı oğlan vardı.Əvvəllər imkanlı, tərbiyəli,ağıllı biri imiş deyilənə görə.Bizimçünsə o “dəli Adil” idi. Başqaları ondan qorxurdu. Qapıları döyüb çörək istəyirdi qonşulardan. Kimi verirdi,kimi vermirdi... Bezen mecbur olanda dirəşib getmirdi,çox ac olduğu üçün çörək almağa məcbur idi. Nənəm onu heç vaxt boş qaytarmazdı. Çünkü çoxdanın qonşusu idilər, istək mehribanlıq var idi qonşularla aralarında. Adilin çörəyi alar almaz acgözlüklə yeməsi heç gözümün önümdən getmir. Hər gün biz uşaqlarla klas-klas oynayarkən yanımıza gələrdi,baxıb gülürdü.Hələ mənə şeir də qoşmuşdu.Hər dəfə də deyirdi o şeiri.Bizdə hər dəfə gülüşürdük.(yaxşı yadıma düşdü. Hər zaman mənə şeir yazılmasını istəmişəm.Sən demə var imiş.Əhsən,Adil )
Kubuş,Kubuş olubdu,xəbəri yox oğlanların.
Hamıdan gözəl olubdu,xəbəri yox oğlanların.
Mən də küçədə oynamaqdan çirklənmiş ,tozlu paltarlarıma,qıvırcıq qara saçlarıma, günəşdən yanmış dərimə baxmayaraaq, özümü gözəl hiss etmişdim bu şeirə görə.Sonralar o birdən birə yoxa çıxdı..Heç doğrusu onun yoxluğunu heç kim hiss eləmədi.Eşitdik ki,hardasa ölüb qalıbmış.Daha onu kim dəfn etdi,necə etdi kimsə bilmirdi.Kimə lazım idi axı,o ,valideyninə belə...
.Evimiz məktəbə yaxın olduğundan, müəllimlərimizin yolu küçəmizdən keçirdi və biz müəllimimizi görüb ,oyunumuzu saxlayardıq. Klas-klas daşlarımızı yerə atıb,divarın dibinə düzlənib, müəllimizin bizə çatmasını gözləyirdik salam vermək üçün. Xorla salamlayıb,qarşılığını alınca da sıranı pozmazdıq ta ki,müəllim uzaqlaşınca.
90-larda uşaq olmaq saflıq idi.Daqılmış sovet rejiminin vermiş olduqu tərbiyənin son damlaları idi bizim uşaqlıq dövrümüz.Biz ən son nəsilik o dövrdən qalma...

Labirint . 90 - larda uşaq olmaq. Kübra İ-va

80-lərdə doqulub ,90-larda böyüməyin bir ayrı ləzzəti vardı.Səhifədə bu şəkli görüncə qanadlanıb o illərə uçdum.Axşamüstüləri səbrsizliklə gözləyərdim.Qonşumuz Sima xala vardı,bir küçə aralı yaşayırdı,amma onun semeçkasının ətri bizim həyətimizə gəlirdi.O ətir gəldimi küçəyə çıxıb oynama vaxtı gəlmişdi demək.Qonşu arvadlar yıqılıb ,öz düzəltdikləri taxta taburetkalarda oturub qeybətləşə-qeybətləşə semiçka çırtdayarlardı.İnnab xalanın məzəli söhbətləri bitib-tükənmək bilməzdi.Bəzən elə qızışardı ki,"aqzı göyçək" olduqundan balacaları "məclisdən" uzaqlaşdırardı.Qonşu arvadların gülüş səsindən oyunumuzun şirin yerində onlara baxıb səbəbini bilmədiyiz bir söhbətə biz də gülərdik smile duyğusu Elə ki,saat 9 oldu küçədə inni-cinni qalmazdı.Hamı o vaxt "ostankino" telekanalında yayımlanan "Qvadelupa"teleserialına baxmaqa gedərdi.Mənimçün əzablı dəqiqələr başlardı.Çünkü İnnab xala rusca bilmədiyi üçün nənəmdən icazə alıb,məni tərcüməci kimi evlərinə aparardı.Bu işi heç sevmədiyimi bildiyi üçün yazıq qadın evdə nə ki,yeməli şirniyyatlar var düzərdi stolun üstünə.Özü də göy gözlərini tv-yə zilləyib məndən kəlbətin gücünə alırdı tərcümələri.Bəzən romantik səhnələr olurdu,utandıqımdan susurdum.Qadın əl çəkmirdi.Öz Aqsulu ləhcəsiylə :"Kubuş,saalllaa nə deyireee" Mən də hirsli-hirli:"ay, İnnab xala görmürsən nə deyir? Deyir ,seni sev...." Həə ,sən mən canım elə deyir?" Demək olar hər gün eyni sözlər təkrarlansa da,arvad hər dəfə də soruşurdu.
Filmdən sonra yenə hamı küçəyə çıxar,söhbətlər filmin müzakirəsilə başlar,cəbhə bolgəsindəki xəbərlərlə davam edər,ərlərinin evə gəlməsilə yıqışardı.
Amma siz elə bilməyin ki.qonşu xalalar yalnız qeybət edib,teleseriallar izləyirdilər.Atam ədəbiyyatcı olduqu üçün zəngin kitabxanamız vardı evdə.Orda o kitab yox idi ki.İnnab xala onları oxumasın.Hələ Zemfira xalanı demirəm...Bəzən küçəyə hamıdan tez o çıxdıqı üçün kitabı özüylə götürərdi.Digərləri yıqılınca bəzən elə olurdu ki,bir kitabı yarı edirdi.
Sonra illər,aylar kecdi...müharibə şiddətləndi.Küçəmizə gölgə düşdü.Bir vaxt günlərini kücədə söhbətlə.semiçka çırtdamaqla kecən xalalar əsgər anası oldular.Yaralanan yaralandı,şəhid olan şəhid oldu.Əvvəlki şənlik,şaqraqlıq qalmadı.Sima xalanın stəkanla satdıqı tumlar da stəkanda qaldı.

Labirint. Kübra İ-va (3-cü hissə)

 90-cı illərdə “uşaq” olmaq, həm də artıq uşaq olmamaqdı.  Artıq qəbul eləməliydik  bəzi  şeyləri. Məcburən 10 yaşından 18-20 yaşlarına gəlməliydik.  Həyatımıza yeni terminlər daxil olmuşdu və bunların çox pis şeylər olduğunu dərindən olmasa da yavaş-yavaş öyrənirdik.  “Sovet” , “Müharibə”  , “şəhidlər”, “qıtlıq” sözlərilə qulaqlarımız dolu idi artıq. Nə idi axı, bütün bunlar?  Həmin illər anamı itirmiş, ağır  bir uşaqlıq travması almışdım, evimizdə nənəmin ağlaşmalarından  qurtulub bir az məktəbdə uşaq olurdum ki,  bir səhər məktəbdə də eyni halla qarşılaşdım. İlk o zaman öyrəndim müəllimlər də bizim kimi normal  insan imiş .Onlar  nəinki yeyib-içmək, hətta  ağlaya da bilirlərmiş. İlk dərsimiz  , gecə saatlarında Rus ordusunun bakıda törətdikləri qəfil qətliamla  məlumatlandırılmaqla başlandı. Tam dərk eləməsəm də , anlamışdım bəzi şeyləri. Artıq qonşuluğumuzda yaşayan rus uşaqlarla oynamamalıydım.  Bu məni çox sarssa da, yadıma  uşaqlıq illərimin ən maraqlı  günlərini keçirdiyimiz , yaşadığımız ərazidə yerləşən  “Qorodok” deyilən  hərbi  şəhərcikdə rus uşaqlarla ağaca dırmaşıb tut yeyərkən,  Vanyanın məni hündür ağacdan itələməsi düşürdü. İnsan dostuna bunu necə edə bilərdi axı?  Anlamışdım və bu mənə uşaq ağlımca vəziyyəti  qəbul eləməyə kömək edirdi. Demək ki, biz möhkəm dost deyildik. ..

Hər şey bir anda dəyişmişdi. Bu sürətə yetişmək  çox çətinidi bizimçün.  Normalda günbəgün, ilbəil böyüyürdüksə , indi  dəqiqəbədəqiqə, saatbasaat böyüyürdük. Məcburən böyüməliydik.  Hər yeni xəbərə hazır olmalıydıq və hər dəfəsində gözlərimiz heyrətlə böyüyürdü. Bu qədər ağırlığı qaldıra bilməkçün  güclü durmağa çalışırdıq. Artıq oyunlarımız  azalmışdı, günümüzü qonşu  qadınların ağzından xoş söz eşitmək ümidiylə söhbət aralarında keçirirdik. Ancaq nafilə... heç bir ürək açıcı söz eşitmirdik ki, eşitmirdik...

Müharibə...  nə demək idi axı bu? Niyə xoşbəxtliyimizi almışdı əlimizdən? Nə haqla mane olmuşdu  uşaqlığımızı doya-doya yaşamağa?  Harda qalmışdı  dondurma almaq üçün sevinə-sevinə şəhər mərkəzinə qaçan uşaqlar?   Susayıb sərin, “dvoynoy” qazlı su aldıqımız  köşkümüz də bağlanmışdı artıq.
Bircə Sima xalanın tumları var idi. O da artıq əvvəlki kimi alınmırdı ...

Müharibə zonasında yaşamasaq da, dəhşətlərini görə bilirdik. Evimizin eyvanında bacılarımla durarkən, qəfil gurultu qopdu. Həyatımda bu qədər güclü səs eşitməmişdim.  Başımızı qaldırıb havaya  baxmağa macal tapmamış  çox nəhəng bir qırıcı təyyarənin başımızın üstündən keçib , sürətlə sanki
 “klass” göstərərək uzaqlaşdığını gördüm.Nə olduğunu anlamadan kiçik bacımla ağlamağa başladıq. Bir neçə gün müəyyən vaxtlarda bu hadisə  təkrarlandı və sonralar məlum oldu ki, rayonumuzda mövcud olan təyyarə bazasında olan təyyarələr sınaqdan keçirilirmiş və bu bir təlim imiş. Onsuz da millətin  canına vəlvələ düşüb , bunlar da təlim keçməyə yer tapmayıblar sanki.Bir neçə ailə  yığışıb  ərizəylə  müraciətetdilər ki, bundan sonra təlimlərini yaşayış məskənlərindən uzaq bir ərazidə  keçirsinlər və deyəsən bu işə yaradı...
O zamana qədər müharibənin nələr yaşada biləcəyini təsəvvür belə etmirdim. Çox qorxsam da,özümə təskinlik verməyə başladım. Ermənilər bizdən çoox uzaqdadırlar və hələ bizim rayona yaxınlaşmağa çox var. Bir də atamın sözləri hər zaman qulaqlarımda idi:
-”Kimdir erməni? Bizə yaxınlaşa da bilməz. Öldürərəm hamısını.
- Papa, bəs silahın, avtomatın yoxdur .axı?
_ Odey, orda qılıncım var, görmürsən? Kəsərəm onları”
Atam qəhrəman idi mənimçün.Həqiqətən də, kitab rəfinin  kənarında atama hədiyyə olunan qədimi bir qılınc asılmışdı. Bir necə dəfə toxunanda əlimi kəsmişdim.
Əvvəl atama, sonra da qılıncın kəsiciliyinə inamım çox idi. Artıq qorxum azalmışdı.

Qıtlıq... o zamana qədər o sözü nənəmdən çox eşitmişdim. Nənəm ikinci dünya müharibəsinin ən ağır üzünü görmüşdü.Aclıq, yoxsulluq, yetimlik, xəstəlik...
Həyat yoldaşı, yəni babam gənc yaşlarında müharibəyə getmiş, uzun illər əsirlikdən sonra evinə dönmüşdü. Nənəmin dediyinə görə  başı çox müsibətlər çəkmişdi. Ağır döyüşlərdə iştirak etmiş,  medalllar, ordenlərlə təltif olunmuşdu. Həm də çox savadlı kişi imiş. Bir sözlə nənəmin idealına çevrilmiş  bir insandır babam.  Daha bilmirəm bu heyranlıqda nənəmin  “ veteranın dul arvadı” kimi aldığı yüksək məvacibin də rolu vardır yəqin. Çünkü hər söz düşəndə :”Allah rəhmət eləsin, hələ də onun çörəyini yeyirəm” deyir. Nənəm də ən az babam qədər qəhrəman idi... Evdə hər zaman unumuzu, çayımızı, qəndimizi artıqlaması ilə saxlayardı. Hələ müharibə  başlamamışdan kisələrdə ehtiyatımız olurdu. Bəzən gülürdük :”Ay nənə, hər şey doludu mağazalarda.Neyniyirsen bunları aldırıb?” Arvad heç kimi eşitmirdi sanki...
Elə bir zaman gəldi ki, mağazalar da boşaldı. Hər bir ərzaq siyahıyla adam başına gəlib , satılırdı.İlk əvvəllər hər şey bir qədər normal idi. Hər kəs sakitcə gedir öz payını alır gedirdi. Lakin zamanla bu da olmadı. Artıq gün ərzində bir dəfə çörək gəlirdi , o da rayon üzrə ancaq bir  mağazaya. İnsanlar panik içində idilər. Ya çörəksiz qalarlarsa...
Evin kiçiyi  həm də bir az qoçaq olduğum üçün , çörək almağa məni göndərirdilər. Heç zamanda çörək almamış qayıtmazdım evə.
Əslində heç kim boş qayıtmırdı, amma millətimiz hər zamankı kimi növbədənkənar “soxularaq” daha çox, daha rahat çörək götürmək istəyərkən, o qədər itələşərdilər ki, qocalar bəzən dözə bilməyib özlərini  sıxlıqdan zorla kənarlaşdıra bilirdilər. Ya  da ,çörəkləri o qədər əlləşdirərdilər ki,babat çörəklər də yeyilmiyəcək hala düşürdülər. Bəzən satıcı R amiz dayı hirslənib, piştaxtanı bağlayırdı və sakitləşincəyə qədər heç kimə çörək satmırdı. Bəzi qadınların hədə-qorxularına məhəl də qoymurdu belə olduqda.
Uşaq olsam da,  bu mənzərə kənardan dözülməzliyi ilə ürəyimi bulandırdı. Təbii ki,o izdihama qarışsam həyatda çörək ala bilməzdim. Odur ki,kənarda dayanıb, Ramiz dayının məni çağırmasını gözləyirdim. Amma ürəyimdə qorxurdum hər zaman. Ya Ramiz dayı bu qədər adamın içində məni unutsa neyniyerem? Amma belə şey olmurdu.
Birdəfə Ramiz dayı dayı mənim çörəyimi uzadarkən, götürməyçün bacardığım qədər irəlilədim. Yan tərəfdən bir qadın necə itələdisə, artıq çörəyini alıb aralanmaq istəyən bir qoca kişinin əlindəki çörəyin kənarındakı qupquru çıxıntı qolumda dərin cızıq saldı. Qolum qanaya-qanaya evimizə gəldim, əlimdə çörək. Dava-dərman tapılmayan bir zamanda nənəm öz türkıçarələriylə günlərlə qolumu sarıdı, hətta irinləmişdi də.Qolumun ağrıdığını isə heç hiss elemirdim sanki, donmuşdum bütün balaca varlığımla. Uşaqlıq çağımı dondurub, bir daha  və daha sürətlə böyümüşdüm.
 O gündən sonra çörək almağa nənəm özü getdi.Qolumdakı çörəyin açdığı iz hələ də durur.Hər dəfə görəndə  müharibəni,qıtlığı, insanların üzündəki aclıq qorxusu dolu ifadələri, veteranlar mağazasında aldığım çörək yarasını xatırlayıram...




Mixayıl Zoşçenko "Xortlaq"

     Bizim məhəllədə bir həkim var.... Mənə başına gələn bir əhvalatı danışdı....
     Bizim məhlədə yaşayan həkimin saçları ağ-appaqdır. Bəlkə də mənə danışdığı əhvalatdan dolayı ağarmışdı saçları... Səsi də boğuq, quyudan gəlirmiş kimidir. Səs nə səs, insanın tükləri ürpəşirdi !
     Bəlkə səsi də o əhvalatdan sonra  bu hala gəlmişdi.Kim bilir!...
     Gələk  mənə  danışdığı əhvalata.
     Günlərin bir günü, bizim həkim , öz müayinəxanasında oturub fikrə dalıbmış. İqtisadi böhranın nəticələri, insanlar ölüm döşəyində yatmasa həkim çağırmırlar... İşlər kasad...Tibb sahəsində də alış-veriş durğunlaşıb...
     Birdən birə qapı döyülüb. İçəri orta yaşlıbir bəy girib, başlayıb ürəyindən, mədəsindən , ümumiyyətlə əhvalı-səhhətindən şikayətlənməyə: "Ürəyimə damıb ki, deyəsən bu yaxında öləcəyəm" deyir.
     Bizim həkim xəstəni müayinə edib. Qəribədir, heç bir problemi yoxdur.Ürəyi öküz ürəyi kimi sağlam, mədəsi Terkos suyunu( krantdan gələn su) həzm edər əvəlallah.
      Fəqət neyləsin? Vəzifə borcunu yerinə yetirərək iştahaçıcı. filan resept yazıb, müştəridən iki yarım papel alıb, salamatlıqla yola salıb...
      Ertəsi gün eyni saat, eyni dəqiqədə bizim həkim yenə fikirliykən, qapı təkrar döyülmüş. Gözləri ağlamaqdan qıp-qırmızı qızarmış, qoca qarı içəri  girib, hıçqıra-hıçqıra danışmağa başlayıb:
  -  Dünən oğlum sizin yanınıza gəlməmişdimi? Bəli... həmin oğlan gecə yarısı birdən-birə oldü. Heç olmasa gəlin ölüm haqda şəhadətməsini yazın oğlumun...
   -  Qəribədir ! İnsan iştahaçıcı  dərmanından ölməz, amma baxım görüm nə hal baş verir? deyə düşünüb qoca qarının yanına qoşulur...
       Şişlidə bir binanın üçüncü mərtəbəsinə çıxıblar.Yataq otağına giriblər və həqiqətən də,  bir gün əvvəl müayinəxanasına gələn xxəstə yataqda upuzun yatır. Ayaq tərəfində gənc xanımı olmalı ki,  iki gözü iki çeşmə ağlayır...
      Ay Allah bəlasını versin! İki yarım papel üçün bu zırıltı dəyərdi indi?
     Hər nə haldırsa, bizim həkim ölüyə göz ucu baxıb , ölüm kağızında "Ürək çatışmamazlığından vəfat" yazır.
      Sağollaşmadan , eləmədən pilləkənləri aşağı düşərkən , tam küçəyə çıxhaçıqda nə görsə yaxşıdır? Qaloşunun bir tayını yuxarıda unudub. Lənət sənə şeytan... təkrar pilləkənləri yuxarı qalxıb... Baxıb ki , qapı açıq ...Girib içəri... Aman Allah! Dəli olmaq işdən deyil... Bayaq yataqda uzanıb yatan "ölü" salonda bir kresloya oturub, siqaret çəkir... Qoca qarı ortalığı yığışdırır,... Arvadı çamadanları yığır...
     Bizimki əməlli başlı qorxub....Xortlaq! Səsini başına atıb məhəllə qaravuluna götürülüb. Qarovulda həkimə inanmayıb, ələ salmağa başlayıblar. Fəqət israr üzərinə təhqiqata başlamışlar. Məsələ meydana çıxır:
    Xortlaq "....."  bankında kassir imiş. Kassadan 30.000 papel  oğurlayıb və bu məbləği rahat yemək üçün  müvəqqətidən, saxta  ölərək, yeni adla, başqa şəhərdə filan "dirilməyə" qərar verib...
   Xortlaq hekayəsi bundan ibarətdir. Yalnız bunu da nəzərinizə çatdıraq ki, bizim həkimin binada unutduğu qaloşunun tək tayını dərhal geri veriblər.
 Tərcümə : Kübra İ- va

10 Kasım 2015 Salı

Varis Dirie "Səhra çiçəyi"


“Doquluşumdan  tanrının  məni  mükəmməl  vücudla  yaratdıqını  hiss edirəm.Lakin  insanlar  məni  kəsdilər,qadınlıqımı  əlimdən  aldılar, məni  şikəst  buraxdılar.Əgər  tanrı  bu  orqanlarımı  istəməsəydi  niyə  yaratmışdı  ki....”  VARİS  DİRİE.
Afrikanın  ucqar  bölgələrindən  olan  Somali. İnsanların başına  gələcək  ən böyük  pisliklərin,qadınların  və kişilərin  haqlarının  özlərinin  belə  bilmədikləri,dərk  etmədikləri  bir  cöllük.Ən əsası  isə qadınların...
Evin  ən aqır işləri  qadınların boynuna, cöl  işləri ,vəhşi  təbiətin  qoynunda  heyvanları  yemləmək,onları  cöldə   güdmək  yaşından ,cinsindən  asılı olmayaraq  uşaqların  boynuna düşər.Bu  vəhşi  təbiətlə  baş  etmək  , artıq  uşaqların  fərasətindən  asılıdır.
 Cöldə qadınların  dəyəri  demək  olar ki yoxdur.Qadın olmanın  bədəli  cox aqır  ödənir  Somalidə.Onlar   harda  doquş  kecirirlər,  hec  ərlərinin  xəbəri də  olmur.Düşünsək  ki, hec bir  xəstəxana,həkim,tibbi preparatlar  haqda burda  hec bir  anlayış,təsəvvür  yoxdur,bu insanı  dəhşətə  gətirir.Buna  baxmayaraq  burda  ailələr  cox  uşaqlıdırlar.Bunların  cox az hissəsi  böyüyüb  boya- başa catır.Burda  doqulan  qız  uşaqları  adət-ənənələrin,qayda-qanunların  qurbanına  cevrilir.Belə  ki,burda  doqulan  qız  uşaqları  erkən  yaşda,həddi  buluqa  catmamış  sünnət  olurlar.Bu  Somali  xalqı  və bir  cox  müsəlman  xalqı  ücün  qürurverici  bir  ayindir.Düşüncəyə  görə  qızlar  sünnət  olunarkən  şəhvət hisslərilə əbədiyyən  vidalaşırlar . Bu bəzən ,hətda  cox hallarda  həyatla  da  vidalaşmayla  da  nəticələnir.Zavallı  qızcıqazlar  ailələri  tərəfindən,  hec kim  cıqlıqlarını  duymasın  deyə  insanlar  oyanmadan  meşədə,kimsənin görəməyəcəyi bir  yerdə,buz kimi  torpaqın,daşların arasında  hec bir  gigiyenik,sanitariyaya  əməl olunmadan,ən dəhşətlisi isə,jilet,küt bıcaq,şüşə  qırıqı ,vəə  kəsici  daş alətlə(daş  nə qədər  kəsici  olacaqsa,artıq) ,  bez,parca  kimi ,bir  “cingənə” qadın  tərəfindən  kəsilib,tikilirlər.Ardındansa,orda  günlərlə  tərk edilərək ,vəhşı  heyvanlar  arasında yalqız  buraxılırlar.Qan itkisindən,qanqrendən,vəhşilərdən  xilas  olursa,o artıq  bir qadın sayılır  bundan sonra.
Varis də bu qurbanlardandır ki,bu aqrılı,acılı  proseslərə,bir somalili kimi  qürurla  baş əydi.Başına  gələnlərdə  hec bir  zaman ailəsini  ,atasını  qınamadı.Cünkü  bu dediyimiz kimi “qürurlu”bir ayindi.Bu prosesleri  kecməyən  qız  uşaqı,ləkələnmiş,təhqiredilmiş sayılır  və  onun  evlənmə  haqqı  yoxdur.
Lakin  on üc yaşına  gəldiyində,  atasının  onu  yaşlı  bir kişiyə  4 dəvəyə  dəyişəcəyini  bildiyində Varis   cılqına  dönür.Onlarda  bu  ərə getmək  sayılırdı.Varissə,bunu  heç  cür  qəbullənmir.Daha öncə  bacısınin  etdiyi kimi,evdən  qaçmaqı  planlayır  və  bunu  bacarır.Günlərcə  ,dayanmadan  ,ac-susuz  qaçır.Yolda başına gələn  müsibətləri  yazmıram.Bunu  kitabı  oxuyarkən  özünüz  yaşayacaqsınız.Amma  bir  şeyi  demədən  kecmək  istəmirəm.Yuxarıda  vəhşi  təbiət ,vəhşi  heyvan  dedikcə  sanki  bir  az  haqsızlıq  etmiş  oldum.Varis  evdən  qacdıqındaa meşədə  rastladıqı  aslan  ona  toxunmur  halbuki. Somali  dörd ayaqlıları, ikiayaqlılardan  daha  ürəyi yumşaq  davranmışdı ...
“Tək duam  bir  gün  bu  qədəri  yaşayan  tək  insanın  belə  qalmamasıdır.Bir  gün  dünyaa bütün  qadınların  ən  güvən  duyduqu  bir  yer olacaq.Catmaqa  calışdıqım o gün, mənim   necə  xoşbıxt  günüm  olacaq! İnşallah.əgər Tanrı  istərsə,o gün  də  gələcək”!
Təşəkkürlər.oxuduqunuz  ücün!



Patrick Züskind - "Ətriyyatçı"(Bir qatilin tarixçəsi)


“Kim ətirə sahibdirsə,o insan ürəyinə hökm edə bilər”
Nəhayət ki,1 həftəlik   “Ətriyyatcı”oxu  turu  başa catdı.Təxminən 50-60 səhifə oxuduqdan sonra ,mənə olduqca uzuncu və cansıxıcı gələn  bu əsəri  yarıda buraxmaq fikrim vardı ki,  pəhəpəhli,tərif dolu rəylərdən sonra bu fikrimdən daşındım.Düşündüm ki,hər kəsin  anlayıb da mənim ala bilmədiyim o gizəm nə ola bilər...Beləcə  o gizəmi təqibə başladım.
“On  səkkizinci  əsr  Fransa- Paris şəhəri.O illər Fransa cirkabın beşiyi sayılırdı.Bu beşik sallandıqca ətrafa üfunət sacırdı.Körpələr  ana bətnindən doqulmaq istəmirdilər sanki.Ya ölü doqular, ya da doqularkən  iydən boqulub ölürdülər.Bu talehsiz  həyata dirənən ,cirkab dənizində boqulmaqa inad yaşayan  ,doquşdan anasının qatili olaraq dünyaya gələn , Jan Batist Qrennuy...Körpəlikdən axsaq və  psixoloji  məhdudiyyətli olaraq dünyaya gəlmiş düdəmə,lakin xüsusi iybilmə qabiliyyətinə hətta kilometrlərlə məsafədən qoxuduyma mərifətinə sahib biridir.Onun yaşam boyunca bir amalı var.Xüsusi  güclərə sahib bir insan ətri hazırlamaq.İlk əvvəl  bunun formulunu bilməsə də ,illər kecdikcə qeyri  normal hisslərin əsirinə cevrilir.Bu hisslə Qras  şəhərinə gəlir və qurbanlarını burda  şikara salır.Cüzeppe Baldini bu şəhər haqqında deyirdi “Qras  gözəl ətirlərin Romasıdır.Ətriyyatcıların həsrətində olduqu yerdir  və burda məktəb kecməyən insanın  ətriyyatcı olmaqa haqqı yoxdur”.
Yeniyetmə  və son dərəcə gözəl qızlardan ibarət bir formulu vardır. İlk baxışdan onun gözəllik aşiqi,artıq yeniyetməlik caqının əlamətləri  kimi  qiymətləndirsəm də, zaman kecdikcə  belə olmadıqını anladım.Onu cisim maraqlandırmırdı.O cismə, ətiri üstündə olduqu müddətdə   aşiq idi.O normal insan kimi  şəhvət  hissi  kecirmirdi.O ,qızların  ətirilə sevişirdi sanki....O digər insanları aqılsız sanaraq belə düşünürdü: “ Onlar o qədər aqılsızdırlar ki,burunlarından ancaq asqırmaq ücün istifadə  edirlər.Ona görə də deyirlər ki,bu qızın gözəlliyinə,zərafətinə  heyran olublar”
Özünün xüsusi  üsullarıyla yeniyetmə,gözəl və gənc qızların ətirlərini ,hazırlamış olduqu maddələrlə  kətan parcaya hopdurub ondan  ətir hazırlayırdı.O ətir ki,Iyirmi beş yeniyetmə,gənc qızın  faciəli ölümünə səbəb olmuş...O ətir ki,Qrennuy onu insanlarda  şəhvani  hisslər oyatmaqcün,son anda istifadə etmişdi.O ətrin gücü bir atanın qızının yoxluquna pərdə cəkib,qatilinin önündə diz cökdürüb,ona sıqındırmışdı”.

Qeyd:Ümumilikdə  əsər maraqlı  oldu. Xəyalımda görmək istədiyim “Qrace”lər, “Jadore”lar,”Anais”lar diyarı Parisin bu qədər üfunətli  qoxacaqını  aqlıma gətirməzdim.Bəlkə də ,bu qədər cirkab olmasaydı,bu gözəl ətirləri,qoxuları icad etmə  tələbatı olmazdı  Parisdə və bizdə bundan yararlana bilməzdik.
Başdan -başa haqsızlıq,özbaşnalıq hökm sürən  Fransa  krallıqı.
Qrennuy – bu obrazın icinin üfunəti  sanki üzünə vurmuşdu.İnsan bədənli,şeytan ruhlu  əsl  İBLİSDİR.Əsəri oxuyub da  bu iblisi sevənləri anlaya bilmədim.Bəyəniləcək  bir yönü varsa , o da,  qarşısına qoyduqu  məqsədə  catmış  olmasıdır  ki, bu  keyfiyyət  onu  sevməyə  bəs etmir.  Hüquqi  ədalət  onu  layiqincə cazalandırmasa daa, İlahi ədalət  öz yerini  tapdı.O öz cirkabındaa boquldu. Ona duyduqum hiss -  yalnızca ,ACIMAQ.
Əsərin digər bir paronoyak  obrazı  Lauranın  atası oldu.Hec  sevmədim bu kişini.Cox iyrənc  düşüncələrə sahib  bir insan.
Bir də hec haqq qazandırmaqdıqım bir  hadisə,əsl günahkar  durarkən  Drüonun  cəzalandırılması oldu.
Mənim əsər haqda  əsl düşüncələrim bunlar oldu.Bəlkə də nələrisə  səhv başa düşmüş ola bilərəm.Üzrlü sayın.
Oxuduqunuz ücün təşəkkürlər!


3 Kasım 2015 Salı

Kiçik qızcığazın hekayəsi.

                                   
Mənim adım Lalədir. Yeddi yaşım var.  Qardaşım, atam  və nənəmlə yaşayıram.  Anam da var, amma indi bizimlə yaşamır.Atam deyir indi o çox uzaqdadır,lakin bizi görür , eşidir, hər  gün, xəbər alır və bir gün görüşəcəyik.  Hər  gün onu gözləyirəm.
Günlərimiz çox gözəl və maraqlı keçir.Məktəbə gedirəm, dərs oxuyuram, müəllimlərimi çox sevirəm.Amma bir problemim var  heç kim mənlə dostluq eləmir. Düzü alışmışam onların bu hərəkətinə. Heç kimlə söhbət etmək istəmirəm, çünkü bilirəm dinləməyəcəklər.Hər zamankı kimi, tənəffüsdə   qapının yanında durub zəngin çalınmasını gözləyirəm.  Müəllim məni lövhəyə çaqıranda  , tənəffüsdə məni dinləmək istəməyən sinif yoldaşlarım məni  dinləmək məcburiyyətində qalır. Hər dəfə  “5” qiymət alanda  üzlərinidəki ifadəni görmək istəmirəm.
Sinif yoldaşlaarımın əksəriyyəti bir məhəllədən gəlirlər.Yəni, əvvəldən tanışlıqları olduğu üçün  məni aralarına almaq istəmirdilər. Parta yoldaşım Elçindən başqa heç kimlə münasibətim yoxdur. O dərsini yaxşı oxumur, amma çox mehribandır.  Hətta dünən rəngli karandaşlarımı evdə unutmuşdum,  Elçin özününküləri  mənə sarı uzatdı  “ rəngləyə bilərsən
” dedi. Ürəyimdə ona qarşı dərin minnətdarlıq hiss etdim.
  Qış fəslidir və evlərdə  təbii qaz yanmadığı üçün  hər kəs  ya kömür, ya odun  sobası ilə bir təhər evlərini qızdırırlar.Bizim də evimizdə odun  sobası var. Hər gün soyuq  məktəbdən gəlib əllərimi  sobaya yaxınlaşdırıb qızdırmaq  necə gözəldir.  Çırta-çırt yanan odunun  səsini hər zaman eşidə bilmirsən.  Amma eşidə bildinmi  o zaman  ruhun da isinir.
Məktəbdə olanları evdə unuduram.  Nənəmin bişirdiyi  isti yeməklərdən yeyib  , bir qədər istirahət edirəm.Atam mənə bir hekayə kitabı  alıb,  onu vərəqləyərək çox sevinirəm. Amma bu hər zaman oxuduğum hekayələrə bənzəmir. Əcaib şəkilləri var.  Televizora bənzəyən  elektrikli  ekranlar,  əllə idarə edilən kiçik düyməcikli  bir şey .Oxuyaraq sanki macəralar aləminə səyahət edirəm.  Qəribədir mənim də bu alətdən olsa necə olardı?  Düymələrə basaraq istədiyim  kimi vaxtımı keçirərdim, heç məktəbdəki  qızların mənimlə dostluq etməməklərinə  bu qədər fikir verməzdim. Atam deyir ki, vaxt gələcək texnika o qədər inkişaf edəcək ki,  bu şəkildə gördüklərin   reallığa çevriləcək. Ehhh... o zaman da mən böyüyəcəm. Kim bilir ətrafımda nə qədər dostlarım olacaq. Bu fikirlərlə  sabahkı dərslərimi hazırlayıb yatmağa gedirəm. Kitabın  təəsirindən çıxa bilmirəm.  Otağın tavanında oxuduqlarımı indi canlandırıram. Kaş ki tez böyüyəydim,  dostlarım olaydı.O zaman heç istəməzdim  komputer zad. Axı,  canlı dostluqları əvəz edə bilməz heç nə.  Bir dostum olsa, imtina edərəm bütün o texnikalardan....
Zəng şalındı... Müəllimə yanında ağ xalatlı bir qadınla sinfə daxil oldu. Qış fəslinin tibbi yoxlamaları başlanmışdı. Saçlarımıza, dırnaqlarımıza geyimlərin təmiz olub, olmamasına diqqətlə baxırlar. Ağ xalatlı qadın  Minəxanım müəlliməylə bir qədər söhbətləşdikdən sonra, çıxıb getdi.  Onu yola saldıqdan sonra , müəllimə səhər saat 9-da valideynlərimizin məktəbə gəlməsini  xahiş etdi. Nə olduğunu anlamasaq da, səhər hər kəs valideynilə gəlmişdi. Bir az söhbətdən sonra anladım hər şeyi. Sən demə qızların əksəriyyətinin  saçları bitlənib və buna görə iclas etməli olublar. Sevinirəm ki, mən bu siyahıya daxil deyiləm.Eləcə də bir necə nəfər.
Səhər məktəbdə heç gözləmədiyim bir hadisə oldu. Sinfimizdə bir qızın valideyni gəldi, başımı sığalladı. Qızının əlini əlimlə birləşdirdi , tənəffüsdə, dərsdə bir yerdə olmağımızı, mehriban olmağı tapşırdı. Qızın əlləri  əllərimdəykən ovuclarımın yandığını hiss elədim. Axı öyrəşməmişdim belə yaxınlığa, həm mən təkbaşına, susqunluğumla  çoxdan barışmışdım. İndi  mən bu qızla  necə davranacağımı bnilmirdim.
Günlər keçdi... vəziyyətimiz getdikcə düzəlirdi.  Artıq danışmağa başlamışdım.  Mən  hər dəfə nəsə danışanda qız mənə  diqqətlə baxır, sanki  ilk dəfə görür.  O artıq dərk edir ki, mən məktəbə onlar kimi, yalnız  tənəffüsdə “rezinka “,  “hündürə çıxdı”,”qaçdı-tutdu”  oynamaq üçün gəlməmişdim.  Oxuduqlarıımızı, yazdıqlarımızı bölüşdükcə  günlərimiz daha maraqlı  keçirdi və mən əvvəlki kimi  qaradinməz deyildim. Artıq məktəbə də daha həvəslə gedirdim, çünkü artıq orda  dostum vardı və mənlə dost olmağa can atan digər qızlar....  

 
Design by Kubra | Təqdim edir Kubra - Blog Dizayn | Elmin